Millimizin DÇ-2026-nın seçmə mərhələsində səfərdə Fransaya qarşı keçirəcəyi oyundan əvvəl açıq məşqinin vaxtı bəlli olub.
"Football-plus.az" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq hazırlıq prosesi oktyabrın 9-da, Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Bundan yarım saat əvvəl baş məşqçi Ayxan Abbasov mətbuat konfransına qatılacaq.
Eyni gündə, saat 14.15-də Fransa yığmasının baş məşqçisi Didye Deşamın mətbuat konfransı, 20.00-da isə komandanın açıq məşqi planlaşdırılıb.
Xatırladaq ki, Fransa - Azərbaycan qarşılaşması oktyabrın 10-da, Bakı vaxtı ilə saat 22.45-də "Park de Prens" stadionunda keçiriləcək.