Məşhur məşqçilər dünyadan köçdü...

30.08.2024 18:47 279
Dünya futbolu
Avropa futbolunda tanınan iki mütəxəssis dünyasını dəyişib. Kristof Daum ilə Sven-Yoran Eriksson uzun sürən ağır xəstəliyə məğlub olublar...

Tanınmış almaniyalı məşqçi Kristof Daum avqustun 24-də vəfat edib. O, 70 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Sabiq yarımmüdafiəçi olan Daum futbolçu həyatını Duysburq “Ayntraxt”ında (1972-75) və “Köln”də (1975-81) keçirib. O, futbol almində daha çox məşqçi fəaliyyəti ilə tanınıb. Daum karyerası ərzində Almaniyanın “Köln”, “Ştutqart”, “Bayer-04”, “Ayntraxt” (Frankfurt), Türkiyənin “Beşiktaş”, “Fənərbaxça”, “Bursaspor”, Belçikanın “Brügge”, Avstriyanın “Austriya” klublarını, həmçinin Rumıniya yığmasını çalışdırıb. Sonuncu komandası 2016-17-ci illərdə başçılıq etdiyi Rumıniya millisi olub.

İsveçli məşqçi Sven-Yoran Eriksson isə avqustun 26-da 76 yaşında vəfat edib. O da xərçəng xəstəliyindən əziyyət çəkirdi. Eriksson “Roma”, “Fiorentina” “Mançester Siti”, “Latsio”, “Benfika”, “Lester”, “Sampdoriya” klublarını, İngiltərə, Meksika, Kot d’İvuar və Filippin yığmalarını çalışdırıb. O, ən böyük uğurunu “Latsio”nun baş məşqçisi kimi reallaşdırıb. Paytaxt klubu 2000-ci ildə isveçlinin başçılığı altında tarixində 2-ci İtaliya çempionluğunu, eləcə də iki dəfə İtaliya kubokunu qazanıb. Erikssonun sonuncu iş yeri 2018-19-cu illərdə çalışdırdığı Filippin yığması olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul