Ölkəmizdə keçirilən 3-cü MDB Oyunlarında daha bir yarış günü arxada qaldı.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan idmançıları bu gün qazanılan medallar sayəsində növbəti dəfə Belarusu arxada qoyaraq 2-ci yerə yüksəldi. İndi Azərbaycanın hesabında 33 qızıl, 53 gümüş, 92 bürünc, Belarusun hesabında isə 32 qızıl, 35 gümüş, 52 bürünc medal var. Komanda hesabında birincilik isə Rusiyaya məxsusdu – 124 qızıl, 61 gümüş, 40 bürünc.
MDB Oyunlarına sabah yekun vurulacaq. Onu da xatırladaq ki, turnirə 13 ölkənin təmsilçiləri qatılıb.