Yamal La Liqanın ən dəyərlisidi

7.10.2025 14:01 9
Dünya futbolu
“Transfermarkt” saytı La Liqa oyunçularının yeni qiymətlərini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, “Barselona”nın 18 yaşlı vingeri Lamin Yamal 200 milyon avro ilə İspaniya çempionatının ən baha oyunçusudu.

“Real”ın oyunçuları Cud Bellingem və Kilian Mbappe 180 milyon avro qiymətlə 2-ci yeri bölüşür. İlk “10-luq”da “Real”ın 5, “Barselona”nın 4, “Atletiko”nun 1 oyunçusu var.

La Liqanın ən baha 10 oyunçusu (milyon avro ilə):
Lamin Yamal (Barselona) - 200
Cud Bellingem (Real) - 180
Kilian Mbappe (Real) - 180
Vinisius Junior (Real) - 150
Pedri (Barselona) - 140
Federiko Valverde (Real) - 130
Xulian Alvares (Atletiko) - 100
Rafinya (Barselona) - 90
Pau Kubarsi (Barselona) - 80
Rodriqo Qois (Real) – 80.