“Formula”nın regional Avropa çempionatının gedişində faciəvi hadisə baş verib.
"Football-plus.az" xəbər verir ki, niderlandlı pilot Dilano van’t Hoff yarış zamanı yaşadığı qəzada həyatını itirib.
Spa yarışı yağışlı hava ilə müşayiət olunub. “MP Motorsport”un 18 yaşlı pilotunun bolidi fırlanıb, nəticədə rəqiblərin bolidləri ilə toqquşub.
İndiyə qədər “Formula”nın müxtəlif seriyalarının qalibi olan Dilano perspektivli pilotlardan sayılırdı.