"Araz Naxçıvan" ilk transferini gerçəkləşdirdi

28.06.2023 12:37 1 981
Aktual / Premyer-liqa
Premyer-liqanın yeni iştirakçısı "Araz Naxçıvan" heyətin formalaşdırılması prosesinə start verib.

"Football-plus.az"ın əldə etdiyi məlumat görə, ilk futbolçu artıq bəllidi. Bu "Turan Tovuz"un yarımmüdafiəçisi Cavid Tağıyevdi.

Futbolçu ilə "Turan Tovuz" arasında yeni müqavilə bağlanmayıb. O, 2023/24 "futbol ili"ni Naxçıvan təmsilçisində keçirəcək.

Qeyd edək ki, Cavid Tağıyev ötən mövsüm 12 matçda iştirak edib. Hesabında qol və məhsuldar ötürmə yoxdu.

KƏNAN BAHADIR