“Orlando” baş məşqçisini qovdu

14.05.2026 16:13 107
İdman
“Orlando” baş məşqçi Camal Moslinin qovulduğunu elan edib.

47 yaşlı amerikalı son beş ildə bu klubda çalışıb, komandanı son üç mövsümün hər birində pley-offa çıxarıb. Ancaq “Mecik” bu mövsümlərin heç birində 1-ci mərhələdən irəli gedə bilməyib. Cari mövsümdəki məğlubiyyət daha acınacaqlı olub. Belə ki, “Orlando” “Detroyt”la seriyanın ilk 4 oyunundan sonra 3:1 öndə olsa da, sonda qələbəni əldən verib – 3:4. Moslinin ümumi balansı belədi – 189 qələbə, 221 məğlubiyyət.

Konfrans yarımfinallarından birinin nəticəsi diqqəti cəlb etdi. “Minnesota” seriyanın 2-ci oyununda “San-Antonio”ya 95:133 hesabıyla uduzdu. Bu, “Minnesota”nın tarixində pley-off oyunlarında aldığı ən ağır məğlubiyyətdi. Əvvəlki antirekord 2003-cü ilin aprelində qeydə alınmışdı. Onda “Minnesota” “Leykers”ə 30 xal fərqi ilə uduzmuşdu.

konfrans yarımfinalları
5 may

Nyu-York – Filadelfiya 76 137:98 (33:25, 41:26, 35:27, 28:20)
Seriyada hesab – 1:0.
San-Antonio – Minnesota 102:104 (23:24, 22:21, 27:24, 30:35)
Seriyada hesab – 0:1.

6 may
Detroyt – Klivlend 111:101 (37:21, 22:25, 24:30, 28:25)
Seriyada hesab – 1:0.
Oklahoma-Siti – Leykers 108:90 (31:26, 30:27, 23:19, 24:18)
Seriyada hesab – 1:0.

7 may
Nyu-York – Filadelfiya 76 108:102 (31:33, 30:29, 28:28, 19:12)
Seriyada hesab – 2:0.
San-Antonio – Minnesota 133:95 (24:17, 35:18, 39:28, 35:32)
Seriyada hesab – 1:1.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul