• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mənfi şərhləri oxumamaq üçün hətta İnstaqram və ya TikTok hesabı da açmamışam” - Kənan milli komanda ilə fəxr edir

Dünya futbolu / Müsahibə

15-05-2026, 10:0

Kənan Yıldız 4 illik “Yuventus” karyerasında ən yaxşı mövsümünü keçirir.

Mayın 4-də 21 yaşını tamamlayan türkiyəli futbolçu “CBS Sport Golazo” nəşrinin “youtub” kanalına müsahibə verib. O, bir sıra aktual sualları cavablayıb. Gənc futbolçunun hazırkı çıxışı, “10” nömrəli formaya münasibəti, Luçano Spallettinin komandadakı rolu, meydandakı möqeyi, dünya çempionatı, futbolda təzyiq amili, Vinçentso Montella, kumirləri və başına gələn gülməli əhvalatla bağlı fikirləri maraqlıdı.

- Kənan, səni bizim podkastımızda görməyimizə şadıq. Xoş gəlmisən.
- Çox sağ olun.

- A seriyasında mövsümü əla keçirirsən: 10 qol vurub, 6 məhsuldar ötürmə vermisən. Daim alovlu çıxışınla diqqəti cəlb edirsən, vacib epizodlarda sözünü deyirsən, matçların axarını dəyişirsən. Belə uğurlu oyununun sirri nədədi? Səhər nə yeyirsən? Necə yatırsan? Bunlar haqda bizə danışmağını istəyirik.
- Düzü, xüsusi sirrim yoxdu. Sadəcə, peşəkar olmağa, hər şeyi düzgün etməyə, yaxşı yatmağa çalışıram, səhər yeməyini isə məşq mərkəzində yeyirəm. Vəssalam. Bu mövsümdəki çıxışımdan məmnunam. Amma mövsüm hələ bitməyib və statistikamı daha da yaxşılaşdıracağıma ümid edirəm.

- Həyatımboyu A seriyasının oyunlarını izləmişəm. Mövsümün əsas hadisələrindən biri də “Yuventus”da “10” nömrəli formanın sənə verilməsi oldu. Bunun nə demək olduğunu anlayırsan. Bunu biləndə nə hiss etdin? Bacco, Platini və bir çox digər böyük futbolçulardan sonra həmin formanın sənə həvalə olunmasını necə dəyərləndirirsən?
- Bu, çox şey ifadə edir. Futbol oynayıramsa, mənim üçün “10 nömrə” ən cəlbedici formadı. Gənclər komandasında oynayanda belə həmişə bu nömrə altında çıxış etmək istəmişəm. Və bu nömrəni “Yuventus”da bu qədər erkən yaşda əldə etmək... Vau! Bu haqda mesajı alanda özümü həqiqətən də çox xoşbəxt saydım. Əlbəttə, bu, böyük bir məsuliyyətdi. Amma hələlik yetərincə yaxşı oynadığımı düşünürəm və belə davam edəcəyimə ümidliyəm.

- Luçano Spalletti sənin və komanda üçün nə edib? Baş məşqçi ilə münasibətləriniz əladı, onun təyinatından sonra daha yaxşı oynayırsan. Spalletti nəyi dəyişib?
- O, sadəcə, möhtəşəmdi. Təcrübəsi ilə bir ağsaqqal kimi bizə hər gün çoxlu enerji və güc verir. Ümid edirəm ki, onun komandada qalması ilə çox şeyə nail ola bilərik.

- Bəs onun əsas “hiylə”si nədi?
- Spalletti əla məşqçidi. Sualınızı dolğun şəkildə cavablamaq çətindi. Hər məşqdə bilik və bacarıqlarını 100 faiz komandaya sərf edir. Meydanın kənarında olur, paltardəyişmə otağına gəlir, çox şəndi, bizimlə zarafat edir. O, sadəcə, məşqçi deyil, həm də yanında özünüzü rahat hiss etdiyiniz çox yaxşı adamdı. Və bu, bizə meydana çıxıb ona nəticə vermək üçün böyük inam verir.

- Görünür, komandadakı atmosfer oyunçulara səhvlərdən qorxmadan oynamağa imkan verir.
- Hə, belədi.

- Skudettonun qazanılması üçün komandaya daha nə lazımdı?
- Əvvəla, burda və komanda ilə çox xoşbəxtəm. Əminəm ki, yaxın gələcəkdə çempion olacağıq. Sadəcə, əlimizdən gələni etməli, diqqətimizi cəmləməli və hər oyunda qalib gəlməyə çalışmalıyıq.

- Makkenninin çıxışı haqda nə deyərdin?
- Əla mövsüm keçirir, ona görə də Ueston haqda pis bir fikir söyləyə bilmərəm. O, fantastik oyunçudu. A seriyasında çıxış edən ən yaxşı futbolçulardan, bizim üçün çox vacib oyunçulardan biridi. Yaradıcıdı, həm hücumda, həm də müdafiədə oynaya bilir və çox qaçır. Meydandan kənarda da əladı. Mən onun kimi hamı ilə yola gedən oyunçunu heç vaxt görməmişdim.

- Başına gələn gülməli əhvalatdan birini xatırlayardın.
- Həmişə xatırladığım bir hadisə var. Biz qolf oynayırdıq və yüngül yağış yağırdı. Sonra maşın torpaq yolda ilişib qaldı. Ueston maşını arxadan itələməyə çalışdı, başqa bir futbolçu isə qaz pedalına basdı. Nəticədə Makkenni tam palçığa bulaşdı. Bu mənzərə həqiqətən də gülməli idi...

- Bəs Uestonun mövqeyi haqda nə düşünürsən?
- Fikrimcə, ona meydanda sərbəstlik verilməlidi. Sağda oynasın, irəli və geri hərəkət etsin, bəzən isə mərkəzə yönəlsin. Onu bir mövqe ilə məhdudlaşdırmayın.

- Öz möqeyin barədə nə deyərdin?
- Mən də meydanda azadlıq istəyirəm. Solda oynamaq, amma mərkəzə doğru hərəkət etmək imkanı qazanmaq pis olmazdı.

- Dünya çempionatına getdikcə daha az vaxt qalır. Bu böyük turnir ərəfəsində nə düşünürsən?
- Bu, inanılmaz hissdi. Çünki Türkiyə yığmasını heç vaxt dünya çempionatında görməmişəm. Sonuncu Avropa çempionatında çox yaxşı oynadıq və çox irəlilədik (komanda 1/4 finalda Niderlanda 1:2 hesabıyla uduzub – red.). Böyük potensialımız var. Qrupdan çıxsaq, yaxşı nəticə əldə edə bilərik (Türkiyə qrupda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq – red.). Milli komandamızla fəxr edirəm.

- Futbolda təzyiq amili nə dərəcədə təsirlidi?
- Əsas məsələ təzyiqə təslim olmamaq və sərbəst oynamaqdı. Təzyiq qərar verməyinizə təsir edir. “Ətrafdakılar nəsə deyəcəkləri üçün səhv etmək istəmirəm”, - deyə düşünməyə başlayırsız. Amma mən bundan qaçmağa çalışıram. Mənfi şərhləri oxumamaq üçün hətta “instaqram” və ya “tiktok” hesabı da açmamışam. Hər kəs istədiyi fikri yaza bilər. Buna niyə ciddi yanaşasan ki?!

- Vinçentso Montella ilə bağlı fikrini də bilmək istərdik.
- Bizim əla münasibətlərimiz var. O, məni yaxşı tanıyır. Mənə yığmanın start heyətində oynamaq şansı verən ilk məşqçi məhz odu. Milli komandaya Montellanın rəhbərlik etməsi mənə çox sərf edir. Çünki türk dili ilə müqayisədə italyan dilini daha rahat başa düşürəm.

- Futbolda kumirlərin kimlərdi?
- Əlbəttə, Kriştiano Ronaldo, Lionel Messi və Neymardı. Amma Eden Azar da var. O, statistikaya məhəl qoymadan gözəl oyun sərgiləyirdi. Futbol gözəl olmalıdı. Və əlbəttə, uşaqlıqdan pərəstiş etdiyim Alessandro Del Pyeronun da adını çəkməliyəm.

- Futbolkaların dəyişdirilməsi haqda nə deyərdin?
- İlk belə mübadilə ABŞ-də keçirilən yoldaşlıq matçından sonra Rafael Leao ilə oldu. Bunu heç vaxt unutmayacam. Həmçinin Hakan Çalhanoğlu ilə forma dəyişməyimiz də həmişəlik yaddaşımda qalacaq. O, mənim üçün böyük qardaş kimidi. Milli komandada debütüm Xorvatiya ilə matça təsadüf edib. Həmin oyunda Luka Modriçə qarşı oynamışam. Bir gün formamı ən yaxşı dostumla dəyişmək istərdim.

- Suallarımızı cavabladığın üçün sağ ol.
- Siz sağ olun, işlərinizdə uğurlar diləyirəm.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-01-2026, 17:0

Kənan Yıldız yeni müqavilə haqda danışmaq istəmədi

Dünya futbolu

26-02-2025, 00:0

Montella qızının bu futbolçu ilə ailə qurmasını istəyərdi...

Dünya futbolu

12-03-2024, 11:0

Kənan ilə müqavilə yenilənəcək

Dünya futbolu / Manşet

23-07-2024, 00:0

Kənan Yıldız ''Yuventus''un təklifini geri çevirdi!

Dünya futbolu

20-03-2025, 22:0

Kənan Yıldız həm 3 xal qazandırdı, həm də rekordu tekrarladı

Dünya futbolu

30-03-2025, 22:0

Kənan Yıldız həm 3 xal qazandırdı, həm də rekordu tekrarladı

Aktual
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Son xəbərlər
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Dünən, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Dünən, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Daha çox
Oxunub: 209
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 190
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə