• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İnter” sona üç tur qalmış çempion oldu - Kivu ona inanmayanları susdurdu

Dünya futbolu

Bu gün, 12:17

Ötən il mayın sonu və iyunun əvvəli “İnter” üçün hədsiz əsəbi alındı. “Neradzurra” Çempionlar Liqasının finalında PSJ-yə acınacaqlı hesabla (0:5) uduzdu, bu isə Simone İnzaqinin Milan karyerasına son qoydu.

Finala qədər də baş məşqçinin mümkün gedişi haqda çox danışılırdı. Bununla belə, mütəxəssisin Səudiyyə Ərəbistanına yollanması böyük bir mərhələnin başa çatmasını şərtləndirdi və fanatları gələcəyə həyəcan hissi ilə baxmağa məcbur etdi. Belə durum anlaşılan idi: axı “İnter” dünyanın ən yaxşı baş məşqçilərinin birinin xidmətindən məhrum olmuş, yaşlı heyətlə qalmışdı.

Skudettonun qazanılması və ÇL-in finalına vəsiqə komandanın gücündən daha çox İnzaqinin ustalığının nəticəsi idi. Bu üzdən ona doğru xələf tapmaq hədsiz vacib əhəmiyyət daşıyırdı. Kristian Kivunun gəlişini çoxları anlamadı. Bəli, rumın mütəxəssis klubu yaxşı tanıyırdı, uzun müddət şərəfini qorumuşdu, sonra gənclərlə çalışmışdı. Ancaq belə postu baş məşqçi kimi yalnız “Parma”nı 17 oyuna çıxaran gənc mütəxəssisə tapşırmaq maksimum dərəcədə riskli addım idi. Üstəlik dərhal “döyüşə atılmaq” və komandaya klublarası dünya çempionatında rəhbərlik etmək lazım gəldi. Və “İnter” “River Pleyt”in, “Urava”nın öhdəsindən gələ bildisə, “Fluminense” ilə bacarmadı. Həmin turnirdə mübarizəni dayandırmaq məntiqli idi – ağır mövsümdən sonra yaşlı heyətin, sadəcə, gücü tükəndi.

Veteranlara yeni qanın balansı
İndi artıq əminliklə demək olar ki, Kivu vəzifəsinin öhdəsindən gəldi, gözləntiləri doğrultdu. Çempionluq elə-belə uğur deyil, ölkə kubokunun finalında “Latsio”nu da məğlub etmək mümkün olsa, rumına “4+” qiymətini yaza bilərik. Düzdü, ÇL-də “Bude/Qlimt”dən alınan məğlubiyyət ümumi mənzərəyə bir qədər kölgə salır, ancaq gəlin nəzərə alaq ki, inadkar norveçlilər “Mançester Siti”yə də əziyyət verdi, turnirin yarımfinalçısı “Atletiko”ya da. İstənilən halda, “İnter” üçün mövsümün uğurlu keçməsini yalnız titullar və uğurlar yox, həm də oyunun şəklinin dəyişməsi ilə ölçmək lazımdı.

Kristian yeni şansa çox savadlı və məsuliyyətlə yanaşdı. O, tezliklə keyfiyyətli mütəxəssislərdən ibarət yeni məşqçi korpusu yığdı. Buna qədər “Roma”da uğurla çalışan Mauritsio Fançini fiziki hazırlıq üzrə məşqçi təyin olundu, o, idman təbabəti sahəsində alimdi. Heyətin orta yaş həddinin yüksək olduğunu nəzərə alsaq, bu təyinat vacib məqam idi. Ancelo Palombo texniki inkişaf, Paolo Orlandoni qapıçılarla iş üzrə məşqçi vəzifəsinə təyin olundu. Ancaq bu təyinatlardan birini – Aleksandar Kolarovu xüsusi qeyd etmək lazımdı. Məhz onun sayəsində A seriyasında məhsuldar ötürmələrin sayına görə rekord müəyyənləşdirən Federiko Dimarko yeni səviyyəyə qalxdı.

Kivu və Kolarov buna qədər gənclərlə iş baxımından ciddi təcrübəyə malik olduğundan, gəncləri inkişaf etdirməyin vacibliyini anlayırdılar. Klubun çətin maliyyə durumuna görə komandanın özəyindən də birdəfəlik imtina mümkün deyildi. Bu üzdən məşqçi heyəti yenə köhnələrə etibar etdi: qapıda Zommer, müdafiəfə Bastoni – Açerbi tandemi, lateral mövqeyində Dyumfrislə Dimarko, Çalhanoğlu, Barella, Mxitaryan və Zelinskinin şəxsində möhkəm orta sahə və təbii ki, hücumda Lautaro ilə Türam. Taktiki planda da ciddi dəyişiklik olmadı: Kivu 3-5-2 sxemini saxlamaqla müəyyən yeniliklər etdi. Məsələn, indi komanda daha aqressiv pressinq edir, müdafiə xətti güclənib, hücumlar daha şaquli xarakter daşıyır.

Ancaq “İnter”də heyətin dərinliyi və yeni, gənc ayaqlar çatmırdı. Bu problemi mümkün qədər tez həll etmək lazım idi. Bu məqamda Cüzeppe Marotta və Pyero Auzilionun şəxsində rəhbərliyin əməlini xüsusi qeyd etmək lazımdı. Birincisi, onlar liderləri qorudu. Əvvəllər “İnter” Lukaku və Hakimi kimi aparıcı oyunçularla vidalaşmalı olurdusa, indi bütün önəmli fiqurlar “San-Siro”da qalıb.

“Gazzetta dello Sport”un yazdığına görə, Lautaro Martinesin mövqeyinə kollektivə böyük təsir göstərib. Argentinalı dərhal anlatdı ki, klubu tərk etmək niyyətində deyil: o, təkcə paltardəyişmə otağının lideri yox, həm də “İnter”in uçuruma düşməyəcəyinin təminatı oldu.

İkincisi, klub oyunçu satışından pul qazandı. “Qara-göylər” Zalevski, Taremi, Byukenen, Stankoviç qardaşları və bəzi gənc oyunçular ilə vidalaşdı. Üçüncüsü, bunun sayəsində 50 milyon avro toplamaq və yenilər üçün 100 milyon xərcləmək mümkün oldu. “İnter” ulduzlar almadı, sadəcə, özü üçün daha aktual olan addımı atdı – heyəti gəncləşdirdi və ehtiyat oyunçular skamyasını genişləndirdi.

“Parma”dan alınan Anj-Yoan Boni və icarədən qayıdan Pia Espozito birlikdə 29 məhsuldar hərəkətlə yadda qalıb. Möhtəşəm nəticə olduğunu deməzdik, amma rotasiya oyunçuları üçün qəbulolunandı. Luis Enrike qeyri-sabitliyə görə çox tənqid olunur, ancaq həlledici məqamlarda Dyumfrisin dincəlməsi üçün imkan yaratdı. Manuel Akanci müdafiəyə keyfiyyət əlavə etdi, Pavarı unutdurdu, Andi Diuf və xüsusən Petar Suçiç mərkəzi yenilədi. Müdafiənin mərkəzində Bastoni və Açerbi ilə birgə “üçlük” təşkil edən Yan Bissek artıq yetkin oyunçuya çevrilib. Belə dərin heyət Kivuya mövsümün gedişində oyunçular arasında yüklənməni savadlı şəkildə bölmək, çempionatda və avrokuboklarda uğurla irəliləmək imkanı yaratdı.

Bütün bunlar yaxşıdı, ancaq təməl köhnə qvardiyanın üzərində qurulub. Bastoni həm hücumu başlayan, həm də müdafiənin lideridi. Çalhanoğlu metronom kimidi, dispetçerdi, Barella “qara iş”ə görə cavabdehlik daşıyır, Türamla Lautaronun hücumdakı anlaşmasından danışmaq artıqdı. Məhz adı çəkilən köhnələrin sayəsində “İnter” növbəti – 21-ci skudettonu qazandı və astaca yeni mərhələyə qədəm qoydu. Əsas məqam odu ki, “İnter” indi yalnız veteranların təcrübəsi sayəsində uğurlara nail olmur, həm də “gənc qan”dan fəal şəkildə yararlanır. Gənclər tərəqqi edir, zamanla komandanın həyatında daha vacib rol oynayacaqlar. Bu da Kivunun işinin müsbət tərəfidi.

Rəqiblərin enişi
Hər şeyə rəğmən, “İnter” yenə də çoxlu zəif yönləri olan komanda kimi qalır, bu üzdən çempionluğu həmçinin əsas rəqiblərinin problemlərinin nəticəsi kimi də qəbul etmək lazımdı. “Napoli” mövsümün lap əvvəlində Lukakunu itirdi, De Bruyne uzun müddət zədədən əziyyət çəkdi ki, bu da dərhal nəticələrdə əksini tapdı. Neapollular qışda dəhşətli eniş yaşadı, Antonio Konte yazda vəziyyəti bir qədər düzəltsə də, həmin vaxt “İnter”lə arada artıq böyük xal fərqi yaranmışdı.

“Yuventus” artıq illərdi ağrılı yenidənqurma dönəmini yaşayır. Turin klubu 2024-cü ildə transferlər baxımından açıq-aşkar iflas etdi. Luçano Spaletti indi Çempionlar Liqasına vəsiqə uğrunda “Komo” ilə mübarizə aparır, ancaq yalnız Kənan Yıldızın üzərində dayanıb.

“Milan”, ümumiyyətlə, gənc oyunçuların inkişafı kursunu götürüb. Əlbəttə, Massimilano Alleqri iflas yaşamadı, hətta bu mövsümün sonunda ikinci də ola bilər, ancaq heyət çempionluq ambisiyalarına qətiyyən uyğun deyil. “Komo” haqda da eyni sözləri demək olar. Sesk Fabreqasın işi heyranlıq doğursa da, onun komandası əsasən çoxlarının tanımadığı gənc futbolçulardan qurulub. Bir sözlə, bu komandanın imkanlarının da bir həddi var.

“Atalanta”nı tərk edən Can Pyero Qasperini hələ də “Roma”ya uyğunlaşma dönəmini yaşayır. Komanda onun rəhbərliyi altında hələ də qeyri-sabitdi.
Əlbəttə, hələ də “İnter”in iki dəfə ÇL-in finalında oynamasından və İtaliya yığmasının AÇ-2020-dəki qələbəsindən yapışmaq olar, ancaq İtaliya futbolunun hazırda böhran yaşamasayla bağlı dəlilin alternativi yoxdu. Maliyyə problemi və telemüqavilələrdən gələn aşağı gəlir üzündən klublar yeni futbolçulara böyük pul xərcləyə bilmir. Bu mənada A seriyası İngiltərə premyer-liqasına heç yaxın da düşə bilməz. “İnter” isə bütün bu problemlər fonunda da birmənalı şəkildə ölkənin ən güclü komandasıdı. Kivu, sadəcə, potensialı dağıtmamalıydı ki, o da bu vəzifənin öhdəsindən parlaq şəkildə gəldi.

Bəs sonra?
Sonrası yenidənqurmanın davamı deməkdi. “İnter” yayda yenidən heyəti gücləndirmək niyyəti ilə bazara çıxacaq. Düzdü, çətin ki, bu axtarışın miqyası geniş ola. Axı “neradzurra” ÇL-də mübarizəni artıq 1/8 finalda dayandırıb, deməli, gözlədiyi qədər pul qazanmayıb.

“Gazzetta dello Sport”un yazdığına inansaq, “İnter”in sahibi olan Amerikanın “Oaktree” fondu transferlər üçün 40 milyon avro ayıracaq. O qədər də böyük məbləğ deyil. Xüsusən də yayda Zommerla Mxitaryanın (çox güman, qalacaqlar), eləcə də De Vrey, Darmian və Açerbinin (çox güman, gedəcəklər) müqavilə müddətinin bitəcəyini nəzərə alsaq. Onların hamısına əvəzedici lazımdı.

Əvəzində Bastoninin “Barselona”ya satışından (İspaniyada və İtaliyada son bir ayda bu mövzuda çox yazırlar) klub xəzinəsinə yaxşı pul daxil olacaq. Mümkün sövdələşmə 60-80 milyon dəyərində qiymətləndirilir. Komandanı Frattezi ilə Luis Enrike də tərk edə bilər. “Transfermarkt” onları, uyğun olaraq, 22 və 23 milyona dəyərləndirir.

Mümkün transferlər sırasında isə “Tottenhem”in qapıçısı Gulyelmo Vikarionun, “Atalanta”nın lateralı Marko Palestranın, həmçinin mərkəz müdafiəçiləri Umar Sole (Udineze) ilə Mario Xilanın (Latsio) adı çəkilir. Bunlar əsasən yaşı çox olmayan, ancaq start heyətini gücləndirməyə qadir təcrübəli futbolçulardı. Odu ki, “İnter” yayda bazarda hedlaynerlərdən biri olacaq.

Ən azı bunu əminliklə demək olar ki, rəhbərlik İnzaqiyə düz xələf seçib. İndi əsas olan budu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-06-2025, 10:0

İnzaqiyə xələf oldu

Dünya futbolu

17-06-2025, 01:0

Kristian Kivu Simone İnzaqini unutdurmalıdı

Dünya futbolu

24-02-2026, 12:0

Heç kimin inanmadığı mütəxəssis skudettoya doğru addımlayır - Kivu İnzaqidən sonra “İnter”də nəyi dəyişdi?

Dünya futbolu

18-04-2025, 10:0

Baş məşqçi ilə bağlı yeni plan

Dünya futbolu

10-07-2022, 15:0

İnzaqinin məsələsi rəsmiləşdi

Dünya futbolu

15-06-2025, 07:0

"Əl-Hilal"la üçillik müqavilə imzaladı

Aktual
“Futbolun hər üzü var, nə olacağını əvvəldən təxmin etmək olmaz” - Adil Şükürov tələsmir
Əli Bəşirov Fransada! – “Strasbur” planı reallaşır
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Şahin Diniyev “Şamaxı”da?
“Düzdü, azarkeşlər güclü komanda, baxımlı oyun istəyə bilər, ancaq ayağı yorğana görə uzatmaq lazımdı” – Vidadi Əhmədov
Son xəbərlər
  • Bu gün, 13:24
    İki güləşçimiz 1/4 finalda - AÇ
  • Bu gün, 12:53
    UEFA lisenziyalı məşqçilik kursları üçün təlim keçiriləcək
  • Bu gün, 12:17
    “İnter” sona üç tur qalmış çempion oldu - Kivu ona inanmayanları susdurdu
  • Bu gün, 11:46
    “Şalke-04” üç ildən sonra elitada! - bu uğurun altında türk kapitanın imzası var
  • Bu gün, 11:29
    “Futbolun hər üzü var, nə olacağını əvvəldən təxmin etmək olmaz” - Adil Şükürov tələsmir
  • Bu gün, 10:58
    Acunun komandası finalda oynamadan premyer-liqaya yüksələ bilər!
  • Bu gün, 10:13
    “Mənfi şərhləri oxumamaq üçün hətta İnstaqram və ya TikTok hesabı da açmamışam” - Kənan milli komanda ilə fəxr edir
  • Bu gün, 09:48
    Əli Bəşirov Fransada! – “Strasbur” planı reallaşır
  • Bu gün, 00:13
    Xədicə gümüş medal qazandı - AÇ
  • Dünən, 23:46
    Fransa dünya çempionatı üçün heyətini açıqladı
  • Dünən, 23:11
    Əvvəlki iş yerinə qayıtdı
  • Dünən, 22:20
    21 illik həsrətə son qoydular
  • Dünən, 21:49
    “Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
  • Dünən, 21:13
    Dünya çempionatını buraxa bilər
  • Dünən, 20:42
    Prezident olmağa çox yaxındı
  • Dünən, 20:11
    64 yaşında yeni təyinat aldı
  • Dünən, 19:40
    İtaliya klubuna gərək olmadı
  • Dünən, 19:19
    Tramp boksçularla görüşdü
  • Dünən, 18:48
    “Mövsümün sonuna hələ çox var, çox şey dəyişə bilər” - sürpriz lider son uğurlarından danışdı
  • Dünən, 18:17
    Tennisdə böyük qiyam! - daha çox qazanmaq istəyirlər
  • Dünən, 17:46
    “Olimpiakos” “4-lər finalı”na vəsiqə qazandı
  • Dünən, 17:15
    60 milyon dollar qazanır, yenə də narazıdı!
  • Dünən, 16:44
    İki güləşçimiz yarımfinalda - AÇ
  • Dünən, 16:13
    “Orlando” baş məşqçisini qovdu
  • Dünən, 15:42
    Asif Məmmədov "Qəbələ"ni 10 min manat ziyana saldı
  • Dünən, 15:11
    Makkinnon ikinci pilləyə yüksəldi
  • Dünən, 14:40
    “Sabah” – tarixin beşincisi, Dambrauskas ilkə imza atdı
  • Dünən, 14:19
    "Bakı–Xankəndi" velosiped yarışına yekun vuruldu
  • Dünən, 13:48
    Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
  • Dünən, 13:34
    9 ildən sonra..
  • Dünən, 13:12
    “Neftçi”nin apellyasiya şikayəti təmin edilmədi
  • Dünən, 13:00
    "Sabah" Puxaçı birdəfəlik transfer etdi - RƏSMİ
  • Dünən, 12:53
    “Qarabağ”la AVIS arasında tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 12:38
    Millimiz üçüncü yeri tutdu - AÇ
  • Dünən, 12:17
    Rövşən Nəcəf "Sabah"ı təbrik etdi
Daha çox
Oxunub: 497
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 283
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 217
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 204
"Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
Oxunub: 195
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Oxunub: 194
“İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə