"Sabah" Puxaçı birdəfəlik transfer etdi - RƏSMİ

14.05.2026 13:00 106
Ölkə futbolu
“Sabah” komandada icarə əsasında oynayan futbolçusu Timoteuş Puxaçı birdəfəlik transfer edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Masazır təmsilçisi 27 yaşlı müdafiəçinin transferi ilə bağlı Almaniya “Holştayn”ı ilə danışıqları uğurla yekunlaşdırıb. Polşalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Puxaç ötən ilin sentyabr ayından "Sabah"ın formasını geyir. O, cari mövsümdə 33 matçda meydana çıxıb, 2 qol vurub və 12 məhsuldar ötürmə edib.