• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!

Ölkə futbolu / Manşet / Müsahibə

8-05-2026, 14:0

“Səbail”ə yaxınlarda yeni sponsor gələ bilər. Söhbət “Aztürk Holdinq”dən gedir. Bu holdinq ölkəmizdə innovativ texnologiyalar və turizm layihələri ilə diqqət mərkəzinə düşüb.

Şirkətin strateji təşəbbüsü olan "NeoOrdo" layihəsi çərçivəsində ölkədə irimiqyaslı Süni İntellekt fabrikinin qurulması və 36 hektarlıq ərazini əhatə edən müasir əyləncə-turizm kompleksinin inşası nəzərdə tutulur. Holdinqin rəhbəri Güləli Bağırovdu. Bu ad-soyadı yadda saxlayın!

"Aztürk Holdinq"in rəhbəri hazırda "Şuşa"ya da pul ayırır. Deyilənə görə, "Səbail"lə danışıqların əsas mövzusu ondan ibarətdi ki, şirkət cari mövsümün sonuna qədər kluba sponsorluq edəcək. Daha sonra Həvəskarlar liqasında çıxış edən klubun bütün səhmləri alınacaq. Növbəti mövsümdən isə "Səbail"in adının Şuşa" qoyulması planlaşdırılır.

“Şuşa” deyəndə dərhal Nadir Qasımovun 2014-ci ildə yaratdığı, hazırda Vüqar Nadirovun çalışdırdığı və Həvəskarlar liqasında mübarizə aparan komanda yada düşür. Biz dünən Nadir bəylə əlaqə saxladıq, Güləli Bağırovla tanış olub-olmadığını öyrənmək istədik. Məlum oldu ki...

- “Aztürk Holdinq” həqiqətən də klubunuzun əsas maliyyə dayağıdı?

- Mən “Şuşa”da prezident olanda Güləli Bağırov adlı vəkil var idi, onu mənlə tanış etdilər. 2014-də olub bu söhbət. Vəkil canfəşanlıq edirdi. Deyirdi ki, şuşalıyam. Klubun həm prezidentiydim, həm də baş məşqçisi. AFFA-nın ayırdığı vəsaitlə maliyyələşirdik. Sonra federasiyanın imkanı olmadı deyə, 1-ci liqadan xaric olunduq. Güləli mənə dedi ki, kluba sponsorlar tapacam, böyüdəcəm. Mən də inanıb, prezident səlahiyyətlərimi ona vermişdim.

- Bəs sonra nə oldu?

- Adam uzun müddət gizləndi. Klubu ona verəndən sonra bizi biabır etdi. Maliyyələşmə sistemini çökdürdü. Xətaidə - “ASAN Xidmət” tərəfdə bizə otel ayrıldı. “Şəfa” stadionunda məşq edirdik. Mən də öz işimizi görürdüm. Sonra nə oldu - bilmirəm. Güləli Bağırov 12 il sonra ortaya çıxıb.

- Bəs sizin “Şuşa” adıyla yaratdığınız klub niyə “Şuşa Qalası” oldu?

- Müharibə veteranları bizə yaxınlaşdı, klubun “Şuşa Qalası” olmasını xahiş etdi. Dedim baş üstə. Ədliyyə Nazirliyi ilə məsələni həll etdim. Mənim o vəkilə verdiyim sənədi də nazirlik təsdiqləyib. 2024-cü ildə keçirilən parlament seçkisində deputatlığa namizədliyini vermişdi. Nə qədər zəng vurdum, görüş təyin edə bilmədim. Vüqar Nadirovdan da xahiş etdim ki, onu tap. Nə qədər borclar yaranmışdı.

- “Səbail”lə müqavilə bağlamasından xəbərdarsız?

- Vüqar Nadirov mənə dedi ki, “Səbail”ə sponsor olmaq istəyir. Mən də deyirəm ki, belə sponsor olandısa, elə bizim pulumuzu versin. Ona görə nə qədər borc yaranıb. İş görən adamdısa, borclarını bağlasın. Təəccübləndim ki, AFFA buna nə əcəb cavab verməyib.

- Belə çıxır ki, Güləli Bağırov fırıldaqçıdı?

- Fırıldaqçıdı. Mən o vaxt ona səlahiyyətləri vermişəm. Dedim ki, gəl üz-üzə oturaq. Dedi Səməd Vurğun bağının yanında yer götürmüşəm. Ondan sonra yenə yoxa çıxdı. AFFA niyə belə fırıldaqçılarla məşğul olmur axı... Adama deyərlər ki, səndən deputat olar? Xalqın adını batırırsan. Sənin kimi şuşalı olmaqdansa... Sənin üzün ağ deyil. Danışa bilmirəm nəyə görə qaçmışdı. Futbolçular ayın əvvəlində pul istəyəndə yoxa çıxırdı. Otelin müdiri ilə əlbəyaxa dalaşdı.

- Hazırda “Şuşa” klubu rəsmən kimindi?

- Mənim sənədlərimdə klubun adı “Şuşa Qalası”dı. 2014-cü ildən bəri. Bizə maliyyə ayıran sponsorlar var. Ola bilər ki, “Aztürk Holdinq”in adı da var.

- Bu holdinqdən, yaxud “Səbail”dən sizə müraciət olub? Klubların birləşməsi ehitmalı gündəmdədi?

