• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

De Blekere mübahisəli epizodları şərh etdi

Ölkə futbolu

7-10-2025, 21:0

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerin Misli premyer-liqasının 7-ci turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodları şərh edib.

"Football-plus.az" xəbər verir ki, belçikalı mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib:

“Araz-Naxçıvan” – “İmişli”
54-cü dəqiqə

“İmişli” komandasının yerinə yetirdiyi uzun aut atışı zamanı top cərimə meydançasına göndərilir. “İmişli”nin hücumçusu (№14) ilə “Araz-Naxçıvan”ın müdafiəçisi (№3) arasında top uğrunda mübarizə gedir. Hakim penalti qərarı verir.

VAR görüntüləri yoxlayır və “Araz-Naxçıvan”ın kapitanının (№3-ün) aşkar şəkildə topa toxunduğunu və onu uzaqlaşdırdığını görür. VAR hakimi görüntüləri izləməyə dəvət edir. Görüntüləri izlədikdən sonra hakim penalti qərarını ləğv edir. Bu, düzgün VAR müdaxiləsi və düzgün qərardı.

90-cı dəqiqə
“İmişli”nin hücumu zamanı cərimə meydançasına cinah ötürməsi edilir və “Araz-Naxçıvan”ın oyunçusu (№5) və “İmişli”nin futbolçusu (№22) top uğrunda hava mübarizəsi aparır. “Top “Araz-Naxçıvan”ın oyunçusunun qoluna dəyir. Həmin anda “Araz-Naxçıvan”ın üzvünün qolu bədənindən yuxarıdadır və təbii vəziyyətdə deyil. Hakim oyunu davam etdirməyə icazə verir.

VAR baş hakimi görüntülərə baxmağa dəvət edir. Hakim görüntüləri izlədikdən sonra penalti təyin edir. Bu, düzgün VAR müdaxiləsi və düzgün qərardı.

“Zirə” – “Neftçi”
7-ci dəqiqə

“Neftçi”nin hücumu zamanı bu komandanın hücumçusu (№23) cərimə meydançasına daxil olur. Hərəkət zamanı yıxılır, ancaq hakim oyunu davam etdirməyə icazə verir. Hakim hadisəni müşahidə etmək üçün yaxşı mövqedə idi. “Zirə”nin üzvü (№8) rəqibin hücumçusu ilə təmas yaratmaq üçün əlavə hərəkət etmir, əksinə, təmasdan qaçmağa çalışır. Minimal təmas olsa belə, bu, penalti qərarını əsaslandırmır. VAR görüntüləri izləyir və hakimin qərarını dəstəkləyir. Bu, hakimin düzgün qərarı idi.

86-cı dəqiqə
“Zirə”nin hücumu zamanı top qapı xəttini keçib-keçmədiyi vəziyyəti yaranır. Görüntülərdən görünür ki, top qapı xəttini keçmir. “Neftçi”nin (№5) topu qapı xəttini keçmədən uzaqlaşdırır.

Mübarizənin davamında “Neftçi” hücuma keçərək qol vurur. Həmin hücumda oyundankənar vəziyyət yoxdur və qol düzgün şəkildə qeydə alınır.

90-cı dəqiqə
“Zirə”nin hücumu zamanı uzun cinah ötürməsindən sonra bu komandanın oyunçusu (№10) topu qapı qarşısına göndərir və orada iki oyunçu top uğrunda mübarizə aparır. Qapı qarşısında “Neftçi”nin müdafiəçisi (№15) sağ ayağı ilə “Zirə”nin oyunçusunun (№29) sol dabanına arxadan təmas edir və o, cərimə meydançasında yerə yıxılır. Hakim oyunu davam etdirməyə icazə verir.

VAR görüntüləri yoxlayır və baş hakimi monitora çağırır. Görüntüləri izlədikdən sonra hakim penalti təyin edir.

VAR həmçinin hücumun başlanğıcında “Neftçi” oyunçusuna qarşı mümkün qayda pozuntusunu yoxlayır, lakin qayda pozuntusu aşkar olunmur. Penalti düzgün şəkildə təyin edilir.

“Qarabağ” – “Kəpəz”
2-ci dəqiqə

“Qarabağ”ın künc zərbəsi zamanı “Kəpəz”in qapıçısı topu qapı xəttini keçmədən qaytarır. Top “Qarabağ”ın hücumçusuna (№22) tərəf gəlir və o, qarşısındakı rəqibi (№29) itələyərək başla zərbə vurur. Daha sonra “Qarabağ”ın digər oyunçusu (№18) önünə düşən topu qapıdan keçirir.

Top qapıya daxil olduqdan sonra hakim fiti çalır, “Qarabağ”ın oyunçusunun (№22) rəqibi itələyərək qaydanı pozduğunu bildirir və qolu ləğv edir. VAR görüntüləri yoxlayır və hakimin qərarını dəstəkləyir. Bu, hakimin düzgün qərarıdı.

49-cu dəqiqə
Meydanın mərkəzində “Kəpəz”in hücumçusu (№9) ilə mübarizə zamanı “Qarabağ”ın müdafiəçisi (№18) ayağın içi ilə rəqibin ayağına arxadan toxunaraq qayda pozuntusu edir. “Kəpəz”in oyunçusu yerə yıxılarkən “Qarabağ”ın futbolçusu onun dabanına və ayağına dəyir. Hakim qayda pozuntusunu təyin edir, lakin vərəqə göstərmir. Bu vəziyyətdə meydanda düşüncəsiz qayda pozuntusuna görə sarı vərəqə gözlənilir.
Lakin bu epizod qırmızı vərəqəlik hərəkət olmadığı üçün VAR müdaxiləsi gözlənilmir. Bura
da yüksək intensivlik, güclü təsir və ya həddindən artıq qüvvə yoxdu.

“Sumqayıt” – “Turan Tovuz”
70-ci dəqiqə

“Sumqayıt”ın hücumçusu (№11) rəqibin cərimə meydançasında hərəkət edir. “Turan Tovuz”un oyunçusu (№17) müdaxilə edərək onun sol ayağına toxunur. Yaxşı mövqedə olan hakim penalti təyin edir.

VAR görüntüləri izləyir və hakimin meydanda verdiyi qərarı təsdiqləyir. Bu, hakimin düzgün qərarıdır.

“Karvan-Yevlax” – “Sabah”
27-ci dəqiqə

“Sabah”ın hücumu zamanı hücumçu (№21) topa zərbə vurur. “Karvan-Yevlax”ın müdafiəçisi (№33) topun qarşısında dayanır və top onun sağ qoluna dəyir. Qolu bədəndən aralı vəziyyətdədi və bədənini genişləndirir. Hakim oyunu davam etdirməyə icazə verir.

VAR görüntüləri izləyir, qayda pozuntusu aşkar edir və hakimi görüntülərə baxmağa dəvət edir. Baş hakim görüntüləri izlədikdən sonra topa əllə müdaxiləyə görə penalti təyin edir. Bu, düzgün qərardı.

“Qəbələ” – “Şamaxı”
5-ci dəqiqə

Künc zərbəsi zamanı “Şamaxı”nın futbolçusu (№4) qapıya doğru başla zərbə endirir. Top “Qəbələ”nin müdafiəçisinin bədənindən aralıda və çiynindən yuxarıda olan qoluna dəyir. Hakim oyunu davam etdirməyə qərar verir.

VAR epizodu nəzərdən keçirir və baş hakimi epizoda yenidən baxması üçün monitora dəvət edir. Hakim epizoda təkrar baxdıqdan sonra düzgün olaraq onbirmetrlik cərimə zərbəsi təyin edir.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

24-04-2025, 20:0

De Blekere "Qarabağ" - "Araz-Naxçıvan" matçındakı mübahisəli epizodları şərh etdi

Ölkə futbolu

3-04-2025, 14:0

"Biz penalti və VAR müdaxiləsini gözləyirdik" - AFFA Hakimlər Komitəsinin sədri

Ölkə futbolu

28-10-2024, 17:0

Frank De Blekere mübahisəli epizodları şərh etdi

Ölkə futbolu

25-11-2024, 18:0

De Blekere mübahisəli epizodları şərh etdi

Ölkə futbolu

11-11-2024, 16:0

De Bleker "Səbail" - "Turan Tovuz" matçındakı epizodları şərh etdi - hakimlər haqlı imiş...

Ölkə futbolu

23-09-2024, 12:0

AFFA Hakimlər Komitəsi Məsiyevin qərarından danışdı - "Turan Tovuz"a haqsızlıq edilib?

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 439
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 190
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə