• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Həmin iddialar əsassızdı və faktlara uyğun deyil” – “Araz Saatlı”nın pulsuz qalmasına izahat

Ölkə futbolu

8-05-2026, 22:0

İkinci liqada yerini qorumaq uğrunda mübarizə aparan “Araz Saatlı”ın ciddi maliyyə böhranı yaşamasından xəbərdarsız.

Klub prezidenti Ədalət Abdullayev bir neçə gün əvvəl “Futbol+”ə yanvardan bəri AFFA-dan pul almadıqlarını bildirmişdi. Klubun keçmiş təsisçisi Xəyal Məmmədov isə bu barədə yaydığı bəyanatda günahın komandanın sabiq çalışdırıcısı Asim İbrahimovda olduğunu açıqlamışdı. Yəni Asim bəy klubla müqaviləsində aylıq maaşının 2500 manat yazılmasına nail olub, istefaya göndəriləndən sonra isə AFFA-ya üz tutaraq müqavilədə göstərilən məbləğin tam şəkildə ödənilməsini tələb edib, əks halda UEFA-ya şikayət edəcəyi ilə hədələməyə başlayıb. Nəticədə AFFA tərəfindən kluba ayrılan aylıq 5800 manatın ödənilməsi dayandırılıb.

Bu məsələ ilə bağlı adı çəkilən mütəxəssisin - Asim İbrahimovun da mövqeyini öyrənməyi lazım bildik:

“Yayılan məlumatlar həqiqəti əks etdirmir. Həmin iddialar əsassızdı və faktlara uyğun deyil. Məsələ ilə bağlı rəsmi mövqeyim zərurət yaranacağı halda hüquqi qaydada təqdim olunacaq. Kütləvi informasiya vasitələrindən xahiş edirəm ki, dəqiqləşdirilməmiş və birtərəfli məlumatları yaymaqdan çəkinsinlər”.


AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Murad Axundov isə qurumun bu məsələ ilə bağlı mövqeyini bizə çatdırdı:

“Oyunçuların Statusu və Transferi Komitəsinin qərarlarının icrası idman hüququ sistemində hüquqi müəyyənliyin və müqavilə intizamının təmin edilməsi baxımından fundamental əhəmiyyət kəsb edir. Bu qərarların vaxtında yerinə yetirilməsi həm oyunçuların və digər tərəflərin hüquqlarının qorunmasına, həm də futbol münasibətlərində etibarlılığın və sabitliyin saxlanmasına xidmət edir. Əks halda, öhdəliklərin icra olunmaması sistemli pozuntulara və rəqabət mühitinin pozulmasına səbəb ola bilər. Məhz bu səbəbdən AFFA tərəfindən maliyyə yardımının müqavilə əsasında borclara yönəldilməsi mexanizmi tətbiq olunur ki, bu da qərarların faktiki icrasını təmin etməyə xidmət edir.

Asim İbrahimovla klub arasında yaranmış mübahisə ilə bağlı qeyd edilməlidi ki, mübahisə mövcud olduğu andan etibarən AFFA tərəfindən tərəflər dəfələrlə danışıqlara dəvət edilmiş və qarşılıqlı razılaşmanın əldə olunması üçün müvafiq şərait yaradılmışdır. Bununla belə, aparılmış danışıqlara baxmayaraq, tərəflər arasında razılıq əldə olunması mümkün olmamış və danışıqlar prosesi nəticəsiz olaraq yekunlaşmışdır. Nəticə etibarilə, məsələ üzrə hüquq tətbiqedici orqanın qəbul etdiyi qərarların icrasının təmin olunmasına istiqamətinə yönəlib”.


MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

1-05-2026, 21:0

AFFA “Araz Saatlı”nın pulunu niyə vermir? – Asim İbrahimov təhdid edib!

Ölkə futbolu

1-04-2025, 16:0

"Araz-Saatlı"nın yeni baş məşqçisi bilindi

1-ci liqa / Manşet

29-05-2024, 22:0

AFFA “Araz Saatlı”nın gözlədiyi qərarı verdi - “Böyük ehtimalla “Cəbrayıl”la pley-off matçı keçirəcəyik”

Aktual / Ölkə futbolu

4-04-2025, 14:0

“Hədəf 1-ci liqaya yüksəlməkdi” – yeni baş məşqçi gətirdi, belə dedi

Ölkə futbolu / Manşet

10-05-2025, 11:0

AFFA “Araz-Saatlı” və “Füzuli”yə niyə lisenziya verməyib? – klub rəsmilərindən izah

Ölkə futbolu

25-05-2022, 19:0

Elnur Çodarov “Sumqayıt”ı da məhkəməyə verir, AFFA-nı da

Aktual
Azərbaycana 17 legioner gəlib - neçəsi yığmada çıxış edir?
Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
“Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
Son xəbərlər
  • Dünən, 23:54
    Azərbaycana 17 legioner gəlib - neçəsi yığmada çıxış edir?
  • Dünən, 23:42
    "Neftçi" "əfsanə zolaqlı" formanı qaytarır - VİDEO
  • Dünən, 23:15
    4 təmsilçimizdən 3-ü qalib gəldi! - Fiziyevdən möhtəşəm nakaut
  • Dünən, 22:30
    "Avrokuboklara şans qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik"
  • Dünən, 22:08
    İranın forvardı FİFA-nı yıxıb-sürüdü - ''Bizim evə qayıtmağımızı istəyirlər''
  • Dünən, 21:51
    "Zirə" özbəklərə uduzdu
  • Dünən, 21:22
    Savo het-trik etdi, "Qarabağ" qalib gəldi
  • Dünən, 20:30
    Azərbaycanlılar qələbə ilə başladı! -UFC Bakı
  • Dünən, 19:23
    "Şəfa"da köməkçi məşqçilər bəlli oldu
  • Dünən, 18:52
    “Səbail”dən yeni transfer
  • Dünən, 18:31
    "Qarabağ"ın heyəti açıqlandı - Elvin start heyətində yoxdu!
  • Dünən, 18:00
    Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
  • Dünən, 17:31
    "Polessye" Andrade ilə uzunmüddətli müqavilə imzaladı
  • Dünən, 17:00
    “Qarabağ” artıq 3 milyon avro xərcləyib – “Sabah”dan bir addım öndə
  • Dünən, 16:40
    Florensiyanı tərk etdi
  • Dünən, 16:08
    Torreyra yumruq olayı haqda ilk dəfə danışdı - ''Şəkil çəkdirmək istədiyini düşündüm''
  • Dünən, 15:47
    Maykl Bispinq və Brüs Baffer "UFC Fight Night Baku"da!
  • Dünən, 15:26
    Tahir Abdullayev ilk, Rafael Fiziyev son döyüşə çıxacaq
  • Dünən, 15:08
    “Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
  • Dünən, 14:42
    Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
  • Dünən, 13:53
    Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
  • Dünən, 13:37
    DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
  • Dünən, 13:07
    Andrade "Qarabağ"dan Ukrayna klubuna getdi - RƏSMİ
  • Dünən, 12:36
    Bülənt Korkmaz bu klubu superliqaya qaytarmağa çalışacaq
  • Dünən, 12:15
    "Qarabağ" "Tirol"a qarşı
  • Dünən, 11:54
    Muslera Uruqvayı məhv etdi - Byelsa özünü yıxıb-sürüdü!
  • Dünən, 11:23
    Milandan Turinə yollana bilər
  • Dünən, 10:52
    Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
  • Dünən, 10:31
    Anri, İbrahimoviç və Mata Türkiyənin qələbəsi haqda nə dedi?
  • Dünən, 10:00
    İki şahmatçımız dünya çempionu oldu
  • Dünən, 09:18
    Muslera Uruqvayı qrupda saxladı, İranın pley-off şansı qalır - DÇ səhəri
  • Dünən, 01:09
    1/16 final cütlərindən beşi bəllidi!
  • Dünən, 01:02
    Fransa Norveçi, Seneqal İraqı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 00:54
    Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
  • 26-06-2026, 23:0
    “Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək
Daha çox
Oxunub: 424
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 313
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 271
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 267
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 218
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə