Millimiz Yunanıstanı məğlub etdi

22.08.2023 21:37 231
İdman
Almaniyanın Düsseldorf şəhərində qadınların voleybol üzrə Avropa çempionatı keçirilir.

“Football-plus.az” xəbər verir ki, C qrupunda yer alan yığmamız növbətini matçını keçirib. Millimiz Yunanıstanla qarşılaşıb. Ataman Güneyligilin yetirmələri 3:2 (22:25, 25:19, 27:29, 25:18, 15:12) hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyununu avqustun 23-də İsveçə qarşı keçirəcək.