Xədicə gümüş medal qazandı

15.05.2026 00:13 120
İdman
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, bu gün 6 qadın güləşçimiz xalça üzərinə çıxıb.

Xədicə Qurbanzadə almaniyalı Mədinə Bayramovaya 5:1 hesabıyla qalib gələrək finala yüksəlib. O, finalda ukraynalı Olena Kolubaya 0:10 hesabıyla məğlub olub və gümüş medal qazanıb.

Nuray Cəfərli makedoniyalı Frosina Atanasovaya "tuş"la, macarıstanlı Vivyen Sentpala isə 7:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda polşalı Yuliya Palkaya 0:3 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

Fatimə Bayramova türkiyəli Ecrin Salikə "tuş"la, ukraynalı Kamilla Pihora isə 6:3 hesabıyla qalib gələrək 1/2 finala adlayıb. Fatimə yarımfinalda macarıstanlı Mariya Jitovoza 0:10 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

Gülxanım Şirinova 1/4 finalda rusiyalı Zlata Koreşovaya 3:12 hesabıyla məğlub olub.

Fidan Babayeva 1/8 finalda isveçrəli İnez Airaksinenə "tuş"la məğlub olub.

Simurə Abdullayeva bolqarıstanlı Nataliya Tasevaya "tuş"la qalib gəlsə də, 1/4 finalda türkiyəli Kıymet Tezcana 6:17 hesabıyla uduzub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul