İki güləşçimiz yarımfinalda - AÇ

14.05.2026 16:44 105
İdman
Yunan-Roma güləşi üzrə U-17 qadın millimizin üzvləri Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında mübarizə aparıblar.

"Football-plus.az" xəbər verir ki, Nuray Cəfərli (46 kq) macarıstanlı Vivyen Sentpala 7:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Digər təmsilçimiz Fatimə Bayramova (53 kq) ukraynalı Kamilla Pihora üzərində 6:3 hesablı qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib. Simurə Abdullayeva (69 kq) 1/4 finalda Türkiyə təmsilçisi Kıymet Tezcanaya 6:17 hesabı ilə məğlub olub. Fidan Babayeva (61 kq) isə 1/8 finalda İsveçrə təmsilçisi Inez Airaksinenə “tuş”la uduzub.