• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Xanəhməd Rzazadə: “Gəncədə cüdo başqa idman növlərindən seçilir, daha çox sevilir” - LAYİHƏ

İdman / Layihə / Manşet

23-07-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Azərbaycanda istedadlı idmançılar təkcə paytaxt Bakıda yox, bölgələrdə də yetişir. Ayrı-ayrı rayonlarda xeyli vicdanlı, işinə həvəslə yanaşan mütəxəssislər həmin istedadların üzə çıxmasına, Azərbaycan idmanına bəxş edilməsinə çalışır. O cümlədən də Gəncədə. Biz də vaxtaşırı nəzərimizi bölgələrə yönəldir, əyalətdə yaşayan idmançıları və onların yetişdirilməsində əmək sərf edən mütəxəssisləri oxucularımıza təqdim edirik. Bu dəfə də sizi qiyabi də olsa, Gəncəyə aparacağıq. Müsahibimiz gəncəli mütəxəssis, neçə-neçə gənc idmaçıya cüdonun sirlərini öyrədən məşqçi Xanəhməd Rzazadədi.

Xanəhməd Rzazadə: “Gəncədə cüdo başqa idman növlərindən seçilir, daha çox sevilir”


- Xanəhməd bəy, sizi Gəncədə tanıyır və sevirlər. Amma istərdik ki, oxucularımıza sizi bir daha tanıtdıraq. Ona görə də ilk sualımız cüdoya gəlişinizlə bağlıdı. Bu idman növündə ilk addımlarınızı necə atdız, ilk məşqçinizi necə xatırlayırsız? Sizə cüdonu sevdirən nə oldu?
- Mən tanınmış məşqçi Ceyhun Bayramovla eyni küçədə yaşamışam. Elə cüdoya gəlişimdə də bu qonşuluq böyük rol oynayıb. Ceyhun müəllim məni cüdo məşqlərinə aparıb. Onun cüdoya, eləcə də uşaqlara yanaşmasından çox şey öyrənmişik. Həm cüdonu sevmişik, həm də əsl müəllim görmüşük. Bu sevgiylə də cüdoyla məşğul olmağa başladım. O zamandan bəri də bu idman növünün sehrinə düşmüşəm, həmin sehrdən çıxa bilməmişəm. Qeyd etdiyim kimi, cüdoya gəlişim də birmənalı şəkildə Ceyhun Bayramovun adıyla bağlıdı. Bunu hər yerdə fəxrlə deyirəm.



- Hazırda özünüz də məşqçisiz. Fəaliyyətinizi harda davam etdirirsiz? Uğur qazanan yetirmələrinizdən kimlərin adını çəkə bilərsiz? Onların uğurları hansılardı?
- Doğma şəhərimiz Gəncədə cüdo məşqçisi kimi fəaliyyət göstərirəm, çalışıram ki, bildiklərimi yeniyetmə və gənclərə öyrədim. Turan Bayramov, Könül Əliyeva, Murad Cavadov və Gülşən Hüseynova kimi yetirmələrimiz var, onların adını fəxrlə qeyd edirəm. Son illərdə bu yetirmələrimiz uğurlu nəticələr qazanıblar. Turan Bayramov hazırda Bakıda “Atilla” İdman Klubunun üzvüdü. İlk addımlarını bizim yanımızda atıb, səkkiz ilə yaxın bizimlə məşq edib. Sonradan paytaxta köçüblər. Gənclər arasında dünya ikincisi olub, böyüklər arasında isə yeniyetmələr arasında Avropa birincisi adını qazanıb. Gürcüstanda keçirilən “Böyük dəbilqə” turnirinin də qalibi olub. Könül isə İslam Oyunlarında gümüş medal qazanmağı bacarıb. Əliyeva müxtəlif nüfuzlu turnirlərdə mükafat qazanıb, eyni zamanda da yeniyetmələr arasında Avropa ikincisi adını qazanıb. Murad Cavadov yeniyetmələr arasında Azərbaycan üçüncüsü olub, qitə miqyaslı turnurlərdə mükafat qazanıb. Gülşən Hüseynova respublika səviyyəli yarışda bürünc medala layiq görülüb, avrokuboklarda da mükafatçılar sırasına düşüb. Hər bir yetirməmlə fəxr edirəm, inanıram ki, gələcəkdə də yeni adlar, uğurlar qazanılacaq. Turan Bayramov hazırda Bakıda məşq etsə də, onun məşqçiləriylə daim əlaqə saxlayıram, işbirliyimiz davam edir. Bütün azərbaycanlı idmançıların uğurlarına sevinirəm, hamısı fəxrimizdi.

- Paytaxtda məşqçilərin işi bölgələrə nisbətən daha asandı, burda idman zalları, şərait yaxşıdı. Bəs bölgələrdə bu sahədə vəziyyət necədi? Şərait baxımından hansı çətinliklərlə üzləşirsiz?
- Bəli, bunu düzgün vurğuladız. Paytaxtla bölgələr arasında fərq çoxdu. Ən əvvəl idmançı sarıdan çətinlik çəkirik. Bakıda idmançı sayı çoxdu, bu da rəqabətə təsir edir. Məlum məsələdi ki, nə qədər çox uşaq məşqlərə gəlirsə, bu da rəqabəti artırır. Bizdə isə bu say azdı. Əvvəllər zallarımız da çox pis idi, tatamilərimiz yox dərəcəsində idi. Öz imkanlarımızla nəsə etməyə çalışırdıq ki, zallarımızı qoruya bilək, tatamilərimiz sıradan çıxmasın. Bu gün şükürlər olsun ki, Azərbaycan Cüdo Federasiyası regionlara böyük diqqət ayırıb. Gəncədə də Cüdo Mərkəzi yaradılıb, orda da hər bir şərait var. Bu mərkəzdə biz idmançılar, məşqçilər üçün lazım olan hər şey var. Nəsə çatışmayanda da federasiya dərhal kömək göstərir. Yeganə çətinlik məsafəylə bağlıdı. Paytaxtdan uzaq olduğumuz üçün yeniyetmələr, azyaşlılar rəqabətli yarışlara çox da qatıla bilmirlər. Bu da uzaq məsafəyə görədi. Qalan məsələlərdə hansısa çətinlik hiss etmirik.



- Yeniyetmə və gənclərin idmana marağı necədi? Ümumiyyətlə, onların məşqlərə münasibəti, idman rejiminə əməl etməyə olan həvəsi sizə qane edirmi?
- Yeniyetmə və gənclərin cüdoya münasibəti, məşqlərə yanaşması bizi qane edir. Bizim Gəncə şəhərində cüdoya yetərincə böyük maraq var. Deyərdim ki, bu marağa da təkanı 2008-ci ildə keçirilən Pekin Olimpiadasında Elnur Məmmədlinin dünya tarixinə düşən çempionluğu təkan verdi. Bilirsiz ki, həmin Olimpiadada gəncəli cüdoçumuz Mövlud Mirəliyev də bürünc medal qazanmışdı. Bu da Gəncədə böyük sevinc və maraqla qarşılandı. Gəncə cüdosunu irəli aparan məqamlardan biri də budu. Gəncədə cüdo başqa idman növlərindən seçilir, daha çox sevilir.

- Son sualımız təhsillə bağlıdı. İdmançıların təhsilə davam etməsi, məktəbdən uzaq düşməməsi üçün nə etməliyik? İdmançıların həyatında təhsil nə dərəcədə önəmlidi?
- Təhsillə bağlı sual həmişə məni narahat edib, bu istiqamətdə biz də çətinlik çəkirik. Bu mövzu böyük diqqət tələb edir. İdmançılar, adətən, 6-8 yaşlarından idmanla məşğul olmağa başlayırlar. Valideynlər də 4-cü sinfə qədər çalışırlar ki, övladlarını oxutsunlar, onların dərsə davamiyyətini və məşqlərdə iştirakını təmin etsinlər. Ondan sonra seçim etmək ehtiyacı yaranır. Valideyn də görür ki, təhsillə idmanı bir arada yürütmək uşaq üçün də çətin olur. Belə anlarda seçim edilir, uşaq hansı sahədə daha yaxşıdısa, ora da üstünlük verilir. Mən özüm də çalışıram belə məqamlarda valideynlərə və uşaqlara dəstək verim. Misal üçün, elə uşaqlar olur ki, 7-ci, 8-ci sinifə çatır. Biz onda idmançı kimi böyük potensial görə bilmirik. Belə hallarda mən özüm valideyni çağırıb deyirəm ki, çalışın uşağınız oxusun, sabah orta məktəbi bitirəndə hansısa sənətə-ixtisasa yiyələnə bilsin. Cüdoya davam edən uşaqlara da daim çalışıram ki, məsləhətlər verim, onlar dərslərdən yayınmasınlar. Eləcə də valideynlərlə də söhbət aparıram. Orta məktəbi bitirən uşaq ali məktəbə daxil ola bilmir, belədə hərbi xidmətə gedir, məşqlərdən uzaq düşür. Sonradan yenidən idmana qayıtmaq da çətin olur. Mən həmişə çalışıram ki, idmançılara təkcə məçqçi kimi yox, bir valideyn kimi yanaşım, onların gələcəyini düşünüm. Biz təkcə idmançı yox, cəmiyyətə yararlı vətəndaş yetişdirməliyik. Bu mövzuda yetirmələrimlə daim işləyirəm. Potensialı olmayan idmançının daha çox təhsilə diqqət yetirməsi məsləhətdi. Elə potensialı olanlara da deyirik ki, 9-cu sinifdən sonra da oxumağa, öyrənməyə davam etsin ki, ali təhsil də ala bilsin. Təhsili olan idmançı daha mükəmməl şəxsiyyətə çevrilir. Bacardığımız qədər buna nail olmağa çalışırıq.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

9-07-2023, 23:0

“Gəncədə hər üç evdən birində güləşlə məşğul olan var” - LAYİHƏ

İdman / Layihə / Manşet

16-07-2023, 23:0

Polad Həsənov: “Azərbaycanda basketbola maraq hazırda yüksək səviyyədədi” - LAYİHƏ

Layihə / Manşet

30-10-2022, 23:0

“Artıq 17 yaşımda “Kəpəz”in əsas heyətinə düşmüşdüm” - LAYİHƏ

İdman

27-07-2022, 15:0

“Yaponiya Səfirinin Kuboku” turniri başa çatdı

Ölkə futbolu / Layihə / Manşet

25-06-2023, 23:0

Vüqar Əsgərli: “Azərbaycanlı futbolçularının əsas problemi...” - LAYİHƏ

Layihə / Manşet

4-12-2022, 23:0

Ruzanna Məmmədova: “Ən çox Azərbaycan tarixi ilə bağlı kitablar oxuyuram” - LAYİHƏ

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Bu gün, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Bu gün, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Bu gün, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Bu gün, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Bu gün, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Dünən, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Dünən, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Dünən, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Dünən, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Dünən, 19:22
    Romadan Berqamoya üz tutdu
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 265
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 232
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə