Dünən Misli premyer-liqasında 2023/24 mövsümü start götürdü.
"Football-plus.az" xəbər verir ki, ilk turda "Turan Tovuz" "Dalğa Arena"da "Araz-Naxçıvan"ı darmadağın etdi - 3:0.
Naxçıvan təmsilçisi turnirə başlayan kimi qayda pozuntusuna yol verdi. Belə ki, "qırmızı-ağlar"ın üzvü Vandersonun formasındakı ad qaydalara uyğun yazılmayıb. Onun adı köynəkdə "Wanderson" kimi qeyd olunub.

