Makkinnon ikinci pilləyə yüksəldi

14.05.2026 15:11 109
İdman
MHL-də konfrans yarımfinalları davam edir.

Xatırladaq ki, Qərb konfransının yarımfinalında “Kolorado” ilə “Minnesota”, “Veqas”la “Anahaym” qarşılaşır. Şərqin yarımfinal cütləri isə belədi: “Karolina” – “Filadelfiya”, “Baffalo” – “Monreal”. “Karolina” və “Kolorado” ilk iki oyunda qalib gəlməklə konfrans finalına doğru böyük addım atıb.
“Kolorado”nun uğurlarının memarı Natan Makkinnondu. O, komandasının “Minnesota”ya 5:2 qalib gəldiyi oyunda 3 (1+2) xal topladı. Kanadalı forvard Stenli kuboku uğrunda keçirdiyi 101-ci oyunda xalını 135-ə (59+76) çatdırdı. Makkinnon Peter Forsberqi (140 oyunda 58 qol) arxada qoymaqla tklub tarixinin snayperləri siyahısında 2-ci pilləyə yüksəldi. Bu göstəricidə klub rekordu Co Sakikə məxsusdu - 102 oyunda 84 qol.

konfrans yarımfinalları
5 may

Karolina – Filadelfiya 3:2 OT (1:2, 0:0, 1:0, 1:0)
Seriyada hesab – 2:0.
Veqas – Anahaym 3:1 (0:0, 1:0, 2:1)
Seriyada hesab – 1:0.

6 may
Kolorado – Minnesota 5:2 (2:1, 1:0, 2:1)
Seriyada hesab – 2:0.

7 may
Baffalo – Monreal 4:2 (2:1, 2:1, 0:0)
Seriyada hesab – 1:0.
Veqas – Anahaym 1:3 (0:0, 0:1, 1:2)
Seriyada hesab – 1:1.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul