Football-plus.az xəbər verir ki, 66 yaşlı sabiq tennisçidə boğaz xərçənginin ilk mərhələsi, həminin düz vəzi xərçənginin residivi aşkarlanıb. Elə bu həftə Nyu-Yorkda onun müalicəsi başlayıb. Navratilova xəbəri belə qarşılayıb:
“Bu ikiqat zərbədi, vəziyyət ciddidi, ancaq öhdəsindən gələ bilərəm. Xoş sonluğa ümid edirəm. Bütün gücümlə mübarizə aparacam”.
Xatırladaq ki, Martinaya 2010-da sinə xərcəngi diaqnozu qoyulub, 6 ay sonra isə həkimlər onun tam sağaldığını bildiriblər. Çexiyalı tennisçi “Böyük dəbilqə” turnirlərində ümumilikdə 59 titul qazanıb.



