• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Alveş əməlini etiraf edib, amma...

Dünya futbolu

13-02-2023, 20:0

Barselona məhkəməsinin dünyanın ən titullu futbolçusunun girov qoymaqla sərbəst buraxılmadan həbs olunmasına qərar verməsi çoxlarına məlumdu. Son bir neçə gündə Daniel Alveşin əməli ətrafında baş verən hadisələr çox maraqlıdı.

Xatırladaq ki, məhkəmə braziliyalını ötən ilin son günlərindən birində Barselonanın Tuset küçəsindəki “Sutton” klubunun tualetində 23 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətlərində təqsirli bilərək onu müvəqqəti həbs cəzasına məhkum edib. İspaniya qanunlarına görə, günahı sübuta yetirilərsə, ona 4 ildən 12 ilə qədər həbs cəzası verilə bilər. Hazırkı vəziyyət heç də Alveşin xeyrinə deyil. Yerli “El Periodico” nəşri bir neçə gün əvvəl braziliyalı futbolçunun zorlamaya əl atdığını sübut edən faktın ortaya çıxdığını xəbər vermişdi. Ekspertiza nəticəsində Danielin cinayət törətdiyini göstərən dəlilin tapıldığı, hadisənin baş verdiyi gecə klubunda zərərçəkənin iddiasını sübut edən barmaq izlərinin aşkar olunduğu bildirilmişdi.

39 yaşlı Danielin özünü müdafiə etmək üçün Kristobal Martelli ilə əməkdaşlığa başlaması hələ ki onun üçün arzulanan nəticəni verməyib. Tanınmış vəkil müştərisi ilə bağlı verilən ilk qərardan Barselonanın Ali Məhkəməsinə şikayət edib. O, Alveşin “sosial və işgüzar” köklərinin İspaniyadan qaçıb istintaqdan qurtulmaq ehtimalını aşağı saldığını bildirib və alternativ variant kimi ev həbsinə məhkum olunmasını təklif edib. Lakin prokurorluq məhkəmədən səbəbkarın istənilən şərtlərlə sərbəst buraxılmamasını xahiş edib. Buna əsas kimi futbolçunun cinayət əməli törətmək və İspaniyadan hər hansı ölkəyə qaçmaq ehtimalının olması göstərilib. Məhkəmə bu barədə yaxın günlərdə qərar verəcək.

Artıq Alveşin əməlini etiraf etdiyi məlum olub. Bu iddianı Karlos Kiles irəli sürüb. “Antena 3” telekanalının jurnalisti, nəhayət, futbolçu ilə zərərçəkənin əsas məsələ ilə bağlı fikirlərinin üst-üstə düşdüyünü bildirməklə yanaşı, tərəflərin qeyri-təbii yolla cinsi əlaqənin razılıq yolu ilə olub-olmamasında fikir ayrılığına malik olduğunu da vurğulayıb:

“Artıq onlar arasında təmasın olduğunu dəqiq bilirik. Qız tualetdən çıxarkən ilk növbədə məhz cinsi zorakılığa məruz qaldığını demişdi. Zərərçəkən cinsi əlaqənin onun istəyi ilə reallaşmadığını da bildirmişdi. Polisin ilkin hesabatı da belə əlaqənin baş verdiyini göstərir. Bizdə olan məlumata görə, artıq futbolçu bu versiyanı təsdiqləyib. Halbuki ilk dinləmədə həmin qızı tanımadığını demişdi”.


Bu arada “Barselona”nın sabiq müdafiəçisinin problemləri durmadan artır. Alveşin İspaniyada vergi borcunun olduğu ortaya çıxıb. “El Confidencial” qəzetinin xəbərinə görə, onun bu planda 2,25 milyon avro borcu var. Bələdiyyə bu səbəbdən yarıbayarı ona və keçmiş həyat yoldaşı Dinora Santanaya məxsus olan malikanənin 50 faizinə həbs qoyub. Məlumunuz olsun ki, ötən ilin martında braziliyalıya məxsus daha bir yaşayış məskəninə - 60,5 kvadrat metrlik sahəsi olan mənzilə də həbs qoyulmuşdu. Vəkili onun qısa müddətə də olsa, sərbəst buraxılmasına əsas kimi İspaniyada “ailə, iqtisadi və biznes” köklərinin olduğunu göstərmişdi. Amma bu da var ki, Danielə məxsus olan 5 şirkətdən üçü 2019-21-ci illərdə ləğv edilib. “El Confidencial” həmçinin həbs olunandan sonra bir sıra sponsorların onunla müqaviləni pozmasının İspaniyadakı maliyyə vəziyyətinə mənfi təsir etdiyini də yazıb.

Nüfuzuna xələl dəyən səbəbkar sabiq klubundan daha bir zərbə alıb. “Pumas” rəhbərliyi müdafiəçi ilə müqaviləni o həbs olunandan bir gün sonra ləğv etmişdi. Meksika klubu indi futbolçudan müqavilənin şərtini pozduğu üçün böyük məbləğdə təzminat tələb edir. Klub rəhbərliyi anlaşmada yazılan şərtlərdən birinə əsaslanır. Belə ki, Alveşin dopinqlə bağlı, klubun imicinə zərbə vura biləcək istənilən tip qalmaqalda iştirakı və Meksika qanunlarına əsasən cinayət sayılan hər cür hərəkət və davranışa əl atması halında tərəflər arasındakı əməkdaşlığın dayandırılması nəzərdə tutulmuşdu. Rəhbərlik onun əməlinin 3-cü kateqoriyaya uyğun gəldiyini düşünür. “Pumas” buna görə futbolçudan 5 milyon dollar təzminat tələb edir.

Yeri gəlmişkən, Alveş sorğu-sual prosesində Meksika klubunda aylıq məvacibi ilə bağlı yanlış məlumat verib. O, “Pumas”da aya 30 min avro qazandığını deyib. Halbuki hakimdə onun müqaviləsinin surəti olub. Orda isə futbolçunun aylıq maaşının 300 min avro olduğu yazılıb. Bu məqamın da yekun qərar verilərkən səbəbkarın əleyhinə yönələn fakt kimi dəyərləndirilə biləcəyi istisna olunmur.

Coana Sansın məlum səbəbdən ondan ayrıldığını xəbər vermişdik. O, bugünlərdə həbsxanada olan keçmiş ərinə baş çəkməyi lazım bilib. Tanınmış model mediaya qısaca belə açıqlama verib: “Mən onu həyatının pis günlərində unutmuram”.

Yeri gəlmişkən, daha əvvəlki xanımı Dinora Daninin məlum əmələ ət ata biləcəyinə inanmır:
“Dani belə hərəkətə əl ata bilməz. O, heç vaxt xanımın ləyaqətinə toxunmaz. Onun 22 ildi tanıyıram və Dani ilə 10 il birgə yaşamışam. Düşdüyü vəziyyət məni ağrıdır”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-01-2023, 23:0

Alveşin əməlində cinayət tərkibi aşkar edildi

Dünya futbolu

24-01-2023, 22:0

Alveş təxminən 4-12 illiyə azadlıqdan məhrum edilə bilər

Dünya futbolu

25-08-2022, 16:0

Mendini ağır cəza gözləyir

Dünya futbolu

16-01-2023, 20:0

Alveş cinsi təcavüzə əl atmaqda ittiham olunur

Dünya futbolu

5-05-2022, 20:0

4 illik həbs cəzası aldı

Aktual
“Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
“Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
1-ci liqa təmsilçiləri elitaya yüksəlsə, hansı stadionda oynayacaq?
“Sabah” “Bəhramov”a neçə azarkeşlə gələcək?
Kukseviçin qeyri-adi bəhanələri - rusiyalı mütəxəssis nə istəyir?
U-20-nin heyətində elita təcrübəsi olan bir futbolçu var
Son xəbərlər
  • Bu gün, 13:47
    “Bəhramov”da çempionluq, Zirədə 4-cü yer uğrunda taleyüklü görüş! - YENİLƏNİR
  • Bu gün, 13:43
    Lənkəranda UEFA C kursu keçirildi
  • Bu gün, 13:25
    “Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
  • Bu gün, 13:10
    “Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
  • Bu gün, 12:57
    Hidayət Heydərov yarımfinalda - AÇ
  • Bu gün, 12:29
    "Qarabağ" azarkeşlərə müraciət etdi
  • Bu gün, 11:58
    Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
  • Bu gün, 11:39
    AFFA-da növbəti seminar
  • Bu gün, 11:12
    Mahiri bu gün start heyətində görəcəyik?
  • Bu gün, 10:55
    Bu gün 1/4 finalın növbəti iki matçı keçiriləcək - ABL
  • Bu gün, 10:47
    1-ci liqa təmsilçiləri elitaya yüksəlsə, hansı stadionda oynayacaq?
  • Bu gün, 10:26
    Millimiz Gürcüstana qarşı
  • Bu gün, 10:06
    “Sabah” “Bəhramov”a neçə azarkeşlə gələcək?
  • Bu gün, 10:00
    Hidayət Heydərov mübarizəyə başlayır - AÇ
  • Bu gün, 09:49
    Ardanın “Şaxtyor”u yarımfinalda
  • Dünən, 23:31
    Kukseviçin qeyri-adi bəhanələri - rusiyalı mütəxəssis nə istəyir?
  • Dünən, 23:09
    Sabiq ulduzu ''Çelsi''ni yıxıb-sürüdü - ''Onların kim olduğunu bilmirəm''
  • Dünən, 22:56
    Yayda işini itirə bilər
  • Dünən, 21:55
    U-20-nin heyətində elita təcrübəsi olan bir futbolçu var
  • Dünən, 21:24
    İngiltərədən Almaniyaya üz tutmaq şansı var
  • Dünən, 20:53
    Yeni mövsümdə “Milan”a lazım olmayacaq
  • Dünən, 20:22
    PFL rəsmisindən AFFA ilə bağlanan müqavilə haqda açıqlama – şərtlər nədi?
  • Dünən, 19:52
    Levandovski “Barselona”da necə qala bilər?
  • Dünən, 19:21
    “Nyukasl”ı o da tərk edəcək?
  • Dünən, 18:59
    Rəhbərliklə danışıqlara başladı
  • Dünən, 18:28
    Məşhur futbolçu Sinqapura yollanacaq
  • Dünən, 17:57
    Argentinalı futbolçu artıq “Çelsi”ni bəyənmir
  • Dünən, 17:26
    İtaliya paytaxtını tərk etməyəcək
  • Dünən, 16:55
    “Sabah”da ciddi problem – “Qarabağ”la oyunlardan əvvəl həyəcan siqnalı...
  • Dünən, 16:24
    Millinin qızları azarkeşlərlə görüşdü
  • Dünən, 15:53
    Millimizin oyununu kim idarə edəcək?
  • Dünən, 15:22
    “Qalatasaray”la çempion olmuş məşqçi Okan Buruk haqda nələr dedi?
  • Dünən, 14:51
    Bacco da İtaliyaya görə narahatdı
  • Dünən, 14:20
    Evra Tevesi niyə hədələyib?
  • Dünən, 13:59
    Hakan Çalhanoğlunun meneceri ''Qalatasaray'' iddiaları haqda nə dedi?
Daha çox
Oxunub: 142
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Oxunub: 140
“Qarabağ” nigeriyalı futbolçuları yola saldı - klub yayda ciddi addım atacaq!
Oxunub: 129
"Qarabağ"ın "dirəy"i gedir! - Zubirin yeni klubu açıqlandı
Oxunub: 113
Qurban Qurbanov təslim oldu… - azarkeşlər bu cür sözlər eşitmək istəmir!
Oxunub: 113
Tural Qurbanov da “özünü yandırdı” – səhvsiz FİFA referisi qalmadı...
Oxunub: 103
PFL rəsmisindən AFFA ilə bağlanan müqavilə haqda açıqlama – şərtlər nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə