19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiyada keçirəcək oyunlar üçün yekun heyəti açıqlanıb.
"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, bu məqsədlə millimiz aprelin 1-dən 5-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Yığmamızın heyətinə aşağıda adları qeyd olunan futbolçular çağırılıb:
1. Feyzullayeva Aytac – Şırnak Belediye Spor (Türkiyə)
2. Aliyeva Nailə – Neftçi
3. Rəhimova Milana – Şırnak Belediye Spor (Türkiyə)
4. Cəfərova Fidan – Xırdalan Siti
5. Mirzəyeva Aytac – Neftçi
6. Huseynli Fatiməyi Zəhra – Sumqayıt
7. Aşırova Samirə – Xırdalan Siti
8. Seyidova Müjgan – Neftçi
9. Əhmədli Fatimə – Şırnak Belediye Spor (Türkiyə)
10. Şeyma Nur Gencay – Yukatel Kayseri (Türkiyə)
11. Kocabey Buse Nur – Antalyaspor (Türkiyə)
12. Bozkurt Tuğba Nur – Beykent (Türkiyə)
13. Mutlu Eda Nur – Qazikentspor (Türkiyə)
14. Məmmədova Nahidə – Nuxa
15. Tarverdizadə Nurçin – Xırdalan Siti
16. Abdullayeva Türkan – Xırdalan Siti
17. Haqverdiyeva İntizar – Neftçi
18. Həsənova Lalə – Xırdalan Siti