“Bizi öldürməyən hər şey bizi gücləndirir” – “Ludoqorets”dən fəlsəfi üzrxahlıq
Manşet / Çempionlar Liqası
15-08-2024, 21:0
Acınacaqlı məğlubiyyətin şokundan yavaş-yavaş ayılan “Ludorets” azarkeşlərini müraciət etməyi lazım bilib.
“Football-plus.az” xəbər verir ki, klubun “Qarabağ”dan alınan 2:7-yə görə yazılan üzrxahlıq mesajında bu sözlər yer alıb:
“İsti dəstəyə görə sağ olun! Çətin vaxtlarda komandanı necə dəstəkləməyin lazım olduğunu göstərən adamlara təşəkkür edirik. Bağışlayın! Bizi öldürməyən hər şey bizi gücləndirir. Yalnız “Ludoqorets!”