Yeni mövsüm hazırlıqlarını davam etdirən "Turan Tovuz" ilk yoxlama görüşünə çıxacaq.
"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda iyul ayının 12-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Araz Naxçıvan”la qüvvəsini sınayacaq. Görüş saat 19.00-da başlayacaq.
Qeyd edək ki, "Araz Naxçıvan" ötən mövsüm 1-ci divizionun qalibi olub və Premyer Liqaya vəsiqə qazanıb.
Xatırladaq ki, "Turan Tovuz" iyulun 13-də Türkiyəyə yola düşəcək.Təlim-məşq toplanışının ikinci mərhələsi üçün Ankaranın Qızılcahamam bölgəsindəki oteldə məskunlaşacaq komanda ayın 28-nə qədər hazırlığını burada davam etdirəcək.