"Football-plus.az" xəbər verir ki, həkimlərin onun bir daha xərçəng xəstəliyindən müalicə olunduğunu təsdiqlədiyini bildirib:
“Bir gün çəkən müayinələrdən sonra müsbət cavab aldım. Bütün həkimlərə, tibb bacılarına, proton və radiasiya cadugarlarına təşəkkür edirəm. Necə də yüngülləşdim! Əlvida, “xərçəng”.
Xatırladaq ki, Navratilova martın 21-də remissiya mərhələsində olduğunu bildirmişdi. Ona boğazında 1-ci dərəcəli xərçəng və süd vəzi xərçənginin residivi diaqnozu qoyulmuşdu.
Çexoslovakiyalı idmançı fərdi, cütlərin yarışı və qarışıq olmaqla ümumilikdə 59 “Böyük dəbilqə” turnirini qazanıb. Elədə də fərdi zaçotda 167, cütlərin yarışında 177 WTA tituluna yiyələnib.



