Millimiz Rumıniyaya böyük hesabla uduzdu

8.05.2026 20:20 54
Ölkə futbolu
16 yaşadək qızlardan ibarət millimiz Bakıda təşkil olunan İnkişaf Turnirində ikinci oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, yığma Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda keçirilən görüş rəqib komandanın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 45+2-ci dəqiqədə penaltidən Xədicə Rəhimova vurub.

Günün digər matçında Gürcüstan yığması Litva seçməsini 1:0 hesabı ilə məğlub edib.

U-16 növbəti oyununu mayın 11-də Gürcüstan yığmasına qarşı keçirəcək.