İnanılmaz: “Qarabağ”a görə 73025 adam...

6.10.2025 19:16 47
Aktual / Avrokuboklar
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti sosial şəbəkə hesabında maraqlı xəbər yayıb.

Belə ki, “Qarabağ” – “Kopenhagen” oyununun keçirildiyi gün, yəni oktyabrın 1-də metropoltenin “Gənclik” stansiyasının xidmətindən73025 sərnişin yararlanıb. “Gənclik” bu nəticə ilə bu il ilk dəfə günün lideri olub. Ümumilikdə oktyabrın ilk günündə Bakı metropolitenindən 802 min 813 sərnişin istifadə edib.

2025-ci ildə “Gənclik” stansiyasında yalnız bir dəfə səfər sayı 70 mini keçmişdi. Dərslərin açıldığı gün, yəni sentyabrın 15-də bu stansiyanın xidmətindən 70843 sərnişin yararlanmışdı.