UEFA ÇL-in finalı üçün AFFA-ya iki dəvətnamə göndərib

23.05.2023 11:10 270
Aktual / Çempionlar Liqası
Çempionlar Liqasının "Mançester Siti" ilə "İnter" arasındakı final qarşılaşması iyunun 10-da "Atatürk” Olimpiya Stadionunda keçiriləcək.

Görəsən, UEFA bu oyun üçün AFFA-ya neçə bilet ayırıb? Bu sualın cavabını qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Firuz Abdulladan soruşduq:

"UEFA-nın üzvü olan bütün milli assosiyasiyaların prezidentinə və baş katibinə dəvətnamə göndərilir. Bizdən də Rövnəq Abdullayevlə Sərxan Hacıyev final matçına gedəcək".


ABDULLA İSMAYILOĞLU