• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Necə tüpürməyəsən bu dünyanın etibarına?! - REPLİKA

Manşet / Yazarlar

3-10-2023, 11:0

Xırdalan qəribə şəhərdi.

Həm insanları, həm də yolları ilə rekordlar kitabına düşə bilər. Bakıya bu qədər yaxın olub, yolda çox vaxt keçirmək insana əzab verir. Bir ildən artıqdı bu şəhərdə yaşayıram. Evimizin yerləşdiyi ünvan da qəribə yerdədi. Bəhruz Mansurov küçəsi ərazi olaraq Xırdalan sayılır. Lakin bura getmək üçün Hökməli dairəsini keçib, 1 km sonra “Kazbek” restoranının yanından sağa dönmək lazımdı. Hər dəfə taksi sürücüləri sifarişin Xırdalana olduğunu görəndə sevinirlər. Lakin ünvana çatanda peşman olurlar. Çünki Bəhruz Mansurov küçəsindən Xırdalanın mərkəzinə piyada 3 dəqiqəlik yol olsa da, maşınla getmək olmur. Şəhərlə bizim evimizi Bakı-Moskva dəmir yolu ayırır.

Səhərlər işə gəlmək də əziyyətlidi. Saat 8.30-da yuxudan ayılsam, Sumqayıt-Xırdalan-Bakı qatarı ilə dəmiryolu vağzalına gələ bilirəm. Geciksəm, məcburam taksi ilə gəlim. Onda da “Allah, Allah” deyərək tıxacda çox qalmamaq üçün dua edirəm.

Bizim evdən Xırdalan stansiyasına getmək də o qədər asan deyil. Ya piyada 2 km məsafə qət edərək “Grand” marketin yanındakı dayanacaqdan avtobusa minməliyəm. Ya da dəmir yolunun arxasına – Mehdi Hüseyn, 24 küçəsinə taksi çağırmalıyam. Yeni qanunlara görə də, taksi şirkətləri qısa məsafə üçün 2 manat 50 qəpik təyin edib. Həmişə də sürücülərdə xırda olmur.

Bir sözlə, “Futbol+”in redaksiyasına gəlmək üçün keçməkeşli yollar qət edirəm. Məni bu qədər əziyyət çəkməyə sövq edən üç amil var: pul qazanmaq, işimə və jurnalistkiya olan sevgim.

Bu gün səhər yuxudan oyanıb piyada 2 km məsafə qət edərək “Grand” marketin yanındakı dayanacağa yollandım ki, Xırdalan stansiyasına gedim. Qəribə bir hadisə ilə rastlaşdım. Onsuz da Xırdalan elə şəhərdi ki, burda qeyri-adi nəsə olmayanda təəccüblənirsən. Nə isə! Dayanacaqda iki dayı dayanmışdı - biri içkili, o biri ayıq idi. Sərxoş olan digərinə şeir deyirdi:

“Göz tikmədim dünyanın malına
Pis olmadım dostuma, qardaşıma
Ay Allah, niyə ancaq pulu verdin zalıma?
Tüpürüm bu dünyanın etibarına!”


Sərxoş olmayana bu misralar ləzzət elədi. “Halaldı, sənə” deyərək cibindən 5 manat çıxarıb içkili olana verdi. Avtobus gəldi. Stansiyaya yollandım. Qatar gecikdi. Deməli, həm də işə vaxtında çata bilmədim və danlaq eşitdim.

Yolda olanda saytlarda, sosial şəbəkələrdə yazılan xəbərlərlə tanış olmaq adətimdi. İşləmək üçün mövzu lazımdı. Bunun üçün də məlumat toplamalısan. “Report.az” saytında yer alan bir xəbər diqqətimi çəkdi:

“Gənclər və İdman Nazirliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) təşkilatçılığı ilə idman jurnalistləri üçün keçirilən 3 günlük təlimlərə yekun vurulub. Quba Olimpiya İdman Kompleksində təşkil olunan treninqin mentoru "High Park Communications” şirkətinin təsisçisi və direktoru, dünyanın tanınmış və ən təcrübəli media təlimçilərindən Kolin Gibson olub. Təlimlər müddətində media nümayəndələri arasında müxtəlif idman növləri (voleybol, badminton, stolüstü tennis, basketbol, futbol, üzgüçülük) üzrə yarışlar keçirilib, viktorinalar təşkil olunub. Təlimlərin sonuncu günündə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov təqdimatla çıxış edib. Şöbə müdiri bu təlimlərin ölkə idman mediasının inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib və treninq iştirakçılarına uğurlar arzulayıb. Ardınca "Əhali arasında sağlam həyat tərzinin təbliği", "Azərbaycanda idmanın təbliği və inkişafına dəstək" və digər mövzular haqqında məlumat verib”.

Yəni Gənclər və İdman Nazirliyi jurnalistlər üçün təlim keçib, amma “Futbol+” ora dəvət olunmayıb. Niyə? Mənə də çox maraqlıdı. Sualıma cavab tapmaq üçün nazirliyin mətbuat katibi Qabil Mehdiyevlə “vatsap” vasitəsi ilə əlaqə qurdım. Qurum rəsmisindən həm səmimi, həm də rəsmi cavab istədim. Düzdü, “Futbol+” üçün əsas pioritet Azərbaycan futbolunda olan problemləri, xoş hadisələri işıqlandırmaqdı. Amma digər idman növlərini də diqqətdə saxlayırıq. Qəzetimizin 2-ci səhifəsində ancaq futboldan kənar xəbərlər dərc olunur. Etiraf edirəm ki, son vaxtlar kadr çatmışmazlığı səbəbindən başqa idman növlərinə o qədər də diqqət ayıra bilmirdik. Lakin son 3 ayda, 2-ci səhifəmizdə, adətən, özəl yazılar yer alır. Həmkarım Cavid Əliyevin voleybol üzrə yığmanın baş məşqçisi Ataman Güneyligillə müsahibəsi ölkə mediasında gündəm oldu. Yığmamızın əsas siması Polina Rəhimova ilə söhbəti də olduqca maraqlı alınmışdı. Sərbəst güləş üzrə yığmamızın Belqraddakı uğursuzluğunun səbəbini müxtəlif mütəxəssislərdən soruşub. Basketbol üzrə ölkə çempionatında iştirak edən həm köhnə, həm də yeni komandalara aid xəbərlər hər gün saytımızda və qəzetimizdə dərc olunur. Bir sözlə, son vaxtlar idmanda başverənlər “Futbol+”in diqqətindən qaçmır, amma nazirliyin tədbirlərinə dəvət olunmuruq. Məhz bunun səbəbini Qabil bəydən soruşmalıydım. Həmkarımızın cavabı belə oldu:

“Təəssüf ki, yer məhdudiyyəti olur. Qrupda 100-dən çox media nümayəndəsi var. Hamını apara bilmirik. Yalnız TV-lər, agentliklər və bir neçə xəbər portalını apara bilirik”.


Cavab məni şoka saldı. Necə yəni 26 ildi fəaliyyət göstərən qəzetin əməkdaşı üçün yer tapılmır? Müntəzəm Azərbaycan idmanında başverənləri işıqlandırırıq. Misli premyer-liqasının bütün oyunlarına gedirik. 1-ci liqadakı görüşlərə diqqət ayırırıq. Ölkənin idman həyatında baş verən bütün informasiyaları oxucularımıza çatdırırıq. Hətta Gənclər və İdman Nazirliyinin rəsmi saytındakı bütün xəbərləri ictimaiyyətə təqdim edirik. Amma bizə tədbirlərdə yer olmur?

Gün ərzində bu cavabının təsiri altında qalaraq düşünmək məcburiyyətində oldum. Nə etməliyik ki, diqqətdən kənar qalmayaq? Sonra Xırdalan – Bakı yolunda yaşadıqlarımı xatırladım. Öz-özümə düşündüm. Bəlkə mən də bir şeir yazım? Bəlkə nəzirə deyim? Çox düşündüm, axırda 5 misralıq bir cıza-qara etdim:

“Yayda, qışda, yağışda, boranda
Gedirik stadionlara, arenalara.
Dəyər verilmir işimizə, yazılarımıza.
Qalırıq siyahıdan kənarda.
Necə tüpürməyəsən bu dünyanın etibarına?!”


İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

İdman

23-04-2023, 14:0

"AAAF Xırdalan"dan qələbə

İdman

16-02-2023, 12:0

“AAAF Xırdalan” lideri məğlub etdi

Yığma

30-03-2023, 11:0

Yığmamızın AÇ-nin seçmə mərhələsi üçün heyəti açıqlandı

İdman

7-12-2022, 22:0

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verildi

İdman

11-02-2023, 20:0

"Gəncə" ilk dəfə doğma azarkeşlər önündə qələbə qazandı

Ölkə futbolu

25-05-2023, 14:0

“Sumqayıt” klubuna medallar təqdim edilib

Aktual
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Varqas nağılı başa çatır! – belə şey olar?
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
Son xəbərlər
  • Bu gün, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Bu gün, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Bu gün, 15:33
    Fransaya qayıtmayacaq
  • Bu gün, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Bu gün, 14:31
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Bu gün, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Bu gün, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Bu gün, 12:26
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Bu gün, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Bu gün, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Bu gün, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Bu gün, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Bu gün, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Bu gün, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
Daha çox
Oxunub: 275
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 256
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 210
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 205
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 199
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə