• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bellingem: “Belə fürsəti geri çevirə bilməzdim”

Dünya futbolu

19-06-2023, 23:0

Son mövsümü istədiyi kimi keçirə bilməyən “Real” heyəti gücləndirməyə başlayıb.

"Football-plus.az" xəbər verir ki, Madrid nəhəngi bu yayın hələ ki ən önəmli transferinə imza ataraq Dortmund “Borussiya”sının 19 yaşlı ulduzu Cud Bellingemi heyətinə qatıb. İngiltərəli yarımmüdafiəçi “Kral klubu”na 103 milyon avroya başa gəlib. Müqavilədə komandanın və oyunçunun performansından asılı olaraq, maksimum 30 faizlik bonus da nəzərdə tutulub. Yəni məbləğ maksimum 133 milyon avroya yüksələ bilər. Bellingem Eden Azardan (115 milton avro) sonra “Real” tarixinin ən bahalı 2-ci oyunçusuna çevrilib. “Marka”nın iddiasına görə, futbolçunun illik qazancı 14 milyon avroya yaxın olacaq. Bu da onu klubun ən çox qazanan oyunçusuna çevirəcək. Hazırda bu statusda olan oyunçu Toni Kroosdu (11,7 milyon avro). Qeyd edək ki, Bellingem “Real”ın tarixində Lori Kanningem, Stiv Makmanaman, Devid Bekhem, Maykl Ouen və Conatan Vudqeytdən sonra 6-cı ingiltərəli futbolçudu. Bellingem əfsanəvi Zinəddin Zidana olan sevgisinden “5” nömrəli formanı seçib. Bu nömrə əslində müdafiəçi Xesus Valyexoya məxsus idi. Amma Valyexo yeni transfer üçün jest edərək bu nömrəni ona verib, özü isə “24” nömrəni götürüb. Çərşənbə günü Bellingem “Real”ın futbolçusu kimi ilk dəfə jurnalistlərin önünə çıxıb.

* Əvvəlcə həm burdakı mətbuat konfransında iştirak edənlərə, həm də canlı yayına qoşulanlara təşəkkürümü bildirmək istəyirəm. Onlar bəlkə də həyatımın ən vacib günündə mənimlə birlikdədi. Bu səvviyəyə qalxmağımda və bura gəlib çıxmağımda rolu olan çox insan var. Hamısına böyük təşəkkür düşür. Dortmund “Borussiya”sını və akademiyasında futbolun sirlərini öyrəndiyim “Birmingem”i heç vaxt unutmayacam. Bu transferdə israr edən “Real”ın prezidenti Florentino Peresə, eləcə də klubun direktoru Xuni Kalafata, Xose Anxel Sançesə və təbii ki, ailə üzvlərimə təşəkkür edirəm. Onların sayəsində hər şey gözlədiyimdən də tez alındı.
* “Real” tarixin ən böyük klubudu. Bu, əfsanəvi klubda forma geymək fürsəti yaxalayan futbolçuların sayı o qədər də çox deyil. Ona görə də bura gəlişimdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Bu transferdə pul o qədər də böyük rol oynamadı. Qərar vermək ərəfəsində olarkən pul heç yadıma da düşmürdü. Futbolu çox sevirəm. “Real” isə futbolun zirvə nöqtəsidi. Ona görə də çox düşünməyimə ehtiyac qalmadı. Hər şeyin mümkün qədər tez rəsmiləşməsini istəyirdim. Bu o demək deyil ki, mənə maraq göstərən başqa klublar pisdi. Sadəcə, “Real” karyeramı davam etdirmək baxımından ən ideal klub idi.
* İngiltərədə “Real”a çox böyük hörmətlə yanaşırlar. Klubun tarixi və ənənələri Avropada çox önəmlidi. Son mövsüm komanda üçün uğurlu keçməsə də, əvvəlki illərdə “Real”ın qazandığı uğurları görmüşdüm. Bu üzdən “Real” mənə çox cəlbedici variant kimi göründü. Bu klubda çıxış edən hər kəsin məqsədi “Real”ı Avropanın ən güclü klubu etməkdi. Amma madridlilər təkcə tarixlərinə görə fərqlənmirlər. İndiki heyətdə də elə futbolçular toplaşıb ki, mən də onların yanında olmaq istədim. Onların oyuna baxış tərzi fərqlidi. Qısası, əlimə düşən belə fürsətdən heç cür imtina edə bilməzdim.
* “Real”a keçməklə bağlı qərarımı konkret nə vaxt verdim? Dəqiq yadımda deyil. Dediyim kimi bir sıra amillər, klubun son illərdə dəfələrlə ÇL-də uğurlu çıxış etməsi üst-üstə düşdü. Ötən il “Real”ın “Liverpul”u məğlub etdiyi Parisdəki finalı mən də stadiondan izləmişdim. O matçda “Real”a sevgim bir qədər də artmışdı. Təbii ki, İngiltərə yığmasındakı komanda yoldaşlarımın hamısı premyer-liqaya qayıtmağımın tərəfdarı idilər. Bəlkə də İngiltərəyə qayıtmaq mənim üçün daha asan variant olardı. Amma “Real”ın təklifini geri çevirə bilməzdim.
* İngiltərə klublarının mənə maraq göstərdiklərini zatən həmişə bilirdim. Bunu təbii qarşılayırdım. Amma ilk dəfə atam mənimlə söhbət etmək istədiyini söyləyib otağa daxil oldu və qapını bağladı. Təxminən 12-15 ay əvvəl idi. Məhz həmin söhbətdə o, “Real”ın mənə maraq göstərdiyini dedi. Tüklərim biz-biz oldu. Az qaldı ürəyim dayansın. Çünki mənim üçün gözlənilməz oldu. Belə böyük kluba keçə biləcəyimi ağlıma da gətirmirdim. Üstəlik klub rəsmiləri ilə ilk dəfə görüşəndə onların planları, gələcəklə bağlı layihələri məni valeh etdi. Əslində “Real”ın adı belə bu kluba keçmək üçün kifayət edir. Amma onlar tənbəllik etməyərək məni bir-bir planları ilə tanış etdilər. Bu məqam çox xoşuma gəldi.
* Nömrə seçimimin üzərində çox düşünmədim. Mənə bir neçə variant təklif olundu. Zinəddin Zidanın böyük heyranı olduğumu heç vaxt gizlətməmişəm. Onun oyununa, hərəkətlərinə yorulmadan saatlarla baxaram. Zidan bu klubda “5” nömrə ilə oynayaraq çox böyük iz buraxdı. Bu nömrə Valyexoda idi. Ona təşəkkür edirəm. Çünki istəyimi dilə gətirən kimi razılaşdı. Çox yaxşı insandı. Bu nömrə ilə oynamaq mənim üçün əlavə motivasiya mənbəyi olacaq. Hər dəfə nömrəmə baxanda ruhlanacam. “22” nömrə də həmişə qəlbimdə olacaq. Çünki indiyə qədər daim bu nömrə ilə oynamışam. Nömrəyə görə Zidanı narahat etmək istəmədim. Ona görə də özündən soruşmadım. Biz sonuncu dəfə ötən il ÇL-in finalında qarşılaşmışdıq. Ona çox böyük hörmətim var və onun açdığı cığırla irəliləməyə çalışacam.
* Karlo Ançelotti ilə artıq danışmışam. Mükəmməl məşqçidi. Əslində onu tərifləməyimə ehtiyacı yoxdu. Qazandığı titullar onun əvəzinə hər şeyi deyir. Onun başçılığı altında oynamaq, məşq etmək istəyirdim. Şadam ki, o da məni komandasında görmək istədi. Tarixin ən güclü məşqçilərindən biri ilə işbirliyimin başlamasını səbirsizliklə gözləyirəm.
* Luka Modriç və Toni Kroos haqda nə düşünürəm? Onlarla birlikdə oynamaq mənim üçün əvəzsiz bir təcrübə olacaq. Futbol tarixində iz buraxmış iki inanılmaz oyunçudan bəhs edirik. Meydanı görmək, oyunu oxumaq qabiliyyətləri mükəmməl səviyyədədi. Onlardan mümkün qədər çox şey mənimsəməyə çalışacam. İlk həftələrimi yalnız onlarla keçirməyə üstünlük verəcəm. Ümid edirəm ki, məndən bezməyəcəklər. Yarımmüdafiəmiz təcrübə ilə gəncliyin vəhdətindən ibarət olacaq. Ümumiyyətlə, əla komandamız var. “Real”da tək yaxşı futbolçular yox, həm də yaxşı insanlar toplaşıb. Ona görə də ilk məşqimizi səbirsizliklə gözləyirəm.
* Yeri gəlmişkən, müqaviləyə imza atdığım gün atam sevincdən ağlayırdı. Onu ağlayan vəziyyətdə çox nadir halda görmək olar. Yəni bu, tək mənim üçün yox, ailəm üçün də böyük hadisədi. Onlar mənimlə fəxr edirlər. Az öncə dediyim kimi bu transfer həm də onların sayəsində baş tutdu. “Real” rəhbərliyinin danışıqların ilk günündən mənə və ailəmə böyük hörmətlə yanaşması xoşuma gəldi. Tərəflərdən heç birində sünilik yox idi. Heç kim bu vəziyyətdə manipulasiya etməyə çalışmırdı. Hər şey ən yüksək səviyyədə keçdi.
* Təzyiqdən çəkinmirəm. Necə böyük kluba gəldiyimi anlayıram. Əsl peşəkar kimi davranıb özümü ən yaxşı tərəfdən göstərməyə çalışacam. Mən zatən 15-16 yaşımdan başlayaraq daim özümdən böyüklərlə birlikdə məşq etmişəm. Üzərimdəki məsuliyyəti bilirəm. Öz səviyyəmin və “Real”a verə biləcəklərimin fərqindəyəm. Burda qələbələr qazanmaq və oyunumu inkişaf etdirmək istəyirəm. Onsuz da yeniyetmə yaşlarımdan həmişə üzərimdə təzyiq olub. Çünki insanlar məndən çox şey gözləyirdi. Yəni bu baxımdan artıq az-çox təcrübəm var. Mənə görə ödənilən məbləğin isə dərdini çəkmək niyyətim yoxdu. Düzünü desəm, heç konkret hansı məbləğ ödənildiyini də bilmirəm! Mən bura, sadəcə, “Real”a kömək etməyə gəlmişəm. Amma bunu sözlə yox, meydandakı oyunumla göstərmək istəyirəm.
* Universal yarımmüdafiəçiyəm. Meydanın hər yerində oynamağı bacarıram. İmkanlarım genişdi. Ümid edirəm ki, bu özəlliklərimi “Real”da göstərə biləcəm. Bazada ən çox diqqətimi çəkən, təbii ki, klubun muzeyi oldu. Orda 14 dənə Çempionlar Liqası kuboku var. İstərdim ki, öz əllərimlə onların yanına daha birini əlavə edim. La Liqada oynamaq mənim üçün yeni təcrübə olacaq. Çünki buranın futbolu İngiltərənin və premyer-liqanın futbolundan fərqlənir. Bu məqamı yığmadakı komanda yoldaşlarımla da müzakirə etmişəm. Onlar da mənə uğurlar arzuladılar.
* Harri Keyn İngiltərə yığmasında mənim kapitanımdı. Dünya səviyyəli futbolçudu. Onu həm oyunçu, həm də insan kimi çox sevirəm. Amma bura gəlib-gəlməyəcəyi haqda heç nə deyə bilmərəm. Qərarı özü verəcək. Eyni şəkildə Kilian Mbappenin durumunu da şərh etməyim düzgün olmaz. Mbappe öz mövqeyində dünyanın ən yaxşılarından biridi. Onunla birlikdə oynamaq istərdimmi? Bunu kim istəməz?! Amma durumunu dəqiq bilmirəm. Yalnız onu deyə bilərəm ki, hər yazılan və deyilən həqiqət olmur. Bunu öz transferim zamanı da müşahidə etdim. İstənilən halda seçimindən asılı olmayaraq, ona uğurlar arzulayıram.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-06-2023, 11:0

Bellingem iki klubun tarixinə düşəcək

Dünya futbolu

29-09-2022, 17:0

“Borussiya” oyunçusuna qiymət qoydu

Dünya futbolu

27-05-2023, 13:0

Dortmunddan Madridə yollanacaq

Dünya futbolu

16-06-2022, 18:0

“Real” oyunçusunu 40 milyon avroya satmağa hazırdı

Aktual
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
Son xəbərlər
  • Bu gün, 13:59
    Arbeloa Arda Güləri təriflədi
  • Bu gün, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Bu gün, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Bu gün, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Bu gün, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Bu gün, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Bu gün, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Bu gün, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Bu gün, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
  • Bu gün, 10:00
    Rafinyanı sərt cəza gözləyir
  • Dünən, 23:52
    Almeyda xəyanətlə üzləşib
  • Dünən, 23:31
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • Dünən, 23:04
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • Dünən, 22:42
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • Dünən, 22:05
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • Dünən, 21:58
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
  • Dünən, 21:20
    Mövsümün ilk uğursuzu oldular
  • Dünən, 20:59
    "Zirə" finala yüksəldi - YENİLƏNİB
  • Dünən, 20:38
    “Atletiko”nun oyunçusu nə vaxt qayıdacaq?
  • Dünən, 20:07
    Fransa klubunda ağır itki
  • Dünən, 19:31
    İraolanın xələfinin kimliyi müəyyənləşdi
  • Dünən, 19:00
    Messi fırıldaqçıdı?
  • Dünən, 18:51
    “Zirə” - “Turan Tovuz”: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    Yayda “Çelsi”ni tərk edəcək
  • Dünən, 18:06
    “Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
  • Dünən, 17:35
    De Laurentisdən yeni qeyri-adi təkliflər
  • Dünən, 17:04
    Təyyarədə uçursan, pulunu ver də!
  • Dünən, 16:33
    “Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
  • Dünən, 16:02
    Döyüşçülər milyon dollar bonus alacaq
  • Dünən, 15:31
    Millimizin heyətindən çıxarıldı
  • Dünən, 15:08
    İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
  • Dünən, 14:47
    Sinner axır ki zirvəni ələ keçirdi
  • Dünən, 14:27
    Koronavirusun Cavohirə xeyri dəyib
  • Dünən, 14:06
    Oveçkin gedir, yoxsa qalır?
  • Dünən, 13:49
    PSJ-də bonus sistemi yeniləndi
Daha çox
Oxunub: 578
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 265
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 190
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə