İki güləşçimiz 1/4 finalda

15.05.2026 13:24 91
İdman
Sərbəst güləşçilərimiz Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında uğurlu nəticələr qazanıblar.

"Football-plus.az" xəbər verir ki, Hakim Tağıyev (110 kq) rusiyalı Maqomed Omarova 2:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

Hüseyn Rzazadə (48 kq) gürcüstanlı Laşa Koridzeyə tam üstünlüklə - 9:0 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

Rəşid Nazarov (65 kq) gürcüstanlı Bidzina Jintçaradzeyə xalların keyfiyyətinə görə (2:2) qalib gələrək 1/8 finala yüksəlib.

Nihad Süleymanlı (80 kq) isə gürcüstanlı Rati Revazaşviliyə 7:2 hesabı ilə qalib gələrək 1/8 final mərhələsinə adlayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul