• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kurtua Tedeskonu boykot edir - qapıçı onun vaxtında Belçika yığmasının fomasını geyməyəcək

Dünya futbolu

2-09-2024, 22:0

Belçika yığması ardıcıl ikinci böyük turnirdə iflasla üzləşdi: qrupdan yalnız əlavə göstəricilərə görə çıxa bildi, dörd oyunun yalnız birində - Rumıniya ilə qarşılaşmada qələbə qazandı (2:0), 1/8 final oyunundan sonra Avropa çempionatında mübarizəni dayandırdı.

“Qırmızı iblislər” buna qədər DÇ-2022-də də qrup mərhələsini adlaya bilməmişdilər, hərçənd Mərakeş, Xorvatiya və Kanadanın da olduğu qrupun favoriti sayılırdılar. Komandada təkcə nəticələr yox, fərdlər arasında münasibətlər baxımından da böhran var. DÇ vaxtı De Bruyne ilə Eden Azar açıq-aşkar yığmanın perspektivinə şübhə ilə yanaşırdılar, 2-ci turda Mərakeşə məğlubiyyətdən (0:2) sonra isə yığmanın oyunçuları az qala paltardəyişmə otağında dalaşacaqdılar. AÇ-də də vəziyyət düzəlmədi – 2023-ün fevralında “sükan arxasına” keçən Domeniko Tedesko zədə amilini önə çəkərək dünyanın ən yaxşı qapıçılarından biri Tibo Kurtuanı turnirə aparmadı.
“Real”ın qapıçısı həqiqətən də xaçvari bağların qırılması və ardından diz qapağının zədəsi üzündən, demək olar ki, 2023/24 mövsümünü tam buraxdı. Ancaq mayda bərpa olunan Tibo iyunun 1-də Çempionlar Liqasının “Borussiya” ilə final oyununda (2:0) qapısını toxunulmaz saxladı. Bu hadisənin fonunda Tedeskonun izahatı yersiz göründü – Kurtua ən azı ehtiyat qapıçı kimi turnirə yollana bilərdi, ancaq yığmanın baş məşqçisi “Nottingem Forest”in və elita ilə vidalaşan “Luton”un qapıçılarına üstünlük verdi. Onda baş məşqçi bu sözləri də demişdi:

“Tibo öz orqanizmini hamıdan yaxşı tanıyır. Hər şey lap əvvəldən aydın idi. O, yenicə bərpa olunub, nəhəng turnirdə hər 3-4 gündən bir oynamaq isə çox çətindi. Bu informasiyanı nəzərə aldıq və hesab etdik ki, Kurtua Avropa çempionatına hazır deyil”.

Futbolçu özü də yazda tam hazır olmadığını, milli komandanı çətin vəziyyətə salmaq istəmədiyin və bu üzdən AÇ-ni buraxacağını təsdiqləmişdi. Ancaq ÇL-in finalı ərəfəsində sağlıq durumu ilə bağlı tam fərqli sözlər dedi:
“Yüz faiz hazıram. Çempionlar Liqasının finalında mənim və ya Luninin oynamalı olmasıyla bağlı qərarı Ançelotti verməlidi”.

Çox güman, Tedeskonun məlum qərarı onunla qapıçı arasındakı münaqişə ilə bağlı idi. Tibo mövsümün finişində La Liqanın 4 turunda və ÇL-in finalında oynadı, bunların heç birində qol buraxmadı. Ancaq onun əvəzinə “qırmızı iblislər”in qapısını “Volfsburq”dan Kun Kastels qorudu. 32 yaşlı AÇ-yə qədər yığmada cəmi 10 oyun keçirmişdi. Qapıçı ilə baş məşqçi arasında münaqişə versiyasını təsdiqləyən daha bir xəbər var: Kurtua sosial şəbəkədəki hesabında bəyan edib ki, Domeniko “sükan arxasında” olduğu müddətdə bir daha milli forma geyməyəcək:
“Belçikalılara və yığmamızın bütün azarkeşlərinə müraciət etmək istəyirəm. Ölkəmi yaşıl meydanda təmsil etməyimlə çox qürur duyuram. “Qırmızı iblislər”i dəstəkləyən bütün başqaları kimi. Milli komandanın futbolkasını daşımağı özümə böyük şərəf sayıram. Ən cəsarətli arzularımda belə bu formanı 100 dəfədən artıq geyəcəyimi təsəvvür edə bilməzdim. Təəssüf ki, baş məşqçi ilə söhbətdən, uzun-uzadı düşünəndən sonra onun rəhbərliyi altında olan Belçika yığmasına dönməməyə qərar verdim. Bu məsələdə öz məsuliyyət payımı qəbul edirəm. Ancaq bir qədər irəli gedib deyirəm ki, ona etimad göstərməməyim lazımi atmosferin formalaşmasına imkan verməyəcəkdi. Bu məsələni dəfələrlə müzakirə etdiyim federasiya da məni bu ağrılı, ancaq məntiqli qərara gətirib çıxaran mövqeyimi və səbəblərimi qəbul edir. Bəlkə də bəzi azarkeşləri məyus etdiyimə görə təəssüflənirəm, ancaq əminəm ki, bu, yığma üçün diskussiyalara son qoyacaq və komandanın hədəflərinə çatmasına köklənməyə imkan verəcək ən yaxşı variantdı”.

Kurtua bu bəyanata qədər Tedeskonun qapıçını komandaya qaytarmaq üçün əlindən gələni etdiyi ilə bağlı açıqlamalarına sosial şəbəkərdə birmənalı reaksiya vermirdi. Məsələn, baş məşqçi martdakı mətbuat konfransında belə demişdi:
“Biz onun açıqlamaları əsasında hazırlığı planlaşdırırıq. Tibonu Avropa çempionatına aparmaq üçün hər variantı yoxladım, ancaq sonuncu eşitdiyim bu oldu ki, özünü turnirə qatılmağa hazır hiss etmir”.

Tibo baş məşqçinin açıqlamasının altında şərh yerinə uzun burun təsvirindən ibarət emodzi qoymuşdu. Bu isə hər yalandan sonra burnun uzanmasına işarə idi.

Münaqişə nə vaxt başlayıb?
Fikir ayrılığının əsası ötən yay qoyulub. Belçikalılar iyunun 17-də AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya ilə qarşılaşdı (1:1). Kevin de Bruyne oyunu buraxdığına görə kapitan sarğısını Lukaku daşıdı ki, bu da Kurtuanı məyus etdi. İncik Tibo məhz sarğıya görə oyundan dərhal sonra düşərgəni tərk etdi. Tedesko həmin vaxt durumu belə şərh etdi:
“Biz hamımız birlikdə qərar verdik ki, Lukaku Avstriya, Kurtua isə Estoniya ilə oyunda (həmin oyun iyunun 20-də keçirildi – red.) kapitan olsun. Avstriya ilə oyundan sonra Tibo gözlənilmədən mənlə danışmağa qərar verdi və bildirdi ki, məyus olduğuna, incik düşdüyünə görə evə yollanır. Təəccübləndim və şoka düşdüm”.

Kurtua baş məşqçinin bu şərhinə də sosial şəbəkədə qəzəbli reaksiya verdi – Domenikonu aralarındakı özəl söhbətin publikaya sızdırılmasında suçladı və yığmanı “Real”ın həkimlərinin məsləhəti əsasında tərk etdiyinə işarə vurdu:
“Baş məşqçinin Avstriya ilə oyundan əvvəl olan şəxsi söhbətimiz haqqında qərəzli və subyektiv danışdığı mətbuat konfransını eşidəndə təəccübləndim. İzah etmək istərdim ki, bu, paltardəyişmə otağındakı problemlərlə bağlı məşqçi ilə ilk və sonuncu söhbətimiz deyil, amma ilk dəfədi ki, kimsə bunu ictimaiyyətə çatdırmaq qərarına gəlir. Söhbətdə ondan əvvəllər komandaya ziyan vuran vəziyyətlərdən qaçmaq üçün bu qərarı izah etməyi xahiş etdim. Mən bunu ümumi mənafe üçün edirəm. Çox məyusam, amma dəqiqləşdirmək istəyirəm ki, baş məşqçinin açıqlaması reallığa uyğun deyil. Mən bu mövzuda heç bir tələb irəli sürməmişəm, Romelu Lukaku ilə danışmamışam. Baş məşqçinin dediyinin əksinə, qalan komanda yoldaşlarımla da müzakirələrim olmayıb. Dünən günortadan sonra sağ dizimdəki zədə ilə bağlı müayinədən keçdim. Klubun və millinin həkim korpusu bir-biri ilə əlaqə saxladı, sənədlərə baxdılar və mənim toplanışı tərk etməyimə qərar verdilər”.

Tibo Avstriya ilə oyundan sonra yığmada bir dəqiqə də oynamayıb, onun Tedesko ilə atışması isə bir ildən çoxdu davam edir. Aydın məsələdi ki, məhz sarğının taleyi fikir ayrılığının, münaqişənin əsas səbəbidi. Qapıçının Tedeskonun çalışdırdığı yığmanın formasını geyməməklə bağlı qərarı da aşkar sübutdu. Belçika Kral Futbol Federasiyasının rəhbərliyi isə kimin - Avropa çempionatında uğursuzluğa düçar olan baş məşqçinin, yoxsa 102 oyunda milli forma geyən dünyanın ən yaxşı qapıçılarından birinin onun üçün daha vacib olduğuna qərar verməlidi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-07-2024, 13:0

De Bruyne italiyalı jurnalisti niyə təhqir etdi?

Dünya futbolu

23-06-2023, 22:0

Kurtua Tedesko ilə münaqişə üzündən yığmadan ayrılıb

Dünya futbolu

23-03-2023, 19:0

Milli komandada xüsusi status qazandı

Dünya futbolu

7-05-2024, 14:0

AÇ-də iştirak şansı yoxdu

Dünya futbolu

28-03-2023, 16:0

Almaniya ilə oyunu buraxacaq

DÇ

1-12-2022, 20:0

Kurtua 100-ə çatdı

Aktual
Nəriman Axundzadə Messidən 45 dəfə az pul qazanır
“Futbolun hər üzü var, nə olacağını əvvəldən təxmin etmək olmaz” - Adil Şükürov tələsmir
Əli Bəşirov Fransada! – “Strasbur” planı reallaşır
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Şahin Diniyev “Şamaxı”da?
Son xəbərlər
  • Bu gün, 14:23
    ''Real'' etiraz dalğası fonunda qalib gəldi - Peres azarkeşlərlə mübahisə etdi
  • Bu gün, 14:17
    "Karvan Yevlax" "Qəbələ"yə, "Araz-Naxçıvan" "Kəpəz"ə qarşı - YENİLƏNİR
  • Bu gün, 13:52
    Nəriman Axundzadə Messidən 45 dəfə az pul qazanır
  • Bu gün, 13:24
    İki güləşçimiz 1/4 finalda - AÇ
  • Bu gün, 12:53
    UEFA lisenziyalı məşqçilik kursları üçün təlim keçiriləcək
  • Bu gün, 12:17
    “İnter” sona üç tur qalmış çempion oldu - Kivu ona inanmayanları susdurdu
  • Bu gün, 11:46
    “Şalke-04” üç ildən sonra elitada - türk ulduzun sayəsində!
  • Bu gün, 11:29
    “Futbolun hər üzü var, nə olacağını əvvəldən təxmin etmək olmaz” - Adil Şükürov tələsmir
  • Bu gün, 10:58
    Acunun komandası finalda oynamadan premyer-liqaya yüksələ bilər!
  • Bu gün, 10:13
    “Mənfi şərhləri oxumamaq üçün hətta İnstaqram və ya TikTok hesabı da açmamışam” - Kənan milli komanda ilə fəxr edir
  • Bu gün, 09:48
    Əli Bəşirov Fransada! – “Strasbur” planı reallaşır
  • Bu gün, 00:13
    Xədicə gümüş medal qazandı - AÇ
  • Dünən, 23:46
    Fransa dünya çempionatı üçün heyətini açıqladı
  • Dünən, 23:11
    Əvvəlki iş yerinə qayıtdı
  • Dünən, 22:20
    21 illik həsrətə son qoydular
  • Dünən, 21:49
    “Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
  • Dünən, 21:13
    Dünya çempionatını buraxa bilər
  • Dünən, 20:42
    Prezident olmağa çox yaxındı
  • Dünən, 20:11
    64 yaşında yeni təyinat aldı
  • Dünən, 19:40
    İtaliya klubuna gərək olmadı
  • Dünən, 19:19
    Tramp boksçularla görüşdü
  • Dünən, 18:48
    “Mövsümün sonuna hələ çox var, çox şey dəyişə bilər” - sürpriz lider son uğurlarından danışdı
  • Dünən, 18:17
    Tennisdə böyük qiyam! - daha çox qazanmaq istəyirlər
  • Dünən, 17:46
    “Olimpiakos” “4-lər finalı”na vəsiqə qazandı
  • Dünən, 17:15
    60 milyon dollar qazanır, yenə də narazıdı!
  • Dünən, 16:44
    İki güləşçimiz yarımfinalda - AÇ
  • Dünən, 16:13
    “Orlando” baş məşqçisini qovdu
  • Dünən, 15:42
    Asif Məmmədov "Qəbələ"ni 10 min manat ziyana saldı
  • Dünən, 15:11
    Makkinnon ikinci pilləyə yüksəldi
  • Dünən, 14:40
    “Sabah” – tarixin beşincisi, Dambrauskas ilkə imza atdı
  • Dünən, 14:19
    "Bakı–Xankəndi" velosiped yarışına yekun vuruldu
  • Dünən, 13:48
    Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
  • Dünən, 13:34
    9 ildən sonra..
  • Dünən, 13:12
    “Neftçi”nin apellyasiya şikayəti təmin edilmədi
  • Dünən, 13:00
    "Sabah" Puxaçı birdəfəlik transfer etdi - RƏSMİ
Daha çox
Oxunub: 499
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 283
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 220
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 204
"Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
Oxunub: 195
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Oxunub: 185
“Sabah”ın qrupa düşməsi su içmək qədər asandı! – yalnız bir şərt var
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə