"Qarabağ" komandanı İspaniyada "Atletik"ə qarşı keçiriləcək oyunda dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.
"Football-plus.az" xəbər verir ki, klubun yaydığı açıqlamada Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda İspaniya "Atletik"i ilə səfərdə keçiriləcək oyun üçün vauçerlərin oktyabrın 15-dən satışa çıxarılacağı bildirilib.
Əlavə edilib ki, vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı əlavə məlumat daha sonra paylaşılacaq.