ÇL-də hamını arxada qoydu

8.05.2026 15:23 46
Dünya futbolu
Çempionlar Liqasında yarımfinalın cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu məlum olub. Bu nominasiyada Deklan Rays qalib gəlib.

UEFA-nın yaydığı məlumata görə, “Arsenal”ın yarımmüdafiəçisi həftənin ən yaxşı futbolçusu adı uğrunda mübarizədə digər namizədi - PSJ-nin müdafiəçisi Villian Paçonu geridə qoyub.

Maraq üçün Raysın yarımfinalın “Atletiko” ilə keçirilən matçında (1:0) hansısa məhsuldar hərəkətlə fərqlənmədiyini qeyd edək. Buna baxmayaraq, 27 yaşlı ingilis xavbek UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda Paçodan çox səs toplayıb.