• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Həmin hadisədən sonra bir gecə də rahat yatmamışam”

Maraqlı

3-07-2023, 11:0

Ötən il dekabrın 30-da Barselonadakı gecə klubunda 23 yaşlı qıza təcavüz etməkdə ittiham olunan Daniel Alveş çox götür-qoydan sonra yalan ifadələr verdiyini etiraf etmişdi.

Braziliya yığmasının 39 yaşlı sabiq müdafiəçisi artıq 5 aydı azadlığını itirib. O, hələ də günahsız olduğunu deyir.

"Football-plus.az" xatırladır ki, yanvarın 20-də həbs olunan Danielin vəkillərinin fevralda girov qoymaqla zaminə buraxılmaq tələbi rədd edilmişdi.

Onlar bugünlərdə növbəti şikayətinə rədd cavabı alıblar. Hüquqşünasları futbolçunun keçmiş həyat yoldaşı Dinora Santananın və onunla nigahından doğulan iki uşağının Barselona şəhərində qeydiyyatda olduqlarını, onlarla ailə əlaqələrinin müəyyən dərəcədə davam etdiyini əsas gətirərək, Danielin İspaniyadan başqa ölkəyə qaçmaq riskinin olmadığını iddia ediblər. Lakin məhkəmə bu əsasın inandırıcı olmadığı qənaətinə gəlib.

Vicdanım təmizdi
12 ilədək həbs olunmaq təhlükəsi ilə üzləşən səbəbkar isə məlum ittihamla üzləşəndən sonra ilk müsahibəsini verib. Dünya futbolunda 43 titul qazanmaqla argentinalı hücumçu Lionel Messi ilə birgə rekordçu olan braziliyalı İspaniyanın gündəlik “La Vanguardia” qəzetinə açıqlamasında günahsız olduğunu deyib.
* Mənim məlum hadisə haqda nə qədər düşünməyimdən asılı olmayaraq, həmin qızın tualetdən çıxandan sonra niyə ağladığını bilmirəm. Beynimə girən fikir odu ki, kimsə ona pis məsləhət verib. O, həmin məsləhətə qulaq asandan sonra özünü pis hiss edib və xaos vəziyyəti yaradıb. Ona görə ki, düşdüyü cəncəldən necə çıxacağını bilməyib. O, məni də cəncəl işə salıb.
* Onu vicdanına qulaq asmağa çağırıram. Həmin hadisədən sonra bir gecə də rahat yatmamışam. Mənim vicdanım təmizdi. Mən heç vaxt kiməsə öz istəyimlə ziyan vurmamışam.
* Onun vicdanının təmiz olub-olmadığını bilmirəm. Gecələr rahat yatıb-yatmadığını bilmirəm. Amma mən onu bağışlayıram.

Aramızda ehtiras yarandığı görünürdü

Alveş ötən ilin sonunda gecə klubunda baş verən hadisə ilə bağlı öz versiyasını da açıqlayıb.
* Bir müddət birlikdə rəqs etdik, bir-birimizə çox yaxın idik. Bir-birimizi öpməmişik, ancaq hərəkət və baxışlarımızdan aramızda ehtiras yarandığı görünürdü. Bəzi məqamlarda bir-birimizə çox yaxınlaşırdıq.
* Dostum Bruno daim qarşımızda dayanaraq şəklimizin çəkilməsinə imkan vermirdi. Biz ictimai yerdə idik. Ona görə də qıza tualetə getməyi təklif etdim. Ora birinci daxil olacağımı və onu gözləyəcəyimi dedim. Klubun yuxarı mərtəbəsində tək adam üçün boş yer yox idi. Hər şey göz qabağında idi. Mən isə ailəli olduğumdan istəyimizə orda çata bilməzdik.
* Tualetə birinci özüm getdim. Bir neçə dəqiqə sonra onun fikrini dəyişdiyini və ayaqyoluna gəlməyəcəyini düşündüm. Ona görə ki, qızdan ayrılandan sonra kifayət qədər vaxt keçmişdi. Tualetdən çıxanda onun artıq ora gəldiyini gördüm. Kənara çəkildim, o isə yanımdan keçib ayaqyoluna daxil oldu. Mən onun arxasınca ora getdim, hətta qapını bağlamadım. Brunonun bayırda məni gözlədiyini bilirdim. O, bizim hansı işlə məşğul olduğumuzu bildiyi üçün kimsənin tutaletə girməsinə imkan verməməyə çalışacaqdı.

Qıza qarşı heç bir zorakı hərəkət etməmişəm

Daniel təcavüz etdiyi iddia olunan 23 yaşlı qızla cinsi əlaqəyə girdiyini etiraf edib. Lakin o, bunun təcavüz olmadığını, əlaqənin qarşı tərəfin razılığı ilə baş verdiyini deyib. Həmin qıza qarşı zorakılıq və təhqir etməsi ilə bağlı iddianı qətiyyətlə rədd edib.
* Bunlar doğru deyil. Bu iddiaları onun vicdanına buraxıram. O, cinsi əlaqə zamanı məndən bir dəfə də dayanmağı xahiş etmədi. Tualeti tərk etmək istəyini bir dəfə də dilinə gətirmədi. Qapı açıq idi, gedə bilərdi, çünki mən, demək olar ki, əvvəldən axıradək unitazın üstündə oturmuşdum.
* Qızın barmaq izlərinin tualetin müxtəlif yerlərinə necə düşdüyünü bilmirəm. Mənim onu döşəməyə itələdiyim, vurduğum və təhqir etdiyim yalandı. Qıza qarşı heç bir zorakı hərəkət etməmişəm. Dizlərindəki sıyrıntı və cırmaq yerləri isə məni minet edərkən yaranıb. Guya mənim zorakı hərəkətlərimə məruz qaldığını iddia edir. Halbuki onun bədənində bir dənə də yara izi yoxdu.

Coananı itirməkdən çox qorxmuşam

Xatırladaq ki, Daniel prokurorluğa verdiyi ilk üç ifadədə həmin qızla cinsi əlaqədə olmadığını bildirmişdi. Məşhur futbolçu sonradan yalan danışdığını etiraf edib. O, bunu həyat yoldaşı Coana Sansa qarşı sədaqətsizliyini gizlətmək və onu qorumaq üçün etdiyini deyib. Alveş ondan boşanmaq istəyən Coananı hələ də sevdiyini bir daha vurğulayıb.
* Hər kim həyatında mənim kimi, heç olmasa, bir dəfə sevibsə, belə sevgini qorumaq üçün nə desən edə biləcəyini yaxşı anlayır. Bax, mən buna görə yalan danışmışam. Coananı itirməkdən çox qorxmuşam. Ona xəyanət edəndən sonra nigahımızı qorumaq uğrunda var qüvvəmlə mübarizə aparmışam. Bunu edərkən məni sonra hansı pis aqibətlərin gözləyəcəyinə məhəl qoymamışam.
* Həyat yoldaşıma həmin gecə baş verən hadisəni danışandan sonra ondan məni bağışlamasını istədim. Və hüquq-mühafizə orqanına növbəti, bu dəfə doğru ifadə vermək qərarına gəldim.
* Mənim son aylar yaşadıqlarım qorxulu yuxudu. Bu kabusun bir gün sona çatacağına ümid edirəm. Qarşısında üzr istəməli olduğum yeganə adam xanımım Coanadı.

Yeri gəlmişkən...

Coana məlum hadisədən az sonra Daniellə həyat yollarını ayırdığını bildirmişdi. İspaniyalı model qərarını “onu həmişə sevəcəyəm, amma özümə daha çox dəyər verir və hörmət edirəm” cümləsi ilə ifadə etmişdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-04-2023, 19:0

Alveş yalan ifadələr verdiyini boynuna aldı

Dünya futbolu

23-02-2023, 19:0

Alveş təcridxananı tərk etməyəcək

Dünya futbolu

13-02-2023, 20:0

Alveş əməlini etiraf edib, amma...

Dünya futbolu

26-01-2023, 23:0

Alveşin əməlində cinayət tərkibi aşkar edildi

Aktual
Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Son xəbərlər
  • Bu gün, 09:49
    ''Bavariya''nın fəxri prezidenti Oliseyə görə ''Real'' ilə məzələndi
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 154
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 141
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 128
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə