Evertə yenə “xərçəng” diaqnozu qoyuldu

18.12.2023 16:09 192
İdman
Amerikalı tennisçi Kris Evertə bir il ərzində ikinci dəfə “xərcəng” diaqnozu qoyulub.

O, X sosial şəbəkə hesabında belə yazıb:

“Xərçəng”in qayıtdığını xəbər vermək istəyirəm. Bu, heç vaxt eşitmək istəmədiyim diaqnozdu. Ancaq bəxtimin gətirdiyini hiss edirəm. Çünki “xərçəng” ilkin mərhələdə üzə çıxarılıb”.

“Böyük dəbilqə” turnirlərinin 18 qat qalibi onu da yazıb ki, “xərçəng” yenə eyni nahiyədə aşkarlanıb. Ötən ilin yanvarında ona “yumurtalıqların xərcəngi” diaqnozu qoyulmuşdu. Tennisçi karyerasını bitirəndən sonra şərhçi kimi çalışır.