9 ildən sonra..

14.05.2026 13:34 105
Ölkə futbolu
Bizon ölkə kubokunun qalibi adını qazanan “Sabah” ötən mövsümdə əldə etdiyi titulu qoruyub. "Bayquşlar" son 9 mövsümdə ilk komanda olub ki, ardıcıl iki dəfə kuboku başı üzərinə qaldırıb.

"Football-plus.az" xəbər verir ki, sonuncu dəfə buna “Qarabağ” nail olub. Ağdam təmsilçisi həmin vaxt ardıcıl 2 dəfə titulunu qoruyaraq üç mövsüm (2014/15, 2015/16, 2016/17) kubok qazanıb.

Daha üç komanda ardıcıl iki dəfə turnirin qalibi adına sahib çıxıb. İki dəfə buna nail olan “Neftçi” öncə 1994/95, 1995/96, ardınca 2012/13, 2013/14 mövsümlərində bunu bacarıb. Kəpəz” (1996/97, 1997/98) və “Xəzər Lənkəran” (2006/07, 2007/08) da eyni nailiyyəti gerçəkləşdirib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul