“Neftçi” azarkeşi Aqil Məmmədquliyev dünən redaksiyamıza müraciət etdi.
Klubun fəal azarkeşi komandanı “Aris”lə oyunda qeydə alınan məğlubiyyətə görə tənqid edənlərlə cavab verdi. Onun “Football-plus.az” saytına müraciətini təqdim edirik:
"Mən sizin vasitənizlə bütün futbol ictimaiyyətinə bildirmək istəyirəm ki, qarda, yağışda klubu dəstəkləyən azarkeşlərdən başqa, heç kim "Neftçi"nin məğlubiyyəti haqda belə sözlər deyə bilməz. Belə çıxır, komandanın məğlubiyyətini gözləyirdiz ki, tənqid edəsiz? Həqiqətən ayıbdı. Peşəkarlıq odu ki, mövqe qoymayasan. Sabiq məşqçilər, mütəxəssislər bununla bağlı yazırlar. Uduzmuşuq, yaxşı etmişik. "Neftçi” azarkeşləri həmişə klubun yanındadı. Bu bizim sevgimiz, sevgilimizdi. Sizin bizim sevgilimiz haqda danışmağa haqqınız yoxdu. Gedin, işinizlə məşğul olun. İndi əcnəbii məşqçi gəlib deyə, hərəniz əlinizə bir balta alıb düşmüsüz üstünə. "Neftçi" azarkeşinin rəhbərlikdən istədiyi bir şey var ki, o da bizim öz aramızdadı. Kimin hardan, necə qidalandığını yaxşı bilirik. Özlərini mütəxəssis sayanların istər klubda, istərsə də milli komandalarda xalqa necə faciələr yaşatdığını görümüşük. Bir-bir ad çəkmək istəmirəm, onları hamı tanıyır. Sizin sevimli komandanız qalıb gəlib, gedin, sevinin, bizlə nə işiniz var? O komandanın adı indi ölkəyə lazımdı deyə, onu qabağa çəkiblər. Bu da bizim komandamızdı, bizə dəyməyin. Bizim bir istəyimiz var, "Neftçi" qalib gəlsin. İnanın ki, son məğlubiyyətdən çox deyilən sözlər adama təsir edir. "Neftçi" azarkeşindən başqa heç kimin komandanı qınamağa haqqı yoxdu. İnşallah bu məğlubiyyət böyük uğurların başlanğıcı olacaq. Bu bizi ayıltmalıdı. "Neftçi" azarkeşi birdi, həmişə komandasının yanındadı. Mən sizin vasitənizlə bütün azarkeşləri komandanı dəstəkləməyə çağırıram. Yalnız inam bizi növbəti mərhələyə yüksəldə bilər".
ŞAİR ABDULLA