• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kayrat” darmadağın oldu, “Qalatasaray” “Liverpul”u əzdi - İCMAL

Dünya futbolu

Bu gün, 17:00

Sentyabrın 30-u və oktyabrın 1-də Çempionlar Liqasında liqa mərhələsinin 2-ci turunun oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, yüksək məhsuldarlıqla müşayiət olunan oyunlarda yetərincə maraqlı nəticələr də qeydə alındı. Təbii ki, ilk növbədə “Qarabağ”ın qəhrəmanlığını vurğulamalıyıq. İlk iki turdan sonra yalnız 6 komanda xal itirməyib. Bunlar “Bavariya”, “Real”, PSJ, “İnter”, “Arsenal” və ...“Qarabağ”dı!

“Kayrat”ın ÇL-dəki ilk ev oyunu uğursuz oldu. Hərçənd “Real”ın Almatıya gəlişi də bayram idi. Rafael Urazbaxtinin komandasını dünya nəhəngi ilə cəsarətli oynadı, 2-ci hissənin əvvəlində oyunun axarını dəyişə də bilərdi. Yeri gəlmişkən, ilk yarı da belə darmadağından xəbər vermirdi. “Kayrat” ilk yarıda yalnız bir qol buraxdı, onu da penaltidən. Meydan sahiblərinin 18 yaşlı qapıçısı Kalmırza cərimə meydançasında Mastantuononu yıxdı, penaltini Mbappe dəqiq yerinə yetirdi. Qazaxlar 2-ci hissənin əvvəlində irəli atıldılar və tezliklə buna görə cəzalandılar – Kurtuanın ötürməsindən sonra Mbappe 2-ci qolu vurdu. Meydan sahibləri 0:2-dən sonra də əlini yanına salmadı. Satpayevin cərimə zərbəsi qapıdan azca aralı keçdi, Arad “çərçivə”yə düşməyə yaxın oldu, ardından Qromıko penalti qazandı – Sebalyos ona qarşı kobudluq etdi. Referi Quida əvvəlcə “nöqtə”ni göstərsə də, VAR monitoruna baxandan sonra qərarını dəyişdi. Bundan sonra “Real” yalnız fərqi artırmaqla məşğul oldu. Əvvəlcə Mbappe het-triki rəsmiləşdirdi, sonda isə Kamavinqa ilə Dias fərqləndi.

Günün ilk oyununda Berqamoda köhnə tanışlar qarşılaşdı. Bu komandalar fevralda pley-offda qarşılaşmış, “Atalanta” məğlubiyyətlə (1:2, 1:3) barışmışdı. Bu dəfə də berqamoluların işi çətin oldu. Hesabı “Brügge”, daha doğrusu, uzaqdan zərbə ilə Solis açdı. Ancaq İvan Yuriç sonda müəllimi Can Pyero Qasperininin qisasını ala bildi. Həlledici rolu cokerlər oynadı – penaltini dəqiq yerinə yetirən Samarciç və yaxınlarda “Milan”dan “Atalanta”ya keçən Musa.

Son vaxtlar “Liverpul”un bəxti gətirmir. Mersisaydlıların son dəqiqələrdə xilas olmaqla bağlı sehri qüvvədən düşüb. Slotun komandası premyer-liqanın ardından ÇL-də də uduzdu. Yeganə qolu 16-cı dəqiqədə penaltidən Osimhen vurdu. Referi Türpen sonda “Qalatasaray”ın da qapısına penalti təyin etdi. Ancaq VAR monitoruna baxandan sonra türk qardaşlarımızı bağışladı. “Cim-Bom” azarkeşlərinin sevinməyə haqqı var. “Ayntraxt” önündəki acınacaqlı 1:5-dən sonra ruh düşkünlüyü yaşayan fanatlar bir qədər rahat nəfəs ala bilər.

