Çexiya - Azərbaycan oyununa hakim təyinatları

7.10.2025 12:35 6
Ölkə futbolu
21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin Çexiya (U-21) - Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək. UEFA-nın qərarına əsasən, görüşün baş hakimi Yovan Kaçevski təyin olunub. Ona Daniel Vasilevski, Aleksandar Gyorgyeski, Krumislav Gyorgiev (dördüncü hakim) köməklik göstərəcək.

Xatırladaq ki, Çexiya - Azərbaycan matçı oktyabrın 10-da, Bakı vaxtı ilə saat 20.00-da Karvina şəhər stadionunda keçiriləcək.