"Kəpəz" Misli premyer-liqasının ilk turunda səfərdə "Sumqayıt"a məğlub olub - 0:2.
"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Yeni komanda qururuq. Bizim üçün vaxt lazım olacaq. Bilirik ki, vaxtımız yoxdu. Hər şeyi daha sürətli etməliyik. Qarşıda bizi uzun marafon gözləyir. İnanıram ki, komanda daha baxımlı futbol oynayacaq.
- Komandanız yenə autsayder hesab olunur. Çətin olmayacaq ki?
- Bizi ən çox narahat edən odu ki, yenidən komanda formalaşdırırıq. Digərləri formalaşmış komandanı gücləndirir. Futbolçuların çempionata uyğunlaşması bir az vaxt alır. Təəssüflər olsun ki, bu il də hədəfimiz premyer-liqada qalmaqdı.
- Yeni transferlər gözlənilir?
- Danışıqlar apardığımız futbolçular var. Transferlərə ehtiyacımız var. Rəhbərliklə bu barədə danışmışıq.