7 dekabr tarixində "Sərhədçi" İdman Mərkəzinin idman zalında, "Sabah BK" və "AAAF Xırdalan BK" basketbolçuları arasında keçirilən qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının (ABL) 9-cu turu start götürüb.
Son topa qədər davam edən oyunda "AAAF Xırdalan BK" rəqibi üzərində 82:84 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular "AAAF Xırdalan BK"dan Endryu Korum (32 xal, 17 ribaund) və "Sabah BK"dan Entoni Patti (23 xal, 12 ribaund)
Qeyd edək ki, 9-cu turun digər oyunları ("NTD BK" - "Olimpik Şəki BK", "Neftçi İK" - "Sərhədçi PİK", "Gəncə BK" - "Zirvə Astara BK") 10 və 11 dekabr tarixində "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.