Mourinyonun “Stemford Bric”ə dönüşü yetərinə gərgin alındı. O, “Benfika”nın “sükanı arxasında” “Çelsi”yə minimal hesabla uduzdu. Oyunun taleyini ilk yarıda vurulan yeganə qol həll etdi. Qarnaçonun asmasından sonra Rios “qapıların yerini səhv saldı”. “Benfika” bərabər mübarizə şəraitində keçən oyunda bu qolun əvəzini çıxa bilmədi. Hər iki qapı önündə müntəzəm təhlükəli vəziyyətlər yaranırdı. “Qarabağ”ın ardından “Çelsi”yə də uduzan “Benfika” turnir perspektivinə kölgə saldı.

İlk turda uduzan “Atletiko” “Ayntraxt”ı qəbul etdi. Madridlilər erkən qol vurmağı bacardı – Simeonenin qapı önünə ötürməsini Raspadori qolla tamamladı. “Hindular” 2-ci qolu künc zərbəsindən sonra vurdu. Alvares yaxın dirək önünə ötürmə verdi, Qrizmann dabanı ilə topu elə saxladı ki, Le Normana yalnız boş qapıya düşmək qaldı. İlk yarının sonunda isə Qrizmann fərqi darmadağın həddinə çatdırdı. Qonaqlar 57-ci dəqiqədə qollardan birinin əvəzini çıxdı. Ancaq heç bir intriqadan söhbət gedə bilməzdi. Qrizmannın daha bir qolu əllə oyuna görə sayılmadı. Əvəzində Simeone və penaltini Panenka üslubunda yerinə yetirən Alvares hesabı 5:1 etdi. “Ayntraxt” startda “Qalatasaray”a yaşatdığı acını indi özü yaşadı.

Avropa Liqasının pley-offundan fərqli “Bude/Qlimt” bu dəfə “Tottenhem”lə duelə hazır idi. Norveçlilər ilk yarıda daha cəsarətli və fəal oynadılar, hissənin sonuna 10 dəqiqə qalmış penalti də qazandılar. Amma Hög topu qapının üstündən vurdu. Bu uğursuzluğa rəğmən, hücumları davam etdirən “Bude/Qlimt” 2-ci hissədə hədəfinə çatdı. Evyendən ötürmə alan Heuqe hesabı açdı. Hissənin ortalarında Evyen – Heuqe tandemi növbəti dəfə işə düşdü. Amma “mahmızlar” cəmi iki dəqiqə sonra qollardan birinin əvəzini çıxdı. Fərq azalandan sonra “Tottenhem” bir qədər də fəallaşdı. Amma ədalət naminə deyək ki, bəxt də qonaqların üzünə güldü. Qreyin zərbəsindən sonra Haykinin qaytardığı top Qunnersenə dəyərək tora düşdü. Norveçlilər ardıcıl ikinci oyunda 2:2 ilə kifayətləndi, ancaq bu dəfə onlar özləri qələbəni əldən verdi.

“Marsel” – “Ayaks” oyunu qonaqlar üçün faciəvi başladı. Artıq 26-cı dəqiqədə hesab 3:0 idi. Payşao dubl etsə də, bu oyunun əsas qəhrəmanı Obameyanqdı. Qabonlu veteran iki məhsuldar ötürmənin üzərinə sonda qol da əlavə etdi.

“Pafos” ÇL-in əsas mərhələsindəki ilk ev oyununda “Bavariya” ilə qarşılaşdı. Gözlənildiyi kimi, Kipr yunanları darmadağın oldu. 34-cü dəqiqədə hesab 0:4 idi. Orşiç hissənin sonunda az qala yuxulayan Noyeri məyus etsə də, 2-ci hissədə Olise yenidən 4 top fərqini bərpa etdi.
ÇL-in son finalçısı “İnter” düz yarım saat “Slaviya”nın müdafiə xəttində boşluq axtardı və nəhayət, qolkiperin səhvi sayəsində tapdı. Lautaro Martinesin təzyiqi ilə üzləşən qapıçı Stanek oyundaşına elə uğursuz ötürmə verdi ki, topu ələ keçirən argentinalı dərhal hesabı açdı. “İnter”in kapitanı karyerasındakı ən asan qollardan birinin sayəsində klub tarixinə düşdü. İndiyə qədər “İnter”in heç bir oyunçusu Çempionlar Liqasının/Kubokunun 7 mövsümündə qol vurmamışdı. Martines daha bir dəfə Bastoninin ötürməsindən sonra fərqləndi. 65-ci dəqiqədə vurulan bu qolda iştirak edən Türam 34-cü dəqiqədə mərkəz hücumçusu mövqeyinə çıxan Dyumfrisə də məhsuldar ötürmə vermişdi. Kristian Kivu “İnter”in baş məşqçisi kimi çıxdığı ilk iki oyunda qələbə qazanıb. Əvvəllər bunu yalnız Roberto Mançini, Klaudio Ranyeri və Luçano Spalletti bacarmışdı.

Kayrat – Real 0:5 (0:1)
Kayrat (Almatı, Qazaxıstan): Kalmırza, Tapalov (Stanoyev, 64), Martınoviç, Sorokin, Mata, Mrınski, Arad (Baybek, 64), Kasabulat, Qromıko (Zariya, 80), Jorjinyo (Edmilson, 64), Satpayev (Rikardinyo, 80).
Real (Madrid, İspaniya): Kurtua, Asensio, Höysen, Alaba, F.Qarsiya, Çuameni (Kamavinqa, 81), Sebalyos, Mastantuono (Rodriqo, 70), Gülər (C.Bellingem, 80), Vinisiua (Dias, 70), Mbappe (Q.Qarsiya, 81).
Qollar: Mbappe, 25-p. (0:1). Mbappe, 52 (0:2). Mbappe, 74 (0:3). Kamavinqa, 83 (0:4). Dias, 90+3 (0:5).
Vərəqələr: Qromıko, 48. Arad, 55 – sarı.
Hakim: Marko Quida (İtaliya).
30 sentyabr. Almatı. 22788 tamaşaçı.

Atalanta – Brügge 2:1 (0:1)
Atalanta (Berqamo, İtaliya): Karnesekki, Bellanova (Zappakosta, 46), Kossunu (Musa, 53), Cimşiti, Ahanor, Bernaskoni, Ederson (Samarciç, 61), De Roon, Paşaliç, Krstoviç (Breşianini, 88), Lukman (Sulemana, 61).
Brügge (Belçika): Yakers, Sabbe (Mayer, 89), Ordonyes (Romero, 89), Mexele, Seys, Sandra (Kempbell, 89), Stankoviç, Forbs (Vetlesen, 75), Vanaken, Solis, Trezoldi (Verman, 63).
Qollar: Solis, 38 (0:1). Samarciç, 74-p. (1:1). Paşaliç, 87 (2:1).
Vərəqələr: Musa, 58. De Roon, 81 – sarı.
Hakim: Espen Eskos (Norveç).
30 sentyabr. Berqamo. 21950 tamaşaçı.

Qalatasaray – Liverpul 1:0 (1:0)
Qalatasaray (İstanbul, Türkiyə): Çakır, Sinqo, Sançes, Bardakcı, Yakobs, Lemina, Torreyra, Gündoğan (Sara, 75), Akgün (Şallai, 71), Osimhen (İkardi, 71), Yılmaz (Elmalı, 85).
Liverpul (İngiltərə): Alisson (Mamardaşvili, 56), Frimponq (Bredli, 62), Konate, Van Diyk, Kerkez, Soboslai, Qravenberx (İsak, 62), Cons, Virts, Ekitike (Makallister, 68), Qakpo (Salah, 62).
Qol: Osimhen, 16-p.
Vərəqələr: Lemina, 36. Qravenberx, 45+3. Bardakcı, 61. Bredli, 73. Yakobs, 76. İkardi, 76. Çakır, 88. Virts, 90+1 – sarı.
Hakim: Kleman Türpen (Fransa).
30 sentyabr. İstanbul. 50651 tamaşaçı.

Çelsi – Benfika 1:0 (1:0)
Çelsi (London, İngiltərə): Sançes, Hüsto (Ceyms, 80), Çaloba, Badyaşil (Açimponq, 80), Kukurelya, Kaysedo, Fernandes, Neto, Buonanotte (Estevao, 54), Qarnaço (Gittens, 61), Corc (Pedro, 61).
Benfika (Lissabon, Portuqaliya): Trubin, Dediç, A.Silva (T.Araujo, 73), Otamendi, Dal, Rios (Barreyro, 77), Barreneçea, Lukebakio (Şelderup, 77), Eursnes (E.Araujo, 89), Sudakov (İvanoviç, 77), Pavlidis.
Qol: Rios, 18-öz qapısına.
Vərəqələr: Barreneçea, 34. Fernandes, 45+1. Buonanotte, 46. Rios, 49. Pedro, 62. Eursnes, 64. Otamendi, 83. T.Araujo, 88 – sarı. Pedro, 90+6 – qırmızı (ikinci sarı).
Hakim: Daniel Zibert (Almaniya).
30 sentyabr. London. 38636 tamaşaçı.

Atletiko – Ayntraxt F 5:1 (3:0)
Atletiko (Madrid, İspaniya): Oblak, Lyorente, Le Norman, Lanqle, Ruceri, Simeone (Molina, 75), Qallaher, Barrios (Qonsales, 75), Qrizmann (Martin, 90), Raspadori (Koke, 55), Alvares (Baena, 90).
Ayntraxt (Frankfurt, Almaniya): Santos, Kollinz (Amenda, 58), Kox, Teate, Braun (Baoyya, 71), Şaibi, Sxiri (Höylunn, 58), Doan (Götse, 74), Uzun (Larsson, 58), Knauff, Burkardt.
Qollar: Raspadori, 4 (1:0). Le Norman, 33 (2:0). Qrizmann, 45+1 (3:0). Burkardt, 57 (3:1). Simeone, 70 (4:1). Alvares, 82-p. (5:1).
Vərəqələr: Lanqle, 13. Braun, 41 – sarı.
Hakim: Slavko Vinçiç (Sloveniya).
30 sentyabr. Madrid. 59401 tamaşaçı.

Bude/Qlimt – Tottenhem 2:2 (0:0)
Bude/Qlimt (Bude, Norveç): Haykin, Şevold, Byortuft, Alisami (Klyunge, 90+7), Byorkan, Evyen (Qunnersen, 87), Berq, Brustad-Fet, Euklenn (Blomberq, 80), Hög (Helmersen, 80), Heuqe.
Tottenhem (London, İngiltərə): Vikario, Porro, Danso, Van de Ven, Spens (Udoci, 82), Berqvall (Simons, 60), Bentankur (Qrey, 82), Sarr (Palyinya, 69), Conson (Kudus, 60), Rişarlison, Odober.
Qollar: Heuqe, 53 (1:0). Heuqe, 66 (2:0). Van de Ven, 68 (2:1). Qunnersen, 89-öz qapısına (2:2).
Hög 35-ci dəqiqədə penaltidən yararlana bilməyib (üst).
Vərəqələr: Van de Ven, 58. Berq, 68. Euklenn, 72. Porro, 90+7 – sarı.
Hakim: İvan Krujlyak (Slovakiya).
30 sentyabr. Bude. 7988 tamaşaçı.

Marsel – Ayaks 4:0 (3:0)
Marsel (Fransa): Rulyi, Medina (İqan-Rayli, 36), Pavar, Agerd, Emerson, Nadir (Vea, 46), O’Rayli (Höybyerq, 62), Vermeren (Murilyo, 82), Qrinvud, Obameyanq, Payşao (Qomes, 62).
Ayaks (Amsterdam, Niderland): Yaroş, Roza, İtakura, Baas (Şutalo, 55), Veyndal (Qoey, 55), Reqeer (Mokyo, 23), Klassen, Qlux, Teylor, Berqheys (Valaker Edvardsen, 46), Qodts (Moro, 84).
Qollar: Payşao, 6 (1:0). Payşao, 12 (2:0). Qrinvud, 26 (3:0). Obameyanq, 52 (4:0).
Vərəqələr: Roza, 34. İtakura, 66. Qoey, 76. Höybyerq, 79. Agerd, 85 – sarı.
Hakim: Entoni Teylor (İngiltərə).
30 sentyabr. Marsel. 65771 tamaşaçı.

Pafos – Bavariya 1:5 (1:4)
Pafos (Cənubi Kipr): Neofitos, Jaja (Dimata, 59), Lukassen, Qoldar, Luis (Lanqa, 59), Pileas (Sema, 79), Pepe, Şunyiç, Orşiç, Anderson (Bassuamina, 59), Draqomir (Kina, 66).
Bavariya (Münhen, Almaniya): Noyer, Laymer (Bişof, 83), Upamekanko (Ta, 72), Kim Min Ce, Gerreyro, Kimmix, Pavloviç, Olise (Karl, 72), Keyn (Boe, 64), Dias (Qnabri, 46), Cekson.
Qollar: Keyn, 15 (0:1). Gerreyro, 20 (0:2). Cekson, 31 (0:3). Keyn, 34 (0:4). Orşiç, 45 (1:4). Olise, 68 (1:5).
Vərəqə: Orşiç, 46 – sarı.
Hakim: Manfredas Lukyançukas (Litva).
30 sentyabr. Limassol. 9187 tamaşaçı.

İnter – Slaviya 3:0 (2:0)
İnter (Milan, İtaliya): Zommer, Dyumfris (Darmian, 76), Bissek (Akanci, 66), Açerbi, Bastoni, Dimarko, Çalhanoğlu, Zyelinski (Barella, 66), Suçiç, M.Türam (Bonni, 66), L.Martines (Espozito, 66).
Slaviya (Praqa, Çexiya): Stanek, Vlçek, Xaloupek, Zima, Haşioka (Xitil, 83), Doudera (Mboci, 49), Dorli, Zafeyris, Sadilek (Şrants, 46), Provod (Saraçeviç, 70), Kuşey (Xorı, 46).
Qollar: L.Martines, 30 (1:0). Dyumfris, 34 (2:0). L.Martines, 65 (3:0).
Vərəqələr: Bissek, 48. Şrants, 56. L.Martines, 61 – sarı.
Hakim: Kris Kavana (İngiltərə).
30 sentyabr. Milan. 62317 tamaşaçı.

Faktlar
* Honest Ahanor ÇL tarixinə 18 yaşını tamamlamadan (17 yaş 219 gün) İtaliya klubunun start heyətində görünün ilk futbolçu kimi düşdü.
* Osimhen üç fərqli klubun – “Lill”, “Napoli”, “Qalatasaray” – heyətində ÇL-də qol vuran ilk nigeriyalı futbolçudu.
* Roberto De Zerbi “Marsel”i meydana çıxardığı oyunların 59 faizində qələbə qazanıb. Bu, komandaya 1993-cü ildə ÇL-i qazandıran əfsanəvi Raymon Qutalsın (62) dönəmindən bəri “Marsel”in məşqçiləri arasında ən yaxşı göstəricidi.
* ÇL-də 152-ci oyuna çıxan Noyer bu göstəricidə Benzema ilə 5-ci yeri bölüşür. ÇL-də ondan çox qələbə qazanan qapıçı yoxdu. 39 yaşlı almaniyalı 101-ci dəfə qələbə qazanmaqla bu göstəricidə Kasilyasın rekordunu təkrarladı. Noyer mövqeni nəzərə almasaq, qələbə sayında 3-cü yerdədi. Yalnız Kriştiano Ronaldo (115) və Tomas Müller (110) ondan daha çox qələbə qazanıb.
* ÇL-də qol sayını 60-da çatdıran Mbappe bu göstəricidə artıq 6-cı yerdədi. Onu Raul (71), Benzema (90), Levandovski (105), Messi (129) və K.Ronaldo (140) qabaqlayır. ÇL-də 4-cü dəfə het-trik edən Mbappe bu göstəricidə Benzemaya çatdı. Fransalı ulduz bu göstəricidə yalnız Levandovskidən (6) və K.Ronaldo ilə Messidən (hərəyə 8) geri qalır. Bundan başqa, Mbappe səfərdə 3-cü dəfə het-trik etməklə Filippo İnzaqinin rekordunu təkrarladı. ÇL-də səfərdə 3-dən artıq het-trik edən futbolçu yoxdu.
* “Atletiko”nun heyətində 454-cü oyuna çıxan Qrizmann qol sayını 200-ə çatdırdı.
* Obameyanq ÇL tarixinə bir oyunda 3 məhsuldar hərəkət edən ən yaşlı oyunçu kimi düşdü. “Ayaks”la oyunda qol vuran və iki məhsuldar ötürmə verən qabonlu 36 yaş 104 günlük idi.

Paylaş:
Digər xəbərlər

Avrokuboklar

4-10-2025, 14:0

Mbappe, "Kayrat", het-trik...

Dünya futbolu

19-09-2025, 01:0

“Qalatasaray” və “Kayrat” darmadağın oldu – “Qarabağ” turu 10-cu yerdə bitirdi

Avrokuboklar

1-09-2025, 13:0

ÇL: kim kimlə qarşılaşacaq?

Dünya futbolu

1-10-2025, 01:0

“Kayrat” məyus etdi, “Qalatasaray” sevindirdi – ÇL gecəsi

Avrokuboklar

30-09-2025, 22:0

"Real" "Kayrat"ı böyük hesabla məğlub etdi

Aktual / Dünya futbolu

27-08-2025, 15:0

“Kayrat”dan “Qarabağ”a baxımlı ötürmə: indi sən!

Aktual
"Səbail"lə "Mingəçevir" büdrədi, "Şəfa" liderliyini möhkəmlətdi - ŞƏRH
De Blekerenin izahatı tərcümə olunur – AFFA-dan açıqlama
Rəzalətin zirvəsi: "Qarabağ"ın ÇL matçında baş verən tükürpədici hadisə ifşa olundu
İnanılmaz: “Qarabağ”a görə 73025 adam...
"Gözləntim Bakıda "Ayaks"dan 3 xal, "Ayntraxt"dan 3 və ya 1 xaldı" - Emin Abbasov
De Blekere yenə açıqlama verəcəkmi?
Son xəbərlər
  • Bu gün, 21:20
    Şok: Fransa Futbol Federasiyası azərbaycanlı azarkeşlərin təhlükəsizliyini təmin edə bilmədi!
  • Bu gün, 20:59
    “Leykers”in Lebrona ehtiyacı var
  • Bu gün, 20:28
    “Karvan-Yevlax” niyə Yevlaxa qayıda bilmir? – PFL ən ciddi problemi açıqladı
  • Bu gün, 19:57
    Monfis karyerasını bitirməyə qərar verdi
  • Bu gün, 19:36
    “Efes”lə “Fənərbaxça”dan hərəyə bir qələbə, bir məğlubiyyət
  • Bu gün, 19:15
    Kaprizov MHL tarixinin ən nəhəng müqaviləsinə imza atdı
  • Bu gün, 18:54
    "Səbail"lə "Mingəçevir" büdrədi, "Şəfa" liderliyini möhkəmlətdi - ŞƏRH
  • Bu gün, 18:23
    “Kristal Pelas” öz rekordunu yenilədi! - İCMAL
  • Bu gün, 17:52
    “Kəpəz”in böhrandan qurtulması üçün tək yol - KÖŞƏ
  • Bu gün, 17:31
    PSJ “Barsa” üzərində daha bir səfər qələbəsi ilə tarixə düşdü - İCMAL
  • Bu gün, 17:00
    “Kayrat” darmadağın oldu, “Qalatasaray” “Liverpul”u əzdi - İCMAL
  • Bu gün, 16:47
    Səfiyarlı Sxadadzenin etiraflarını şərh etmək istəmədi – “Qəbələ” böhrandadı?
  • Bu gün, 16:19
    Makqreqor müqaviləyə imza atdı
  • Bu gün, 16:10
    Leklerin meneceri ona yeni iş yeri axtarır
  • Bu gün, 15:46
    Sane almaniyalı fanatlarla mübahisə etdi - ''Məni və ''Qalatasaray''ı təhqir etdilər''
  • Bu gün, 15:30
    "Sabah"ın qapıçısı Qazaxıstan millisində
  • Bu gün, 15:04
    Məşqdə xəsarət aldı
  • Bu gün, 14:56
    “Araz-Naxçıvan” Naxçıvanda! – prezidentin səlahiyyətli nümayəndəsi komandanı qəbul edəcək
  • Bu gün, 14:46
    Ehtiram Quliyev Tovuz şəhər stadionunda görülən işlərlə tanış oldu
  • Bu gün, 14:39
    "FIFA geosiyasi problemləri həll edə bilməz, lakin..."
  • Bu gün, 14:10
    Ayxan Abbasovun mətbuat konfransının və millimizin açıq məşqinin vaxtı
  • Bu gün, 14:01
    Yamal La Liqanın ən dəyərlisidi
  • Bu gün, 13:56
    "Özbəkistanla görüşlərdə yeni oyunçulara da şans verəcəyik" - Elxan Abdullayev
  • Bu gün, 13:33
    "Qarabağ" azarkeşlərinə müraciət etdi - "Atletik"lə oyuna görə...
  • Bu gün, 13:15
    Alkaras Şanxay turnirindən çəkildi - “təəssüf ki, sağlıq durumumla bağlı problemlər yaranıb”
  • Bu gün, 13:00
    De Blekerenin izahatı tərcümə olunur – AFFA-dan açıqlama
  • Bu gün, 12:37
    "Eyni ehtiras və məqsədlərlə davam edəcəyik" - Roderik Miller
  • Bu gün, 12:35
    Çexiya - Azərbaycan oyununa hakim təyinatları
  • Bu gün, 12:02
    Millimiz 3-cü MDB Oyunlarının qalibi oldu
  • Bu gün, 11:37
    “İmişli”nin biləyini bükən tapıldı - REPORTAJ
  • Bu gün, 11:21
    Finala ən bahalı biletin qiyməti 6730 dollardı
  • Bu gün, 11:16
    “River Pleyt”: ardıcıl 2-ci məğlubiyyət - İCMAL
  • Bu gün, 11:00
    “Flamenqo” üçün düşərli tur - “Botafoqo” titulu itirməyə doğru gedir
  • Bu gün, 10:37
    U-21-in taleyi ilə oynanılan "qumar" – YAZI
  • Bu gün, 10:32
    Zirədə xaos oldu, yenə hakimlik ön plana çıxdı - REPORTAJ
Daha çox
Oxunub: 2 218
Başımızın bəlası qayıtdı! – “Qarabağ”ın işi çətinləşdi
Oxunub: 786
Rəzalətin zirvəsi: "Qarabağ"ın ÇL matçında baş verən tükürpədici hadisə ifşa olundu
Oxunub: 304
"Qarabağ" biabırçı olayların səbəbini araşdırmağa başladı! - kimdi günahkar?
Oxunub: 207
Polis azarkeşə gözyaşardıcı qaz sıxdı, “Neftçi”li yeniyetmə döyüldü – Zirədə nələr gördüm, nələr!
Oxunub: 194
"Minimum şərtlərlə razılaşmağa, işləməyə məcburuq" - Azər Bağırovun xilas formulu varmı?
Oxunub: 159
''Qarabağ''ın pley-offa yüksəlmək şansı neçə faizdi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə