• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ağadadaş Həmidov: “Toral Bayramov, Nəriman Axundzadə bizim yetirməmizdi” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

31-12-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Bu layihə çərçivəsində daha çox bölgələrdə yaşayan idmançılara və mütəxəssislərə diqqət ayırmağa çalışırıq ki, bu da səbəbsiz deyil. Bölgələrdə idmanın, o cümlədən də futbolun inkişafının ümumilikdə Azərbaycan idmanı üçün vacib şərt olduğu hər birimizə məlumdu. Zaman-zaman diqqəti əyalətlərə yönəldir, orda yaşayan mütəxəssisləri oxucularımıza daha yaxından tanıtdırır, onların fikirlərini öyrənirik. Budəfəki müsahibimiz “Xəzər Lənkəran”a könül verən azarkeşlərə daha yaxşı tanış olan Ağadadaş Həmidovdu.

- Ağadadaş bəy, ilk sualımızda sizi daha yaxından tanımağa çalışaq. Futbola gəlişiniz necə oldu? İlk məşqçinizi və komandanızı necə xatırlayırsız?
- Mən məşqçi Vaqif Abbasovun rəhbərliyi altında 1967/68-ci illərdə futbolda ilk addımlarımı atmışam. 14-15 yaşıma qədər onun rəhbərliyi altında çıxış etmişəm. Lənkəran təmsilçisi kimi məktəblilərin spartakiadasında qalib adını qazanmışıq. Rəhmətlik Tofiq Axundovun rəhbərliyi altında çıxış edən yeniyetmələrdən ibarət yığma komandaya da dəvət almışam. 14 yaşımda yığma komandaya dəvət aldım. İki il sonra isə məşqçi Hafiz Namazov məni Respublika çempionatında Lənkəranı təmsil edən “Xəzər” komandasına çağırdı. 16 yaşımdan “Xəzər”də çıxış etmişəm. 1976/77-ci il çempionatında Respublika çempionatında oynadıq, ikinci yeri tutduq. Ordan da SSRİ birinciliyinə yüksəldik. SSRİ birinciliyinin 2-ci dəstəsində çıxış edirdik. 1978-ci ildə məşqçi dəyişikliyi oldu, Kazbek Tuayev “Xəzər”ə baş məşqçi təyin olundu. Növbəti beş ildə onun rəhbərliyi altında doğma komandamızda oynadım. 1981-ci ildə 2-ci dəstədə 3-cü yeri tutduq. Halbuki ilk iki yeri tutan komanda 1-ci dəstəyə yüksəlirdi. Gürcüstanın “Qori” komandasını özümüzdən irəli buraxdıq. Kazbek Tuayev “Neftçi”yə dəvət aldıqdan sonra Nikolay Smolnikovu onun yerinə təyin etdilər. Bu hadisə 1983-cü ildə yaşandı. Növbəti məşqçimiz Rəşid Özbəyov oldu. O da bizimlə bir mövsüm işlədikdən sonra Moskvaya - Ali Məşqçilər Məktəbinə oxumağa getdi. “Xəzər”də də maliyyə problemləri yarandı. Yerli hakimiyyət orqanları kluba pul ayırmağı dayandırdı. Həmin vaxt “Araz Naxçıvan” bizdən üç futbolçuya dəvət göndərdi. Elgiz Məmmədov, Nazim Əliyev və mən dəvətə uyğun olaraq ora yollandıq. İki il də Naxçıvan təmsilçisində oynadım. 1984-cü ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olmuşdum, 4 il sonra oranı bitirdim. “Xəzər”in də çıxışı bərpa olundu. Komandaya da Asəf Namazov rəhbərlik edirdi. Bir il sonra Namazovu Sergey Kramarenko əvəzlədi. Mən də doğma komandamıza qayıtmışdım. Müstəqillik qazanana qədər SSRİ birinciliyində çıxış etdik.

Ağadadaş Həmidov: “Toral Bayramov, Nəriman Axundzadə bizim yetirməmizdi”


- Hər kəsin məşqçiliyə başlamasının öz tarixi var. Bəs sizdə futbolçuluqdan məşqçiliyə keçid necə baş verdi?
- SSRİ dağılandan sonra Azərbaycan çempionatında çıxış etdik, komandanı Namiq Qarayev çalışdırırdı. O da Lənkəran futbolunun yetirməsi idi. Mən isə 89-cu ildə zədələnmişdim, futbol oynaya bilmirdim. Ona görə də həmin il Kramarenkonun köməkçisi vəzifəsinə təyinat almışdım. 1992-ci ildən isə “Xəzər”i çalışdırmaq mənə tapşırıldı. Çıxışımız heç də pis alınmadı. Bütünlüklə lənkəranlı uşaqlardan ibarət heyətimiz var idi, çempionatda 6-cı yeri tutduq. Azərbaycan kubokunda finala yüksəldik, Gəncə komandasına 0:2 hesabıyla məğlub olduq. 1994-cü ildə icra başçımız Dirlubə Camalova yenidən “Xəzər”ə yardımı dayandırdı. İndi özü dünyasını dəyişib. Ondan sonra uzun müddət Lənkəranda peşəkar səviyyədə futbol olmadı. Olanlar da həvəskarlar səviyyəsində idi. 2004-cü ildən Mübariz Mənsimov yenidən Lənkəran futbolunu dirçəltdi. Mən də B kateqoriyalı məşqçi kimi doğma rayonumuzun komandası üçün əlimdən gələni etmişəm. Premyer-liqada son oyunumuz “Rəvan”la idi. 2:0 öndəydik. Sonradan hesab 2:2 oldu. Qarşılaşma heç-heçə bitdi. Ramil Diniyevin hakimliyi hamının yadındadı. Bununla da “Xəzər Lənkəran” elitanı tərk etdi.

- “Xəzər Lənkəran” xatirələrinizdə necə qalıb? Bu klubun varlığı cənub bölgəsinin futbol həyatına necə təsir etmişdi?
- Mübariz Mənsimov “Xəzər Lənkəran”ı yeni səviyyəyə qaldırandan sonra düz 2019-cu ilə qədər mən bu klubda çalışmışam. U-15, U-17 və əvəzedici komandaları çalışdırmışam. Əsas komandanı da elitada beş oyuna mən çıxarmışam. “Xəzər Lənkəran”ın varlığı təkcə Lənkəranda yox, bütün cənmub bölgəsində, ümumilikdə Azərbaycanda futbol həyatını canlandırmışdı. 2015-ci ildə Bakıda keçirilən U-17 millilərinin Avropa çempionatı hamımızın yadındadı. Təbriz Həsənovun çalışdırdığı milli komandamıza “Xəzər Lənkəran”ın iki yetirməsi dəvət almışdı. İbrahim Qədirzadə və Yusif Həsənov Avropa çempionatında oynadı. “Xəzər Lənkəran” dağılandan sonra onlarla birlikdə daha iki yetirməmimizi “Qarabağ”ın U-19 komandasına göndərdik. Həmin vaxt “Qarabağ”ın U-19 komandası da UEFA Gənclər Liqasında çıxış edirdi. Uşaqlarımız “Çelsi”, “Roma” və “Atletiko” kimi komandalarda oynayan həmyaşıdlarına qarşı meydana çıxdılar. Mən uşaqlara heyfim gəldiyinə görə məşqlərə davam edirdim. Hətta məvacib almasam da, istəmirdim ki, uşaqlar futbolsuz qalsınlar. Bakıda münasibətim olduğu məşqçilərə məsləhət görürdüm, xahiş edirdim ki, uşaqlarımız itməsin, onları paytaxta dəvət etsinlər. Valideynlər də narahatçılıq keçirirdi. Deyirdilər ki, uşaqlarımız bu qədər məşq etdilər, onların aqibəti necə olacaq?! Mən 2004, 2005 və 2006-cı il təvəllüdlü uşaqları nəzərdə tuturam. Hazırda “Qarabağ”da çıxış edən Toral Bayramov, Nəriman Axundzadə bizim yetirmələmizdi. “Zirə”də, “Sabah”da çıxış edən yetirmələrimiz də var.



- Hazırda Lənkəranda uşaq futbolunun vəziyyəti necədi? Uşaqlar harda məşq edir?
- Röyal və Xəyal Abbasov qardaşları hazırda Lənkəranda uşaq futbolu sahəsində çalışırlar. Onlara Lənkəranda “əkizlər” deyirlər. Yaxşı da nailiyyətləri var. “Xəzər Lənkəran”ın ən aşağı yaş qrupunda onlar işləyirdilər. Adını qeyd etdiyim Toral Bayramovu, Nəriman Axundzadəni də onlar kəşf ediblər. Aşağıdan gələn istedadları Röyal və Xəyal qardaşları tapıb, üzə çıxırıblar. Hazırda onların işi çox çətindi. Lənkəran yağışlı yerdi. Açıq meydançada uşaqlarla işləmək çox çətin olur. Olimpiya Kompleksinin meydançasında az-çox şərait yaradılıb. Hərdən onların məşqlərinə gedib baxıram. Bəzi valideynlər uşaqların xəstələnməsindən qorxur, uşağı məşqə gətirməkdən ehtiyatlanırlar.

- Sonuncu sualım gələcəklə bağlıdı. Lənkəranda uşaq futbolunun gələcəyini necə görürsüz, problemləri həll etmək üçün nələr etmək lazımdı?
- Klub olmasa, uşaq futbolunun gələcəyi də çətindi. Valideynlər də fikirləşirlər ki, bu uşaq harda futbol oynayacaq? Məktəblərə gedirsən, uşaq yığırsan. Ən azı cənub zonasında heç olmasa, 1-ci liqa səviyyəsində klub olmalıdı. “Lerik” 2-ci liqada oynayır. Elə “Xəzər Lənkəran” akademiyasının yetirmələrinin gücündən istifadə edir. Bizdə əvəzedici komandada oynayan uşaqlar “Lerik”də forma geyirlər. Lənkəranda cənub zonasının uşaq liqalarının yarışları gedir. Baxıram ki, futboldan xəbəri olmayanlar uşaqları yığıb gətirirlər. Balaca uşaqları meydana buraxırlar, 0:10, 0:15 hesabları qeydə alınır. Heç bilmirəm ki, bu hesabları hakimlər qeydə alır, ya yox. Sadəcə, say xətrinə, hesabat vermək üçün oyunlar keçirilir. Hansı keyfiyyətdən danışmaq olar? Bir dəfə U-17 liqasında mən “Qarabağ”la oyun zamanı hakimə etiraz etmişdim. 2019-cu ildə. Hakim iddia etmişdi ki, mən onu vurmuşam. Məni 20 oyunluq cəzalandırdılar. Bütün müsahibələrimdə dedim ki, kamera görüntülərinə baxsınlar. Hakimə müraciət etdim ki, diqqətli olsun. Mənə uşaqların yanında dedi ki, sənin futboldan baxşın çıxmır. Tanış adamlar var, müxtəlif klublara dəvət edirlər. Deyirlər ki, Bakıya gəlim, U-16, U-17 komandalarında çalışım. Sonra yazırlar ki, “Dadaş müəllim, sizin AFFA ilə probleminiz olub?” Problem odu ki, mən “Xəzər Lənkəran”da işləmişəm. AFFA rəhbərliyi ilə Mübariz Mənsimovun münasibətləri pozuldu, bundan bütün Lənkəran futbolu indiki günə qədər əziyyət çəkir. Futbolçular da, məşqçilər də futboldan kənar qalıb. Bizim komandamızı 2-ci liqaya buraxmırlar, amma bizim bazamızda oynayan “Lerik”i çempionata buraxırlar. Görünən odu ki, Lənkəranla hansısa ədavət var. Belə problemlər həllini tapmalıdı ki, Lənkəranda futbol olsun.

AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Layihə / Manşet

10-12-2023, 23:0

“İlk addımlarımı “Xəzər Lənkəranda atdım, sonra isə “Neftçi”də oynadım” – LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

17-12-2023, 23:0

“Xəzər Lənkəran”ın sabiq rəsmisi: “Ölkənin ən böyük tribunası futbolsuz qalıbsa...” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

25-06-2023, 23:0

Vüqar Əsgərli: “Azərbaycanlı futbolçularının əsas problemi...” - LAYİHƏ

İdman / Layihə / Manşet

6-08-2023, 23:0

Azər Hüseynov: “İndiki uşaqlar sanki hər yarışda qələbə qazanmaq istəyirlər” - LAYİHƏ

İdman / Layihə / Manşet

29-10-2023, 23:0

Gəncədə çalışan türkiyəli mütəxəssis: “Gənclərə inanmaq, onlara etimad göstərmək lazımdı” - LAYİHƏ

İdman / Layihə / Manşet

23-07-2023, 23:0

Xanəhməd Rzazadə: “Gəncədə cüdo başqa idman növlərindən seçilir, daha çox sevilir” - LAYİHƏ

Aktual
“Üç ildi danışıqlar gedir, lakin nəticə yoxdu” – “Şamaxı”nın baş meneceri
“Bir çox məqama aydınlıq gətiriləcəyi gözlənilir” – Tahir Süleymanov
“İkinci liqada oynamaq fikrim yoxdu” – “Qaradağ Lökbatan” dağılır?
“Yəqin ki, İmişlidə oynayacağıq. Təbii örtükdə” – xoş xəbər?
“Forza Neftçi” bir daha sübut etdi: tribunaların tək hakimi var!
"Qaradağ Lökbatan"ın 1-ci liqa macərası başa çatdı! - ŞƏRH
Son xəbərlər
  • Bu gün, 15:25
    Baş nazir Əli Əsədov Filip Cuda ilə görüşdü
  • Bu gün, 14:57
    Azərbaycan - Macarıstan matçının hakimləri
  • Bu gün, 14:36
    1-ci liqa klubunun baş məşqçisinə sərt cəza
  • Bu gün, 14:15
    AFFA "Zirə" və "Şamaxı"nı cərimələdi
  • Bu gün, 13:52
    “Üç ildi danışıqlar gedir, lakin nəticə yoxdu” – “Şamaxı”nın baş meneceri
  • Bu gün, 13:40
    Portuqaliya və Fransa qələbə qazandı - YENİLƏNİR
  • Bu gün, 13:30
    "Azərbaycan ev oyunlarında yaxşı nəticələr göstərməyi bacaran bir komandadı"
  • Bu gün, 13:09
    "Sabah"ın qapıçısı Qazaxıstan millisində
  • Bu gün, 12:57
    ''Beşiktaş''ın ən bahalı transferi geri dönür
  • Bu gün, 12:26
    ''Qalatasaray''ın rəsmisi klubdan ayrılacaq iki ulduzun adını açıqladı
  • Bu gün, 11:55
    Macarlar Türkiyə ilə oyuna görə cəza aldı
  • Bu gün, 11:34
    “Bir çox məqama aydınlıq gətiriləcəyi gözlənilir” – Tahir Süleymanov
  • Bu gün, 11:17
    “İkinci liqada oynamaq fikrim yoxdu” – “Qaradağ Lökbatan” dağılır?
  • Bu gün, 10:55
    AL-in finalçıları ÇL-in finalçısından daha dəyərli heyətə malikdi
  • Bu gün, 10:28
    Özü yıxılan ağlamaz, Coşqun!
  • Bu gün, 10:00
    “Yəqin ki, İmişlidə oynayacağıq. Təbii örtükdə” – xoş xəbər?
  • Bu gün, 01:00
    “Şamaxı”da ayrılıq dalğası – Mikelsin taleyi qeyri-müəyyəndi
  • Dünən, 23:57
    Talişka yeni albom buraxdı!
  • Dünən, 23:28
    Modriç gedəcək, yoxsa qalacaq?
  • Dünən, 22:57
    Rodrinin sabiq komanda yoldaşı “Qarabağ”a gəlir?
  • Dünən, 22:29
    Lissabonu tərk edəcək
  • Dünən, 22:08
    “Forza Neftçi” bir daha sübut etdi: tribunaların tək hakimi var!
  • Dünən, 21:57
    Klopp karyerasını harda bərpa edəcək?
  • Dünən, 21:26
    Əvvəlki klubuna qayıda bilər
  • Dünən, 20:55
    ''Beşiktaş'' prezidenti Kriştiano Ronaldonun transferi haqda nə dedi?
  • Dünən, 20:24
    Elgün Abbaslı mükafatlandırıldı
  • Dünən, 19:59
    Yamalın forma nömrəsi dəyişəcək
  • Dünən, 19:38
    Ronalda pul qazanmaqda liderliyi qorudu
  • Dünən, 19:17
    Macarıstan millisinin Azərbaycan ilə oyun üçün heyəti
  • Dünən, 18:56
    Təhqiramiz ifadələrə görə cərimə sistemi yeniləndi
  • Dünən, 18:26
    Dünyanın ən böyük şahmat fiquru hazırlandı
  • Dünən, 17:56
    Karrisiz “Qolden Steyt” dayandı
  • Dünən, 17:35
    Yalnız Kanada ilə İsveç xal itirməyib
  • Dünən, 17:10
    Novak ondan imtina etdi
  • Dünən, 16:52
    Ronalda pul qazanmaqda liderliyi qorudu
Daha çox
Oxunub: 4 367
Juninyo “Qarabağ”a qayıdır? – bu addımıyla müzakirə yaratdı!
Oxunub: 1 593
Ayxan Abbasov "Sabah"ın baş məşqçisi olacaq? - özü açıqladı
Oxunub: 990
Arif Əsədovdan "Sumqayıt"ın baş məşqçisi olacağıyla bağlı gözlənilməz açıqlama
Oxunub: 868
"Qarabağ"ın legioneri başqa klubla "masa arxasında" - ayrılmaqda israrlıdı...
Oxunub: 600
Samir Abasov gözündən düşən legioneri "sildi" - "Neftçi"də gözlənilən ayrılıq!
Oxunub: 468
Azərbaycanda tarixin yaddaşına köçən klub qayıdır! - bölgə təmsilçisidi...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə