Millimizin sabiq futbolçusu Araz Abdullayevin yeni komandası bəlli olub.
"Football-plus.az" xəbər verir ki, 31 yaşlı futbolçu Kosovoda oynayacaq.
O, bu ölkənin yüksək liqa təmsilçisi "Llapi" ilə müqavilə imzalayıb.
Abdullayev 2023/24 mövsümünü bu klubda keçirəcək.
Araz "Neftçi", "Qəbələ", "Qarabağ", "Sumqayıt", "Everton", "Panionios", "Etnikos Axna", "Anortosis", "Boluspor" klublarında oynayıb.