İtaliya klubuna gərək olmadı

14.05.2026 19:40 107
Dünya futbolu
Tariq Lempti gözlənilən aqibətlə üzləşib.

"Football-plus.az" xəbər verir ki, “Fiorentina” futbolçu ilə yolları ayırıb. Bu barədə İtaliya klubunun saytı məlumat yayıb. “Fiorentina” rəhbərliyi və 25 yaşlı qanalı futbolçu müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmək qərarına gəliblər.

Lempti “Fiorentina”ya ötən yay “Brayton”dan 3 milyon avroya keçmişdi. O, çarpaz bağ zədəsi almazdan əvvəl komandanın 2 oyununda iştirak edib və ümumilikdə 25 dəqiqə oynayıb.