- Bizə müraciət olmayıb. Biz nə ediriksə, özümüz edirik. Bir həftədi bu söhbətlər ortaya çıxıb. Sponsorluq etmək istədiyi klubu necə edəcək, bilmirəm. Əvvəldən danışmaq isətmirəm, hər günün hökmü var. Amma inanmıram ki, uğurlu iş görsün. Bu gün də yığıram ki, klubu sənə necə vermişəmsə, elə də qaytar. Mən ondan bir qəpik də almamışam. Heç maaş da verməyib. O Bakıya yaxşı adla gəlməyib. “Səbail”in mənim vəziyyətimə düşməsini arzulamıram. Özü çıxdı mətbuata. Mən ölkənin əməkdar məşqçisiyəm. İndi ortaya çıxıb deyir ki, bu klub mənimdi. “Şuşa Qalası”nı vermişəm Vüqara. Məşqçidi, komanda yığır. “Şuşa” adı ilə kim oynayırsa, oynasın. Şəklini görəndə tanıdım ki, fırıldaqçıdı.

- “Səbail” həqiqətən də birləşməyi təklif etsə, razılaşarsız?

- Mən tək deyiləm. Klubda əziyyət çəkən 12-13 nümayəndə var. Birgə qərar verməliyik. Sponsorlarım pul ayırır, klubu yaşadırlar. Əməlli maliyyə ayırıblar. Fikrimiz odu ki, komandanı təkmilləşdirək. “Səbail” təklif etsə... Prezident olsam da, vəzifəmdən istifadə etməmişəm. Kömək göstərən adamlar da fikir bildirməlidilər. İstəyirlərsə, gəlsinlər, söhbət edək. Amma məni yarı yolda qoyan adamla işləmək istəmərəm. Gələn həftə AFFA-da özüm o söhbəti qaldıracam. Ya o məni yerimə otuzduracaq, ya da mən onu.

- Maliyyə durumunuzun yaxşı olduğunu dediz. Sponsorlarınız çoxdu?

- 15-ə yaxın sponsorum var. Fikir çəkməyə qoymurlar. Milyoner oğlu deyiləm. Maliyyə ordan gəlir.

- Onda belə çıxır ki, sizi gələn mövsüm Region Liqasında görəcəyik?

- İnşallah, gələn mövsüm Region Liqasında oynayacağıq. Yavaş-yavaş inkişaf edirik, uğurlu komanda olmaq istəyirik.

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

9-04-2026, 15:0

Tahir Gözəl "Azərsun Holdinq"in yeni rəhbəri oldu

Premyer-liqa / Manşet

3-09-2023, 22:0

“Gilan Holdinq” ləğv olundu, bəs “Qəbələ”?

Premyer-liqa / Manşet

27-03-2024, 23:0

“F-holdinq” və “Kəpəz” arasında rəsmi anlaşma? – klub rəsmisi açıqladı

Ölkə futbolu / Manşet

24-04-2024, 17:0

“Mingəçevir” yeni sponsor gözləyir - “Real danışıq apardığımız şirkət yoxdu”

Ölkə futbolu / Manşet

8-01-2026, 12:0

“Qız evində toydu, oğlan evinin xəbəri yox” – Vüqar Nadirov

Premyer-liqa / Manşet

29-03-2024, 22:0

“Kəpəz” və “Mingəçevir” “F-holdinq”dən müraciət gözləyir

Aktual
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
"Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
"Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
"Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Son xəbərlər
  • Bu gün, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Bu gün, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Bu gün, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Bu gün, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Bu gün, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Bu gün, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Bu gün, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Bu gün, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Bu gün, 18:58
    London klubunda yeni təyinat
  • Bu gün, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Bu gün, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
  • Bu gün, 17:57
    TFF prezidenti Terimi yıxıb-sürüyüb - ''Bu sözləri ona yaraşdırmadım''
  • Bu gün, 17:22
    Milli komandada zəruri dəyişiklik
  • Bu gün, 16:52
    Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
  • Bu gün, 16:42
    “Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
  • Bu gün, 16:24
    AFFA-nın Elit layihəsi çərçivəsində seleksiya turniri keçirildi
  • Bu gün, 15:54
    “Gəncə” üç voleybolçusu ilə vidalaşdı
  • Bu gün, 15:34
    "Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandı" - Cavid Hüseynov
  • Bu gün, 15:03
    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli oldu
  • Bu gün, 14:45
    MS-ni tərk edə bilər
  • Bu gün, 14:13
    “Günah kimdədisə, Allah bəlasını versin” - bəd xəbərdən sonra Tovuzdan ilk reaksiya
  • Bu gün, 14:04
    AFFA-da beş ulduz sertifikatlaşdırma modeli müzakirə olundu
  • Bu gün, 13:53
    Elxan Səmədovdan bombardirə xüsusi hədiyyə
  • Bu gün, 13:18
    "Şəfa"da növbəti müqavilə
  • Bu gün, 13:11
    Kapitan daha iki il "Zirə"də
  • Bu gün, 12:59
    “Zirə”nin mümkün rəqiblərinin sayı azaldı
  • Bu gün, 12:46
    "Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
  • Bu gün, 12:39
    UFC Fight Night Baku turnirinə 70–ə yaxın ölkədən azarkeşlər gözlənir
  • Bu gün, 12:16
    Federasiyada yeni komitə yaradıldı
  • Bu gün, 12:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:52
    Ozancan Türkiyə klubunda forma geyəcək
  • Bu gün, 11:39
    "Qarabağ"ın Avropa Liqasındakı rəqibi kim olacaq?
  • Bu gün, 11:36
    "Sabah"ın potensial rəqiblərinin sayı azaldı
  • Bu gün, 11:28
    Komandasının ilk oyununa hazırdı
  • Bu gün, 11:04
    "Sabah"ın rəqibi bu gün bəlli olacaq
Daha çox
Oxunub: 501
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 277
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 264
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 263
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 229
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə