• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çempionlar Liqasının finalını izləyən azərbaycanlı jurnalist: “İlk dəfə idi ki, belə vahiməli ortam görürdüm”

Aktual / Dünya futbolu

13-06-2023, 14:0

İyunun 10-da İstanbulda Çempionlar Liqasının final matçı baş tutdu. Atatürk Olimpiya Stadionunda keçirilən görüşdə “Mançester Siti” “İnter”i 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə bu turnirin qalibi oldu.

Görüşü izləmək üçün İstanbula yollananlar arasında azərbaycanlılar da var idi. Bunlardan biri həmkarımız Ayaz Qurbanov idi. “Flashscore.com.ua”nın əməkdaşı ilə əlaqə saxlayıb, qardaş ölkədə keçirilən görüşlə bağlı təəssüratını öyrəndik. Ayaz Qurbanovun “Football-plus.az”a açıqlaması belə oldu:

“İstanbula rahat gedib-gəldim. Gəzməyə çox vaxtım olmadı. Demək olar ki, sırf stadionda oldum. İyunun 10-da “Sabiha Gökçən” hava limanında oldum. Ordan 3 saatyarım sərf edərək stadiona getdim. Metrodan istifadə etdim. Bu nəqliyyat vasitəsi çox sıx idi. Baxmayaraq ki, səhər saatları idi. Amma həm azarkeşlər, həm də adi vətəndaşlar ancaq metrodan istifadə edirdi. Hər tərəfdə “Mançester Siti” və “İnter” formalarını görmək olardı. Metronun çıxışlarında stadiona gedən yolları izah edən plakatlar var idi. Bu, turistlərə çox kömək olurdu. Təxminən 2 saat vaxt sərf etdim ki, metro ilə Atatürk Olimpiya Stadionuna gedib çatım. Ab-hava tam başqa idi. Düzdü, mən bir az tez arenanın ətrafında idim. Amma zaman keçdikcə hiss olunurdu ki, bu final digərlərindən tam fərqlənir. Stadionu tam bir vahimə bürüdü. Həm “İnter”in, həm də “Mançester Siti”nin fanatları möhtəşəm idi. Hamısı bir yerdə mahnılar oxuyurdu. Açığı, belə şey görməmişdim. Demək olar ki, dünyanın bütün stadionlarında olmuşam. Amma belə vahiməli ortam ilk dəfə idi ki, görürəm.

Çətinlik yox idi. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Türklər bu işi ideala yaxın həll etmişdilər. Hara getmək lazım idisə, onu lövhələrdə göstərmişdilər. Mənə çox ləzzət etdi. Türklər bu turnirin finalına çox ciddi yanaşmışdılar. Yeganə problem o idi ki, vaxtından əvvəl heç kimi arenaya buraxmırdılar. Məsələn, media işçiləri saat 16.00-da buraxılmalı idi. Alman dəqiqliyi ilə işləyirdilər. Bunu gözləyənə qədər gün dəhşətli şəkildə yandırdı məni (gülür). Stadion da elə yerdədi ki, ətrafında heç nə yoxdu. Bakı Olimpiya Stadionu şükürlüdü ki, bir qədər aralıda “Koroğlu” metrostansiyası var. Amma burda tam fərqli idi. Həm metro uzaq idi, həm də yaxınlıqdan heç nə almaq olmurdu.

Zamanı çatanda arenada yerimizi tutduq. Səhv etmirəmsə, stadion 8 mərtəbədən ibarətdi. Media nümayəndələri və onların iş yerləri 6-cı mərtəbə idi. Rahat işimizi görürdük. Hər şey var idi. Euni zamanda, çox ciddi yoxlama var idi. Həm media nümayəndələri, həm də azarkeşlər polislər tərəfindən yoxlanılırdı. 2-3 metrdən bir asayiş keşikçisi dayanmışdı. Oyun bitəndən sonra da polislər yerlərindən tərpənmirdi. Təəssüratım superdi. Möhtəşəm ab-hava var idi. Düzdü, oyunda az qol oldu. Amma konsert proqramı-filan ideal idi. Oyundan sonra fantastik mükafatlandırma mərasimi təşkil olundu. Hətta qarşılaşmadan öncə festival var idi. Düzdü, mən ora çatmadım. Hər şeyi mükəmməl qurmuşdular. Elə iş görmüşdülər ki, azarkeşlər polislərdən nəsə soruşmaq məcburiyyətində qalmırdı”.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

11-06-2023, 14:0

ÇL-in finallarında 1:0 ənənəsi pozulmadı

Çempionlar Liqası

24-05-2023, 16:0

Martineslə Alvaresdən biri tarixə düşəcək

Çempionlar Liqası

17-03-2023, 15:0

1/4 final mərhələsinin püşkü atıldı - Çempionlar Liqası

Çempionlar Liqası

17-03-2023, 11:0

Mövsümün son püşkü atılacaq - Çempionlar Liqası

Aktual / Çempionlar Liqası

23-05-2023, 11:0

UEFA ÇL-in finalı üçün AFFA-ya iki dəvətnamə göndərib

Aktual
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
Son xəbərlər
  • Bu gün, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Bu gün, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Bu gün, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Bu gün, 18:26
    Birmingemdən Londona yollandı
  • Bu gün, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Bu gün, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Bu gün, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Bu gün, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Bu gün, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Bu gün, 14:41
    “Dinamo”da kimlər var?
  • Bu gün, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Bu gün, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Bu gün, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Bu gün, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Bu gün, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Bu gün, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Bu gün, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Bu gün, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Bu gün, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Bu gün, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Bu gün, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 175
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə