• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Sabah"da futbolçu qiyamı: çıxış yolu varmı? - KÖŞƏ

Manşet / Yazarlar

2-10-2023, 11:0

"Sabah"ın Konfrans Liqasında "Partizan"la cavab görüşündə məğlub olması, penalti seiyasında isə bəxtinin gətirməməsi "bayquşlar"ın düşərgəsini əməlli-başlı sarsıtdı.

Nəticədə Masazır təmsilçisi 3 oyunda qola, 5  görüşdə qələbəyə həsrət qaldı. Komanda yalnız 7-ci turda "Kəpəz"lə oyunda həm “qol orucunu açdı”, həm də xal qazandılar. Baxmayaraq ki, autsayder “Kəpəz”lə  2:2 "Sabah" üçün rüsvayçılıq sayıldı. Əslində komandanın uğursuzluq zolağında dövrə vurması və nəticələri aysberqin görünən tərəfidi.

Təbii ki, uğursuzluğun görünməyən tərəfləri də var. Belə ki, Mikelsin iki ayağını bir başmağa dirəyib Səudiyyə Ərəbistanı klubuna keçmək tələbi və "Sabah" rəhbərliyinin də onun qarşısında acizliyi komandada boşluqların, müəyyən mənada iradəsizliyin olduğunu göstərdi. Bu da ona dəlalət edir ki, ya klub rəhbərliyi futbolçularla müqavilə bağlayarkən öz mənafeyinə uyğun uzaqgörənlik sərgiləmir, ya rəhbərliklə oyunçular arasında uçurum var, ya da futbolçular “şişib”. Mikelsin gedəndən sonra yerli futbolçular arasında da üsyan ab-havası hökm sürür. Amma onlar almaniyalıdan fərqli pul davasına çıxmayıb.

Yerlilərin amalı daha çox şans qazanmaq, özünü göstərmək və alqış eşitməkdi. Əvvəlcə səsini Nicat Mehbalıyev qaldırdı. Qapıçı daha çox oynamaq tələbiylə çıxış etdi. Buna yol verilməyəcəksə, klubu tərk edəcəyini qəti şəlildə bildirdi və tələbində də müəyyən dərəcədə haqlıdı. Çünki Yusif İmanov rəqabətsizlikdən, təriflərdən, Murad Musayevin münasibətindən dolayı çox arxayınlaşdı. Bunun da nəticəsidi ki, həm Belqaradda "Partizan"la qarşılaşmada, həm də sonrakı çempionat oyunlarında səhvləri "göz oxşadı". Məqsədim Yusifi “baltalamaq”, onun karyerasına kölgə salmaq deyil, amma reallıq budu ki, gənc qapıçı qitəmiqyaslı yarışlarda çıxışa hazır deyil, eləcə də klubda rəqabətsizlikdən dolayı performansı çox aşağı düşüb. Yəni bir vaxtlar həvəslə təriflədiyimiz Yusif İmanovu indi görmürük. 

Həqiqətən də, "bayquşlar"ın qapı xəttində güclü rəqabət olsaydı, başqalarına da oynamaq imkanı tanınsaydı, hər üç qapıçının hazırlıq səviyyəsi yüksək olacaqdı və Nicat Mehbalıyev üsyan bayrağı açmayacaqdı. Adı çəkilən qolkiper "Qəbələ"də icarədə olarkən özünü yaxşı tərəfdən göstərərək nəinki "qırmızı-qaralar"da "1 nömrə"yə çevrildi, hətta yığmanın heyətinə də cəlb olundu. İcarə müqaviləsinin müddətinin başa çatmasına rəğmən, "Qəbələ" onu heyətində saxlamaq üçün çox çalışdı. Amma "Sabah" dirəşərək Nicatı buraxmadı. Bununla yanaşı, klub qapıçının yüksəlişdə olan performansını qorumaq üçün də heç nə etmədi. Nicat ötən mövsüm bir oyunda şans qazandısa, cari mövsümdə ehtiyat oyunçular skamyasının daimi sakinidi. Odu ki, oyun praktikası sarıdan əziyyət çəkən Nicatın səviyyəsi aşağı düşdü. Onun yeri ehtiyat oyunçular skamyası olacaqdısa, daha "Qəbələ"də qalmasının və ya başqa kluba icarəyə verilməsinin qarşısı niyə alındı? Bir halda ki elita təmsilçiləri arasında premyer-liqa təcrübəsi olan qapıçıya böyük ehtiyac duyanlar var. "Qırmızı-qaralar"la yanaşı, "Kəpəz"lə  "Araz-Naxçıvan" da Nicatın xidmətində maraqlıydı. Qapıçının oynamasına şərait yaradılsaydı, bu gün gəncəlilərin heyətində yerli qolkiperlərdən heç bir üstünlüyü olmayan belaruslu kiminsə yerini tutmayacaqdı, Muxtar Respublika təmsilçisində gəlmələr pul qazanmayacaqdı. Ən əsası yığma üzvü olan qapıçı paslanmayacaqdı.

Daha bir qiyamçı Ceyhun Nuriyevdi. Nicatdan fərqli o, ötən mövsümdə maksimum şans qazandı, qollar vurdu. Sonra bir qədər zədə üzündən kənarda qalsa da, sağalıb yenidən sıraya döndü, meydana çıxdı. Ceyhun sərgilədiyi oyunla hətta Canni de Byazinin də diqqətini çəkdi, ölkənin əsas komandasına cəlb olundu və debüt etdi. Futbolçunun inkişafını "Sabah"ın İqor Ponomaryov da etiraf edur. Amma yeni “futbol ili”ndə Ceyhun da “ofsayda düşdü”. Bu vəziyyətlə barışmayan futbolçu daha çox oynamaq, bu da mümkün deyilsə, başqa komandaya keçmək istəyini bəyan etdi. Amma vinger də "arzuolunmaz şəxs" elan olundu. Hazırda Masazır təmsilçisinində qəribə yanaşma var. Hansı futbolçu daha çox oynamaq və ya başqa kluba keçmək istəyirsə, dərhal əsas komandadan uzaqlaşdırılaraq əvəziedici heyətə göndərilir. Bu yanaşma belə izah olunur:

"Özünü "Sabah" ailəsinin üzvü hesab etməyənlərə əsas komandada yer yoxdu. Onların yerinə perspektivli və istəkli gəncləri cəlb edəcəyik. Həmçinin etirazçılarla müqavilə şərtlərinə uyğun davranacağıq. Yəni onları buraxası deyilik". 

Görəsən, rəhbərlik belə yanaşma sərgiləməklə özünə qarşı qəzəb, aqressivlik yaratmaqdan başqa nə qazanacaq? Təbii ki, "Sabah" ailəsi bundan yaxşə nəsə qazana bilməyəcək. Əksinə, başqa futbolçular da bu durumdan təsirlənərək  müqaviləsini yeniləməyəcək. Və ya başqa yerli oyunçular da "Sabah"a keçmək üçün alışıb-yanmayacaq. Belədə lomanda ancaq əcnəbilərin ümidinə qalacaq. Bu da daha çox maliyyə yükü deməkdi. Zatən legioneri başqa necə əldə saxlaya bilərsən? Kaşuk, Mikels nümunəsi dərs olmadımı?! 

Odu ki, yerli futbolçularla hazırda yaşanan xoşagəlməz halların yeganə həlli rəhbərliklə qiyamçıların masa arxasında əyləşib ortaq məxrəcə gəlməlidi. Alınacaqsa, bundan sonra onlara şans verib özlərini meydanda göstərmələri təmin edilməlidi. Yox, bu mümkün deyilsə, futbolçular icarəyə verilsin və ya müqavilələrinə qarşılıqlı razılıq əsasında xitam verilsin. 

Mən yersiz humanizmə nifrət edirəm. Hər addımda insan azadlığından dəm vuraraq fərdlərin hüquqlarının hər şeydən üstün tutulmasının da tərəfdarı deyiləm. Bunu lokal- və ya mikrofaşizm hesab edirəm. Amma indiki durumda qiyamçılar haqlıdı. "Sabah" rəhbərliyi yalnız özünün yox, futbolçuların da mənafeyini nəzərə almalıdı.

ABDULLA İSMAYILOĞLU 

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

8-08-2023, 12:0

Ponomaryov: “Mikels "Sabah"dan getmək fikirində qətidisə, biz nəsə edə bilmərik”

Aktual / Avrokuboklar

17-08-2023, 13:0

Erkin İbrahimov Mikelsin yoxluğunu problem saymır

Ölkə futbolu / Manşet

8-08-2023, 14:0

Mikels “Sabah”ın məşqlərinə qatılmır?

Manşet / Konfrans Liqası

12-08-2023, 19:0

“Mikelsin "Partizan"la oyunda meydana çıxmaması mənəvi cəhətdən düzgün olmadı”

Premyer-liqa / Manşet

20-09-2023, 19:0

“Kaşukla Mikelsin gedişi “Sabah”ın oyun planını məhv edib”

Ölkə futbolu / Manşet

6-09-2023, 13:0

“Sabah”ın böhranının səbəbləri nədi?

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə