“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!

9.05.2026 17:13 202
Aktual
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bir müddət əvvəl mətbuat konfransında komandasının bu yay avrokuboklara vəsiqə qazana bilməməsini uğursuzluq sayacağını demişdi.

Bir çalışdırıcının belə danışması, özü üçün maksimum hədəflər müəyyənləşdirməsi yaxşıdı. “Zirə” rəhbərliyi 2020-ci ilin iyulunda ona güvənəndə əslində ölkə futbolunda ikinci “Qarabağ” qurmaq niyyətində idi. İddialı, titullar uğrunda mübarizə aparan, müntəzəm avrokuboklarda oynayan komanda. Obyektiv və subyektiv səbəblər üzündən mümkün olmadı. Hələ ki “Zirə” nə çempion olub, nə kubok qazanıb, nə də avrokubokların əsas mərhələsinə qədər irəliləyib. Əvəzində “Sabah” “Qarabağ”ı zirvədən endirməyi bacardı.

“Zirə”ni 2022/23, 2024/25 mövsümlərində avrokuboklara daşıyan Sadıqovun bunu 3-cü dəfə bacarması böyük sual altındadı. “Qartallar” hazırda “avrokubok zonası”nda deyil. Kubokun finalında isə “Sabah”la qarşılaşacaqlar ki, çoxları “Zirə”nin mümkün qələbəsini fantastika sayır.

Bizə çatan bilgiyə görə, baş məşqçi kimi, rəhbərlik də avrokuboklardan kənarda qalmağı uğursuzluq sayacaq. Belədə hesabat verəsi ilk şəxs isə məhz Rəşad Sadıqov olacaq. Klub rəhbərliyinin uğursuzluq təqdirində Sadıqovu istefaya göndərməsi də tam real variantdı.

ORXAN

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul