“Sabah” – tarixin beşincisi, Dambrauskas ilkə imza atdı

14.05.2026 14:40 104
Ölkə futbolu
“Sabah” 2025/26 mövsümündə “qızıl dubl”a imza atıb. Misli premyer-liqasının qalibi adını mövsüm başa çatmadan təmin edən komanda Bizon ölkə kubokunun finalında “Zirə”yə qalib gəlib – 2:1.

"Football-plus.az" xəbər verir ki, bu, klub tarixində ilk “qızıl dubl” olub. “Sabah” eyni mövsümdə ölkə çempionatı və kubokunun qalibi adını qazanan 5-ci komanda kimi tarixə düşüb.

Əvvəlki mövsümlərdə 4 klub ümumilikdə 11 dəfə “qızıl dubl” gerçəkləşdirib. “Qarabağ” hamıdan çox – 6 dəfə (1993, 2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24) bunu bacarıb. “Neftçi”nn hesabında 3 (1995/96, 2003/04, 2012/13) “Qızıl dubl” var. “Sabah” kimi hərəyə bir dəfə belə uğura sevinən “Kəpəz” 1997/98, “Xəzər Lənkəran” 2006/07 mövsümündə hər iki titulu qazanıb.

“Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskas ölkəmizdə “qızıl dubl” müəllifi olan ilk legioner mütəxəssisdi. Əvvəlki 11 belə uğura yerli baş məşqçilər imza atıb. Qurban Qurbanov 5 (2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24), Kazbek Tuayev (1995/96, 2003/04) və Ağasəlim Mircavadov (1993, 2006/07) hərəsi 2, Mehman Allahverdiyev (1997/98) və Böyükağa Hacıyev (2012/13) hərəsi bir dəfə rəhbərlik etdiyi komanda ilə buna nail olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul