"Turan Tovuz" "Araz Naxçıvan"ı məğlub etdi

12.07.2023 22:01 384
Ölkə futbolu
Yeni mövsüm hazırlıqlarını davam etdirən "Turan Tovuz" və "Araz Naxçıvan" bu gün yoxlama oyununda üz-üzə gəlib.

"Football-plus.az" xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüş saat 19.00-da başlayıb.

Bu, hər iki komandanın hazırlıq çərçivəsində ilk sınaq matçı olub.

12 iyul

Yoxlama oyunu
"Turan Tovuz" - "Araz Naxçıvan" 5:1

Fərid Nəbiyev, Marti Petkov (2 qol), Belaydi Pusi, Makron - Arzuman Məmmədov
Bakı Olimpiya Stadionu. 19.00